Şeirlər-Qoşmalar 1

Son Yazı

 

Hər kəsə mən gəlib insan demərəm,

İnsan təəsübü çəkirəm, Təbriz!

Düzlük, paklıq, təqva təbliğ edirəm,

Fəzilət toxumu əkirəm, Təbriz.

 

Mən məzlumlar nəsli, qullar oğluyam,

Tarix qalasında çox bağırmışam.

Bütün insanlığı, mərdanəliyi,

Hər yerdə imdada hey çağırmışam.

 

Türkün xulqu xuyu pak olmuş əlbət,

O alçaq, özünə Türk söyləməsin!

Mən onla heç zaman birləşənmərəm,

Türklüyü meydanda top eyləməsin.

 

İnsanlığa əxlaq gözüylə baxmış,

Səadət paylamış bəşərə, hər Türk.

Xeyrxahlıq, düzlük olmuşdur işi,

Yaymışdır düzlüyü hər yerə, hər Türk.

 

Formadır, qalıbdır milli höviyyət,

Hər forma üçün bir məzmun lazımdır.

Məzmun mə′na verər formaya əlbət,

Bu mənim son sözüm, bu son yazımdır.

 

Təbriz Yollarında – s.94 – 1377

 

Qızım

 

Qızım! bu dünyadır keçib gedəcək,

Yaxşılıq yamanlıq bütün ötəcək.

Ürəksiz yaşayan ümidsiz olar,

Ümiddə həyatın gülü bitəcək.

 

Qızım! Səhər oldu, pəncərəni aç,

Sıcaq gülüşləri həyatıma saç.

Kəpənəklər qonub güllər üstünə,

Kəpənək ardınca bu bağlarda qaç.

 

Qızım! bax, dupduru axmaca axır,

Babavın gözüdür gözünə baxır.

Qəzəbi, ümidi, eşqi, sevgisi,

İllərdir Savalan üstündən şaxır.

 

Ərdəbil Lövhələri – s.1 – 1378

 

Sevda

 

Yollar çurax, ürək yanğın, dil odlu,

Sevda dərin, həsrət ağır, dərd çox.

Könül dəli, yarım cəfa əhlidir,

Pozğunlanmış halımıza yanan yox!

 

«Gəl!» deməkdən day gəlmişəm amana,

İntizarda usanmışam canımdan.

Soruş biz tək cana qıyan vurğuna,

Nə olar qılsa bir iltifat o canan?

 

Susmayaraq, dönməyərək geriyə,

Dayanmadan çırpınarıq inan biz.

İstəsə ha çətinliklər qavuşsun,

Çalışıban qoyacağıq izə üz.

 

Dərtlilərə görə gərək insanın,

Süzən könlü sevdalara bürünə.

İnsan gərək gün keçirdə beləcə,

Ömür gərək bu yollarda çürünə.

 

Kiçik Şeirlər – s.85 – 1350

 

İntibah günü

 

Nədən sən bu qədər tutqunsan könül?

Kimsə aça bilmir sənin eynini.

Əgər sevgili yar vəfa qılmadı,

Sən də ayrı dolan, at bu sevgini.

 

Eşqi satdın pula, utanan sənsən,

Özünə gələcək səni kusdurən.

İntibah günündə, sən olmayanda,

Görəcək nə dürrü veribdir əldən.

 

Bağırdın, çağırdın saymadı səni?

Nədən sən özgiyə sarı yönləndin?

Acığın utsaydın, oda yansaydın,

Qalmazdın ümmətsiz, olmazdın bidin.

 

Ərdəbil Lövhələri – s.1 – Nvrüz 1378

 

Əhsən

 

Bu gün ölməyini eşitdim sənin,

Gül – çiçək payladım Ərdəbildə mən.

Bir ləkə silindi Təbriz üzündən,

Rahət nəfəs çəkdi bu Ana Vətən.

 

Topraqlara düşdü, sərildi yerə,

Ərdəbilə divan tutan bir cəllad.

Adsız – arsız olmuş, və lakin qoymuş,

Özündən sonra bir rəzalətli ad.

 

Sevinirəm yurddan çıxa bilmədin,

Qaçarkən, Xəlicdə güllələndin sən.

İnqilabçılara əhsən deyirəm,

Bəndər Abbas mənə vətəndir, vətən!

 

Ərdəbil Lövhələri – s.2 – 1358

 

Uca Ərdəbil

 

Qurana, İslama, lebbeyk demişəm,

Zirvəyə qalxmışam uca Ərdəbil!

İnan çeynətmərəm namərd yadlara,

Müqəddəs qucağın, qoca Ərdəbil.

 

Ərdəbil Lövhələri – s.2

 

Demişdim sənə

 

Millət ayılacaq demişdim sənə,

İntiqam alacaq demişdim sənə.

Yağının qəsrinin yeddi rüknünə,

Zəlzələ salacaq, demişdim sənə.

 

Hey deyirdim kimsə dözməz bu dağa,

Sınmaram, düşərəm yeni növrağa.

Ən yetgin nəslimiz qalxıb ayağa,

Qələbə çalacaq demişdim sənə.

 

Bax indi Urmuya, Təbrizə, Xoya,

Savalandan gələn fəryada, haya.

Ərdəbil öz savın qaldırmış aya,

Zirvədə qalacaq! demişdim sənə.

 

Ərdəbil Lövhələri – s.2 – 1358

 

Susmadın

 

Bir an sən susmadın, mən necə susum,

Mənim annəciyim, mənim tanrıçam!

Savalan suyunu içirtdin mənə,

Eşq olsun anacan halal sütünə!

Həyatın əlindən tapsam aman, mən,

Qaçacağam yenə sənin qoynuna.

 

Ərdəbil Lövhələri – s.2 – 1361

 

Ətrin alam

 

Gungulum istir alan məni qoynuna,

Bir ana tək sözlər deyən boyuma.

Elim obam, deyəm, yuvam Qaşqayı

Ətrin alam, fəxr eliyəm soyuma.

 

Sənən mənim fəxrim, elim ulusum,

İzzətli, şövkətli ömür sürmüşən.

İyid oğlun boya – başa çatınca,

Müsibətli çox dövranlar görmüşən.

 

Çəkiləndə adın, başım ucalır,

Güvənirəm mən Qaşqayı deyincə.

Sənin səsin bürüyəndə «Dena» nı,

Bütün Azərbaycan dolur sevincə.

 

Qaşqayı Lövhələri – s.4

 

Gözsüz çalğıçı

 

Qaşqayı elinin sənətkar oğlu,

Çal mızrabın qoy ürəyim titrəsin.

Qəribliyin dərinliyindən danış,

Ruhum, beynim, qoy varlığım inləsin.

 

Görməsədə bizi iki gözlərin,

Sezirən həm, tanıyıran sən bizi.

«Bu yol gedir» nəğməsin qalxızanda,

Sən görürən can gözüylə Təbrizi.

 

Bu qara çadırın bircə bucağın,

Kimdir verə dünyaların varına?

Göylüm gömülmüşdür yaylaqlarında,

Vurulmuşam köksündəki barına.

 

Qaşqayı Lövhələri – s.4 – 1378

 

Yırlayan ağlayan Dena

 

Bir gün sənsiz uzaqlarda yatarag,

Bu dünyanın qəm-qüsəsin atarag,

Biz də sən tək qəribliyə batarag,

Yerdən qalxıb vətən, vətən deyirük,

                Qəribliyi, yalqızlığı öyərük.

 

Zənn edirəm sən də mən tək qocayən,

Gəldim gördüm qəddin yüksək ucayən.

Söylə görüm həsrətlərlə necəyən?

«Mənsur»un öydüyü laləli Dena,

Qaşqayı oylağı ay dəli Dena!

 

Obalardan, köçdən, ellərdən söylə,

Qara aylar, ağır illərdən söylə,

Ətəyində coşan sellərdən söylə

Yırlayan ağlayan iyidən Dena,

                Ürəyi dağlayan iyidən Dena!

 

Qaşqayı elinin ucabaş dağı,

Qısaldan zamanı, qısaldan çağı.

Keçənmədi səndən heç zaman yağı,

Səlam olsun o günlərə, illərə,

                Şövkətini itirməyən ellərə . . .

 

İngilizi həmlə edəndə bizə,

Altmış min iyidin tökdü dənizə.

Amma həsrət qaldın nədən Təbrizə?

Ellərin içindən ucalan Dena,

Həsrət qəmi ilə qocalan Dena.

 Qaşqayı Lövhələri – s.5