Şeirlər-Qoşmalar 2

Ayaydın gecədir

 

Mə′zun! Nalə çəkdin həyatında sən,

Fələyin fənindən fəryada gəldin.

«Üzmin rubahbazlıq etdi asiman»,

Rüzigar cövründən sən dada gəldin.

 

Dedin: «qəm var, qəmxanədə varimiş,

Bəxtim yatmış, dönməz başdan axan su!»

Alovlu könüldən çıxan oxları,

Göyə sarı bir–bir  atdın ru bə ru.

 

Zəmanə qalmadı sənin qeydinə,

Vermədi müradın asiman sənin.

Səyyad oldun, yar toruna düşmədi,

Qara qəfəs küncü oldu məskənin.

 

Amma sevda heç çıxmadı başından,

Tükənmədi eşqin şuri dilindən,

Tapanmadınsada sırdaş sirrinə

Ayrılmadın son günədək elindən.

 

Göhər idin gəlib müftə satıldın,

Susdun, dedin: «Xəridarımdır alan.»

Yamanlıq bayqudur insan oğluna,

Dedin: «Qalsa bir yaxşılıq dir qalan!»

 

«Ayaydın gecədir» budur gəlmişəm,

Xəridarlar durub səf-bə-səf Mə′zun.

Əsir bad-i səba, «eydin səbahi»

Sərilmiş sən üçün rəf-bə-rəf Mə′zun.

 

Düzgünəm, gəlmişəm söz alam səndən,

«Təmənnam ziyaddır, bəxtim yar dəyil.»

Bir gədayam, hərlənirəm qapında,

«Şah, gədayi sevmək eybü-ar dəyil.»

 

 

Qaşqayı Lövhələri – s.6

 

Beli bükülər

 

Ay ağalar, ay oxumuş bilginlər!

Yaz mevsimi dağlardan su tökülər.

Elmiz kimin xidmətinə keçibdir?

Elin dilin kəssən, beli bükülər!

 

Elm odur ki qaraları ağarda,

Qoymaya el qala buruqda darda,

Özün əsgik sanan görübsən harda?

Elin dilin kəssən, beli bükülər!

 

Düzgün diyər: «gəl tut mənim qolumdan,

Xeyr olmadı nə sağım, nə solumdan!

Qaşqayı ayrılmaz rəsm o yolundan,

Elin dilin kəssən, beli bükülər!»

 

Qaşqayı Lövhılıri – s.6

 

Ağlayaq

 

Həzin-həzin yırla, qurban səsinə,

Gəl ağlayaq, xub canana ağlayaq.

Qoy səsinin həsrət simi inləsin,

Bu külbəyə, bu ihzana ağlayaq.

 

Biri varımış, biri yoxumuş dünyada,

Mərd analar bac verməzmişlər yada.

İndi gedim kimin əlindən dada?

Bac verənə, bac alana ağlayaq!

               

Qaşqayının iyid mərd anasına,

Beli bükük qocası, atasına,

Düzgün deyər sevincimiz yasına,

Qəmli-qəmli biz mərdana ağlayaq!

 

Qaşqayı Lövhələri – s.7

 

Qalmışam

 

Qaşqayı iyidi dağdan yen yerə,

Dilim bağlı, Tat önündə qalmışam!

Yaman yerdə düşdüm namərd əlinə,

Dilim bağlı, Tat önündə qalmışam!

 

Atayudum kəmanımın oxunu,

Satayudum gəp gövhərin çoxunu.

Talayudum düşmənin var yoxunu,

Dilim bağlı, tat önündə qalmışam!

 

Düzgün deyir oğluz yaman dardadır,

Köçən qonan elləriniz hardadır?

Sinə dolu hicran qəmim yardadır,

Dilim bağlı, Tat önündə qalmışam!

 

 

Qaşqayı lövhələri – s.7

 

Ürəyi Açıq

 

Qaşqayı evidir, ayıq ol Tacik,

Sədaqəti kimi kinəsi də var.

Ürəyi açıqdır, süfrəsi açıq,

Yağış yağdırarsa, alov da saçar.

 

Qarşında kiçilər, qurbanlıq kəsər,

Qonağa, hörmətə, dəbə tələsər.

Var gücilə amma yadı da basar,

Yurduna xor baxan olmaz kamkar.

 

Kirli ürəyindən, kirli gözündən,

Atmacalar dolu acı sözündən,

Tacikin rəngindən, onun üzündən,

Sən qoru elimi ya Pərvərdigar!

 

Qaşqayı Lövhələri – s.8

 

Əsil şəffaflıq

 

 

Qaşqayı gözəli nə yazım sənə?

Layiq söz tapmıram sədaqətinə,

Elə izzət verən, şərəf bəxş edən

Heyranam tükənməz saf niyyətinə.

 

Nə bəzək, nə də süs yaraşmır sənə,

Zülal cismin ruhun bilməyir boyaq.

Qoy gülünc eyləsin «Təməddün»! səni,

Sən qurdun təməddün, sən qurdun ocaq.

 

Əsil mə′nəviyyat, əsil şəffaflıq,

Üzündən, gözündən, dilindən axır.

Nədən mə′sum-mə′sum o bayğın gözlər,

Qocalmış yorulmuş düzgünə baxır?

 

Qaşqayı lövhələri – s.8

 

Zənganım

 

Ellərə çıxartdım mən ilan dili,

Yalvardım, yaxardım, inan Zənganım!

Sıtqadım, ağladım, heç saymadılar

Ötdü illər, keçdi zaman Zənganım

 

Yad məni təklədi, qəsb etdi yurdu,

Qurbətlərə salıb canım qavurdu.

Verimli illəri yelə savurdu,

Günümü eylədi yaman Zənganım.

 

Yel qovan yandırdım, yel aldı qaçdı,

Mənə yol vermədi, yada yol açdı.

Yadın qaranquluq evinə saçdı,

Bir yel qaldı birdə saman, Zənganım.

 

Düzgün deyir sənə mən tikdim gözüm,

Ev sahibi bildim evində özüm.

Sənin üçün varımdır neçə sözüm,

əgər mənə versən aman, Zanganım

 

Zəngan lövhələri-S9