Sərbəst şeirlər 3

 

 

 

 

Əlin at rişəvə

 

Sən Azərbaycansan düşmənə bir parça odsan

Mənim qəlbimdə vulkansan

Əlimdə məş′əlim, nurum

Adın mə′na verir milyonlar insana.

 

Şəfəqlər, Kəsrəvilər, Rə′dilər, Yahya Zükalar

Sümsünən Karənglər varsa,

Sənin milyonlar uğrunda əziz canın qoyan vardır,

Uca dağlarda aslan tək

Xəbis gözlər oyan vardır.

Sayında addım-addım izzi-fərrin saxlayan vardır,

Sayan vardır.

Sözüm qurtarmamış hala

Babam sultan Səfiəddin

Yatıbdır Ərdəbildə gözləyir oğlu qiyam etsin,

Sənin uğrunda can versin,

Suvarsın rişəvi qanilə

Qan versin.

 

Sənə kökdür təməldir Ərdəbil, Təbriz!

Sən Azərbaycansan, Düşmənə bir parça odsan!

Əlin at rişəvə

At Ərdəbilə

Şah Xətayının qılıncın al ələ

Doğragilən sən naxələf evladıvı Təbriz!

Dönük çıxdı sənin əhfadıva

Kətdi dedi, məşdi dedi,

Göydən durub baxdı bizə.

Allaha da üsyan edib, din gətdi

Qol çəkdi bütün alçaqlığa, Təbriz!

Dilin dandı, elin dandı,

Özün həmdə peyəmbər sandı ol azğın!

İraq olsun qızıl başlar gözündən.

 

Sil

Üzündən ləkkəni Təbriz!

Sən Azərbaycansan, bir muqəddəs məqbərən vardır –

Muqəddəs şəhrimizdə, Ərdəbildə,

Babam Sultan Səfiəddin yatıbdır!

Gözləyir oğlu qiyam etsin...

 

 

Xəyal Pilov

 

Könlümün macərası

Bir Qaşqayı insanının öz keçmişidir:

Dodaqları tikilmiş,

Çiçəkləri solub tökülmüş,

Başı əkilmiş,

Dara çəkilmiş,

İyid el oğullarının macərasıdır.

 

Mən nədən qorxacağam?

Məni minlər dəfə güllələdi düşmən.

Qanım axdı yerə,

Yerdə qaynadı.

Diləyimi topraqlara tapşırdı vətən.

Toprağın rəngi,

Aşura zöhri kimi,

Qip qırmızı oldu.

Mənim qanım coşanda

Sel olub aşıb daşdı,

Dağlar bir-birə yanaşdı,

Dəmirlər qaynaşdı,

Yerə lə´nət yağdırdı.

 

Mən Aşura oğluyam!

Əli Əsğər qanı damla-damla dilimə axdı.

Dolu buludlarda,

- Heyranlıqla -

Göylərdən çağlayan elimə baxdı,

Ağlayan elimə baxdı.

 

Dünyanın ən məkkar tülküsü

- İngəlizləri -

Qavdım yurdumdan...

 

Qanım şəmşirə qələbə çalanda,

Düşmənin caynağından -

Toprağımı alanda,

Yad edirdim o günləri:

Altmış min qaşqayı atlısını,

Sovlət-ol-dovləni...

Mən boğdum vətənə girən düşməni,

Qurtardım itlərdən gözəl vətəni.

Sən nəyən ki boğa bilməyəm səni?

Gəmimin içində gəmiçiyəm mən

Yoxsa gözlərimi çıxardıran sən?

Yeyə bilməyəcəyən!

Bu,

Xəyal pilovdur!

 

 

Mənim islam dinim

 

Qaşqayı vardır,

Madam ki Türkcəsi vardır.

Türkcəsi yaşar,

Qaşqayı yaşayana kimi.

Türkcə elindir

El də Türkcənin.

Biri-birindən ayrılmaz gül-bülbül kimi,

Buda bir dildir minlər dil kimi.

Elə yaşamaq haqqı vermiş,

El də onu yaşatmış.

 

Qaşqayı ilə birlikdə dili var,

Dili ilə birlikdə bir vətəni var,

İran adlı.

Buda bir vətəndir minlər vətən kimi.

Elsiz vətən

Vətənsiz də el

Mə´nasız olar.

Çünkü vətən

Elə yaşamaq haqqı vermiş,

El də onu yaşatmış.

 

El ilə birlikdə Türkcəsi var,

Türkcə ilə birlikdə bir vətən var.

Vətən ilə birlikdə bir ulus var,

Uzun uzadı bir ulus.

Dünyanın harasından başlar harasına qədər,

Altaylardan qıbçaqlara qədər

Bir ulus ki,

Elə yaşamaq haqqı vermiş,

El də onu yaşatmış.

 

El ilə birlikdə bir ulus var,

Ulus ilə birlikdə bir də dini var

Bir milyard insanın könülünü alan din,

Elin, Türkcənin, vətənin, ulusun dini.

Elə yaşamaq haqqı verən

Dilimi, elimi, vətənimi, ulusumu, sevməyi öyrədan din

Kötüyümü, kökümü, rişəmi sevdirən din.

Mədinədən, Məkkədən, Kərbəladan gələn din.

Bu mənim kökümdür, kötüyümdür.

Dilimdir, vətənimdir.

Elimdir, ulusumdur.

Keçmişimdən gələn səsdir

Gələcəyimə verdiyim nəfəsdir.

Səssiz, nəfəssiz olmamış dinim,

Mənim İslam dinim.

 

Qoyma Getsin Zənganı

 

Bax!

Bəşər tarixi anlatmış mənə

Hansı xalqın kim dili ölmüş, zavala uğramış,

Varlığı getmiş o xalqın, ibtihala uğramış.

Dil ölərsə,

Aç gözün bax tarixə,

Xalq ölər, millət ölər.

Hidəcilər, Şah Xətayilər, Nəsimilər ölüblər yüz kərə,

Düşməsin dildən dilin,

Ölməsin şanlı elin...

İnqilab oğlu, şucaət nəslisən,

Şahları cəlladları sən əzmisən,

Qoyma qalsın şahçılar məfkürəsi bu molkdə.

Milli zülmün tozların sil

Milləti canlı cəsədli quylayanları tanı

Qoyma getsin Zənganı

Sən Koroğlu nəslisən qəlbindəki üsyan hanı?

Əymə ağzın, düşmənə qarşı ağartma dişlərin.

Cəngi çal, cəngi oxu,

Vəlvələ sal düşmənin ərkanına

Türksən qeyrət kanı

 Milləti canlı cəsədli quylayanları tanı

Qoyma getsin Zənganı...

 

 

Deyirəm

 

Mənim dilim böyük bir-

Xəzinənin şah kilidi,

Keçmişdən gələn səs,

Gələcəyin ümidi.

 

Mədəni mirasların-

Qaynağıdır Türkümüz,

Hekmət fəzalarında-

Uçan çalağanların

Caynağıdır Türkümüz.

 

Göy Türk əlifbasıdır,

Uyğur yazıları.

Onun varlığındadır-

Sümərlərin açarı.

 

Odur ki mən dilimə: Ətiqilər

Xunəcilər deyirəm,

Himmətilər Hidəcilər deyirəm.

 

Dünyaya hekmət yayan

Söhrəvərdi, Miyanəci deyirəm.

Əsirəddin, İzzəddin,

Nizaməddin, Hillilər,

Avəcilər deyirəm.

 

Bayatılar, laylalar,

Qoşmacalar dilidir

Bu Qaraquşlu dilim.

Baylar, Bayatlar dili

Oğuzlar, Madlar dili,

Böyük adlar dilidir,

Mənim bu Türkü dilim.

 

Hər şəhərə, hər evə

Hər bir kəndə deyirəm,

Dilimə Sultaniyə, Xudabəndə deyirəm.

Qurulan Kərbasiyə,

Xaqaniyə deyirəm.

Qərbə, şərqə səslənən Zənganiyə deyirəm.

 

Sən nə desən de gilən

Mən bu dilə:

Nəsimilər, Vaqiflər, Füzulilər deyirəm.

Elm ocağın yandıran,

Hülulilər deyirəm.

 

Bəstənigar, Heyratı,

Çargah, segah deyirəm,

Anaların qəlbində

Dərin bir ah deyirəm.

Hökümə Bilurilər,

Sübuti, Şəhidilər,

Münzəvilər deyirəm.

Pir Türkistan adlı,

Bayatlı Xacə Əhməd Yəsvilər deyirəm.

 

Ey ucalardan uca,

Qurqudlardan da qoca!

On min illik tarixin,

Canlı şahidi dilim!

 

Folkolorum, təranəm,

Nəğməm, atasözlərim,

Eşqımın dəryasının

Təki, vahidi dilim!

Mənim Zənganlı dilim!

Azərbaycanlı dilim!

Böyük imanlı dilim!

Dili Qur´anı dilim!

 

Yada sən sinə gərdin,

Məni bu dinə çəkdin.

Ey mənim Allah ilə raz o niyazım dilim

Dinimi dörd bucağa,

Sərən sərəfraz dilim!

Sən mənim vicdanımsan,

Damarımda qanımsan!

 

Bu dilə izzət, ismət, şərəf, qeyrət deyirəm,

Öz dilimə ədalət, uca himmət deyirəm.

Heysiyyətim dir mənim,

Elim, yurdum, vətənim.

Bu dildə danışanda

Əbhər, Xurrəmdərəli,

Sultaniyə, Qeydarlı

Hidəcli, Mayan şanlı

Zənganlı adlanıram.

Bu dil ilə gülürəm,

Alışıram yanıram,

Dərin məzmunlu sözü

Mən bu dildə qanıram.

 

İndi lap gözün çıxsın

Burada,

Türkü dildə

Oxuyuram yazıram.

İnsanlığa xor baxan

Məni dilsiz istəyən

Dinsiz şovonistlərin,

Məzarını qazıram.

 

Yalnız Allah önündə, həqq qarşısında əyil

Vur oğlum qoy qalxmasın,

Şovonist, insan deyil.

Coklara mə´ruz qoyma,

Tarix adlanan dili,

Bada verərsən oyan

Yüz milyonluq bir eli.

Sənə elmin qapısın,

Açan açardır bu dil.

Zülmətli qış gecəsi,

Çiçəklənən, güllənən,

Sicillin kimliyindir,

Oğlunu əcdadına,

Bağlayan iliyindir,

Bu şirin türkü dilin.

Şərəf ünvanlı dilə

Sən güvən, qoy sənə də

Güvənsin şanlı elin.