|
Qoşmalar
Son
Yazı
Hər kəsə mən gəlib insan demərəm,
İnsan təəsübü çəkirəm, Təbriz!
Düzlük, paklıq, təqva təbliğ
edirəm,
Fəzilət toxumu əkirəm, Təbriz.
Mən məzlumlar nəsli, qullar
oğluyam,
Tarix qalasında çox bağırmışam.
Bütün insanlığı, mərdanəliyi,
Hər yerdə imdada hey çağırmışam.
Türkün xulqu xuyu pak olmuş əlbət,
O alçaq, özünə Türk söyləməsin!
Mən onla heç zaman birləşənmərəm,
Türklüyü meydanda top eyləməsin.
İnsanlığa əxlaq gözüylə baxmış,
Səadət paylamış bəşərə, hər Türk.
Xeyrxahlıq, düzlük olmuşdur işi,
Yaymışdır düzlüyü hər yerə, hər
Türk.
Formadır, qalıbdır milli höviyyət,
Hər forma üçün bir məzmun
lazımdır.
Məzmun mə′na verər formaya əlbət,
Bu mənim son sözüm, bu son
yazımdır.
Təbriz
Yollarında – s.94 – 1377
Qızım
Qızım! bu dünyadır keçib gedəcək,
Yaxşılıq yamanlıq bütün ötəcək.
Ürəksiz yaşayan ümidsiz olar,
Ümiddə həyatın gülü bitəcək.
Qızım! Səhər oldu, pəncərəni aç,
Sıcaq gülüşləri həyatıma saç.
Kəpənəklər qonub güllər üstünə,
Kəpənək ardınca bu bağlarda qaç.
Qızım! bax, dupduru axmaca axır,
Babavın gözüdür gözünə baxır.
Qəzəbi, ümidi, eşqi, sevgisi,
İllərdir Savalan üstündən şaxır.
Ərdəbil
Lövhələri – s.1 – 1378
Sevda
Yollar çurax, ürək yanğın, dil
odlu,
Sevda dərin, həsrət ağır, dərd
çox.
Könül dəli, yarım cəfa əhlidir,
Pozğunlanmış halımıza yanan yox!
«Gəl!» deməkdən day gəlmişəm
amana,
İntizarda usanmışam canımdan.
Soruş biz tək cana qıyan vurğuna,
Nə olar qılsa bir iltifat o canan?
Susmayaraq, dönməyərək geriyə,
Dayanmadan çırpınarıq inan biz.
İstəsə ha çətinliklər qavuşsun,
Çalışıban qoyacağıq izə üz.
Dərtlilərə görə gərək insanın,
Süzən könlü sevdalara bürünə.
İnsan gərək gün keçirdə beləcə,
Ömür gərək bu yollarda çürünə.
Kiçik
Şeirlər – s.85 – 1350
İntibah günü
Nədən sən bu qədər tutqunsan
könül?
Kimsə aça bilmir sənin eynini.
Əgər sevgili yar vəfa qılmadı,
Sən də ayrı dolan, at bu sevgini.
Eşqi satdın pula, utanan sənsən,
Özünə gələcək səni kusdurən.
İntibah günündə, sən olmayanda,
Görəcək nə dürrü veribdir əldən.
Bağırdın, çağırdın saymadı səni?
Nədən sən özgiyə sarı yönləndin?
Acığın utsaydın, oda yansaydın,
Qalmazdın ümmətsiz, olmazdın
bidin.
Ərdəbil
Lövhələri – s.1 – Nvrüz 1378
Əhsən
Bu gün ölməyini eşitdim sənin,
Gül – çiçək payladım Ərdəbildə
mən.
Bir ləkə silindi Təbriz üzündən,
Rahət nəfəs çəkdi bu Ana Vətən.
Topraqlara düşdü, sərildi yerə,
Ərdəbilə divan tutan bir cəllad.
Adsız – arsız olmuş, və lakin
qoymuş,
Özündən sonra bir rəzalətli ad.
Sevinirəm yurddan çıxa bilmədin,
Qaçarkən, Xəlicdə güllələndin sən.
İnqilabçılara əhsən deyirəm,
Bəndər Abbas mənə vətəndir, vətən!
Ərdəbil
Lövhələri – s.2 – 1358
Uca
Ərdəbil
Qurana, İslama, lebbeyk demişəm,
Zirvəyə qalxmışam uca Ərdəbil!
İnan çeynətmərəm namərd yadlara,
Müqəddəs qucağın, qoca Ərdəbil.
Ərdəbil
Lövhələri – s.2
Demişdim sənə
Millət ayılacaq demişdim sənə,
İntiqam alacaq demişdim sənə.
Yağının qəsrinin yeddi rüknünə,
Zəlzələ salacaq, demişdim sənə.
Hey deyirdim kimsə dözməz bu dağa,
Sınmaram, düşərəm yeni növrağa.
Ən yetgin nəslimiz qalxıb ayağa,
Qələbə çalacaq demişdim sənə.
Bax indi Urmuya, Təbrizə, Xoya,
Savalandan gələn fəryada, haya.
Ərdəbil öz savın qaldırmış aya,
Zirvədə qalacaq! demişdim sənə.
Ərdəbil
Lövhələri – s.2 – 1358
Susmadın
Bir an sən susmadın, mən necə
susum,
Mənim annəciyim, mənim tanrıçam!
Savalan suyunu içirtdin mənə,
Eşq olsun anacan halal sütünə!
Həyatın əlindən tapsam aman, mən,
Qaçacağam yenə sənin qoynuna.
Ərdəbil
Lövhələri – s.2 – 1361
Ətrin
alam
Gungulum istir alan məni qoynuna,
Bir ana tək sözlər deyən boyuma.
Elim obam, deyəm, yuvam Qaşqayı
Ətrin alam, fəxr eliyəm soyuma.
Sənən mənim fəxrim, elim ulusum,
İzzətli, şövkətli ömür sürmüşən.
İyid oğlun boya – başa çatınca,
Müsibətli çox dövranlar görmüşən.
Çəkiləndə adın, başım ucalır,
Güvənirəm mən Qaşqayı deyincə.
Sənin səsin bürüyəndə «Dena» nı,
Bütün Azərbaycan dolur sevincə.
Qaşqayı
Lövhələri – s.4
Gözsüz çalğıçı
Qaşqayı elinin sənətkar oğlu,
Çal mızrabın qoy ürəyim titrəsin.
Qəribliyin dərinliyindən danış,
Ruhum, beynim, qoy varlığım
inləsin.
Görməsədə bizi iki gözlərin,
Sezirən həm, tanıyıran sən bizi.
«Bu yol gedir» nəğməsin
qalxızanda,
Sən görürən can gözüylə Təbrizi.
Bu qara çadırın bircə bucağın,
Kimdir verə dünyaların varına?
Göylüm gömülmüşdür yaylaqlarında,
Vurulmuşam köksündəki barına.
Qaşqayı
Lövhələri – s.4 – 1378
Yırlayan ağlayan Dena
Bir gün sənsiz uzaqlarda yatarag,
Bu dünyanın qəm-qüsəsin atarag,
Biz də sən tək qəribliyə batarag,
Yerdən qalxıb vətən, vətən
deyirük,
Qəribliyi,
yalqızlığı öyərük.
Zənn edirəm sən də mən tək
qocayən,
Gəldim gördüm qəddin yüksək
ucayən.
Söylə görüm həsrətlərlə necəyən?
«Mənsur»un öydüyü laləli Dena,
Qaşqayı oylağı ay dəli Dena!
Obalardan, köçdən, ellərdən söylə,
Qara aylar, ağır illərdən söylə,
Ətəyində coşan sellərdən söylə
Yırlayan ağlayan iyidən Dena,
Ürəyi dağlayan
iyidən Dena!
Qaşqayı elinin ucabaş dağı,
Qısaldan zamanı, qısaldan çağı.
Keçənmədi səndən heç zaman yağı,
Səlam olsun o günlərə, illərə,
Şövkətini
itirməyən ellərə . . .
İngilizi həmlə edəndə bizə,
Altmış min iyidin tökdü dənizə.
Amma həsrət qaldın nədən Təbrizə?
Ellərin içindən ucalan Dena,
Həsrət qəmi ilə qocalan Dena.
Qaşqayı
Lövhələri – s.5
Ayaydın gecədir
Mə′zun! Nalə çəkdin həyatında sən,
Fələyin fənindən fəryada gəldin.
«Üzmin rubahbazlıq etdi asiman»,
Rüzigar cövründən sən dada gəldin.
Dedin: «qəm var, qəmxanədə
varimiş,
Bəxtim yatmış, dönməz başdan axan
su!»
Alovlu könüldən çıxan oxları,
Göyə sarı bir–bir atdın ru bə ru.
Zəmanə qalmadı sənin qeydinə,
Vermədi müradın asiman sənin.
Səyyad oldun, yar toruna düşmədi,
Qara qəfəs küncü oldu məskənin.
Amma sevda heç çıxmadı başından,
Tükənmədi eşqin şuri dilindən,
Tapanmadınsada sırdaş sirrinə
Ayrılmadın son günədək elindən.
Göhər idin gəlib müftə satıldın,
Susdun, dedin: «Xəridarımdır
alan.»
Yamanlıq bayqudur insan oğluna,
Dedin: «Qalsa bir yaxşılıq dir
qalan!»
«Ayaydın gecədir» budur gəlmişəm,
Xəridarlar durub səf-bə-səf
Mə′zun.
Əsir bad-i səba, «eydin səbahi»
Sərilmiş sən üçün rəf-bə-rəf
Mə′zun.
Düzgünəm, gəlmişəm söz alam
səndən,
«Təmənnam ziyaddır, bəxtim yar
dəyil.»
Bir gədayam, hərlənirəm qapında,
«Şah, gədayi sevmək eybü-ar
dəyil.»
Qaşqayı
Lövhələri – s.6
Beli
bükülər
Ay ağalar, ay oxumuş bilginlər!
Yaz mevsimi dağlardan su tökülər.
Elmiz kimin xidmətinə keçibdir?
Elin dilin kəssən, beli bükülər!
Elm odur ki qaraları ağarda,
Qoymaya el qala buruqda darda,
Özün əsgik sanan görübsən harda?
Elin dilin kəssən, beli bükülər!
Düzgün diyər: «gəl tut mənim
qolumdan,
Xeyr olmadı nə sağım, nə solumdan!
Qaşqayı ayrılmaz rəsm o yolundan,
Elin dilin kəssən, beli bükülər!»
Qaşqayı
Lövhılıri – s.6
Ağlayaq
Həzin-həzin yırla, qurban səsinə,
Gəl ağlayaq, xub canana ağlayaq.
Qoy səsinin həsrət simi inləsin,
Bu külbəyə, bu ihzana ağlayaq.
Biri varımış, biri yoxumuş
dünyada,
Mərd analar bac verməzmişlər yada.
İndi gedim kimin əlindən dada?
Bac verənə, bac alana ağlayaq!
Qaşqayının iyid mərd anasına,
Beli bükük qocası, atasına,
Düzgün deyər sevincimiz yasına,
Qəmli-qəmli biz mərdana ağlayaq!
Qaşqayı
Lövhələri – s.7
Qalmışam
Qaşqayı iyidi dağdan yen yerə,
Dilim bağlı, Tat önündə qalmışam!
Yaman yerdə düşdüm namərd əlinə,
Dilim bağlı, Tat önündə qalmışam!
Atayudum kəmanımın oxunu,
Satayudum gəp gövhərin çoxunu.
Talayudum düşmənin var yoxunu,
Dilim bağlı, tat önündə qalmışam!
Düzgün deyir oğluz yaman dardadır,
Köçən qonan elləriniz hardadır?
Sinə dolu hicran qəmim yardadır,
Dilim bağlı, Tat önündə qalmışam!
Qaşqayı
lövhələri – s.7
Ürəyi
Açıq
Qaşqayı evidir, ayıq ol Tacik,
Sədaqəti kimi kinəsi də var.
Ürəyi açıqdır, süfrəsi açıq,
Yağış yağdırarsa, alov da saçar.
Qarşında kiçilər, qurbanlıq kəsər,
Qonağa, hörmətə, dəbə tələsər.
Var gücilə amma yadı da basar,
Yurduna xor baxan olmaz kamkar.
Kirli ürəyindən, kirli gözündən,
Atmacalar dolu acı sözündən,
Tacikin rəngindən, onun üzündən,
Sən qoru elimi ya Pərvərdigar!
Qaşqayı
Lövhələri – s.8
Əsil
şəffaflıq
Qaşqayı gözəli nə yazım sənə?
Layiq söz tapmıram sədaqətinə,
Elə izzət verən, şərəf bəxş edən
Heyranam tükənməz saf niyyətinə.
Nə bəzək, nə də süs yaraşmır sənə,
Zülal cismin ruhun bilməyir boyaq.
Qoy gülünc eyləsin «Təməddün»!
səni,
Sən qurdun təməddün, sən qurdun
ocaq.
Əsil mə′nəviyyat, əsil şəffaflıq,
Üzündən, gözündən, dilindən axır.
Nədən mə′sum-mə′sum o bayğın
gözlər,
Qocalmış yorulmuş düzgünə baxır?
Qaşqayı
lövhələri – s.8
Zənganım
Ellərə çıxartdım mən ilan dili,
Yalvardım, yaxardım, inan
Zənganım!
Sıtqadım, ağladım, heç saymadılar
Ötdü illər, keçdi zaman Zənganım
Yad məni təklədi, qəsb etdi yurdu,
Qurbətlərə salıb canım qavurdu.
Verimli illəri yelə savurdu,
Günümü eylədi yaman Zənganım.
Yel qovan yandırdım, yel aldı
qaçdı,
Mənə yol vermədi, yada yol açdı.
Yadın qaranquluq evinə saçdı,
Bir yel qaldı birdə saman,
Zənganım.
Düzgün deyir sənə mən tikdim
gözüm,
Ev sahibi bildim evində özüm.
Sənin üçün varımdır neçə sözüm,
əgər mənə versən aman, Zanganım
Zəngan
lövhələri-S9
Ulu Zənganım
Səni çeynətmərəm namərd yadlara,
Ulu əcdadımdan qalan məkanım.
Necə mən yaşayım adsız nişansız,
Tarixim, şərəfim, damarım, qanım,
Ulu zənganım.
Qorqudlardan qalan öyüd qaynağı,
Həkim Xuncilərin hekmət bulağı,
Elimin, yurdumun yanar çırağı,
İzzətim, varlığım, düşüncəm,
canım,
Ulu zənganım.
Sənə vətən dedim, Hidəci sayaq,
Keşiyində durdum ər kimi, oyaq,
Bütün varlığıma sən oldun dayaq,
Pənahım, yurd-yuvam, anam, amanım.
Ulu zənganım.
Yurdumda qoymadı yad bircə daşı,
Yaradır əlindən ürəyim başı.
Susmaram düşmənə yağıya qarşı,
Hər zaman söyləyir qocam, cəvanım,
Damarımda coşan qaynayan qanım,
Yaylağım, qışlağım, yazım, aranım,
Ulu zənganım.
Biraz bari
Qardaşım
radyonu elin dinləyir,
Pozma elin dilin, qan biraz barı.
Məni saya gəlməsən də gəlmə heç,
Öz nənəvi adam san biraz bari.
Danışdığın bu dil heç yərdə
yoxdur,
Qaydasız qanunsuz kəlamın çoxdur.
Sözün el qəlbinə zəhərli oxdur,
Elində halına yan biraz bari.
Düzgün nədən böylə sən gec
oyandın,
Nədən qonşu toyuğunu qaz sandın?
Özünün mülkünü-varlığın dandın,
Özgənin də yoxun dan biraz bari!
Xəzinə
Boğur sənin səsin bütün səsləri,
Şahə çəkib Azərbaycan deyəndə.
Yaraşıqlı, sarı telli Zənganlı,
Canlanıran sən mənə can deyəndə.
Böyük Bayatların uca baş oğlu,
Alçalma, alçalmaq yaraşmaz sənə.
Öyün tarixinə, öyün elinə,
Döyün ürəklərdə, bağlan vətənə
İlham al Zəngandan, Qızıl Özəndən,
Uca tut başını, əyilmə yada.
Bileydin kaş qəlbimdəki sirrimi,
Verməzdin onda sən elimi bada.
Bir xəzinəsidir əcdadımızın,
Bizə miras qalan Ana Dilimiz.
Qeyrətsiz qayğısız yaşasaq əgər,
Alçaqda yaşayar uca elimiz.
Yara qalıbdır
Qaranlıqda yaman söndü çırağım,
Yanıldım, yıxıldım, uçdu dayağım.
Qızıl Özən kəsmə mənim qabağım,
Sularında qızım Sara qalıbdır.
Qara Quşlu, Tarımlı nazlı gözəl,
Sənə yazdım yüz gəraylı, yüz
ğəzəl.
Dərdimi söylərdim özünə əzəl,
Söylə bu dərdə bir çara qalıbdır?
Əsgiltmə özünü batırma adın,
Qoy bir damla dadım dərmanın
dadın.
Qəlbimizdə, gözəl! bu namərd
yadın,
Vurmamış oxunu hara qalıbdır?
Böyük xətər etdim sənə vuruldum,
Eşqin dəryasına düşdüm, duruldum.
Gözəl rəhm et, yol getməkdən
yoruldum,
Gözlərim ağında qara qalıbdır.
Yalqız qoydun məni cansız
canansız,
Yaşaya bilmərəm Azərbaycansız.
Gəl tərk etmə sən yanımı
dərmansız,
Düzgünün qəlbində yara qalıbdır.
Dar əl- Qurân
Qurân təlim vərən, Qurân öyrədən,
«Xəyrokom»
adlanmış Qurân diliylə.
Dünyanı doldurmuş Qurân nəğməsi,
Türkün himmtiylə, Türkün əliylə.
Müəssir etgilən öz iradəvi,
Bu dari dünyanın dörd bucağında.
Sənə Qurân vermiş əzm-ü-iradə,
Saxla yanar odun öz ucağında.
Bu gün aldım xəbər eldən-tayfadan,
Zənganda açılmış bir Dar əl-Qurân
Hekmət mərkəzinə yenə dönəcək,
Qurânın ətriylə dolacaq Zəngan.
Ayrılma vətəndaş sən öz əslindən,
Gör nə günə qaldı ayrıldı Düzgün.
Öyünmə hər yetən əcəm-ovbâşa,
Əsalətinə, öz dininə öyün.
Musiqim
Qocalmadın qocalmazsan heç zaman,
Yaz nəfəsli, bahar səsli musiqim.
Qərinələr ürəkləri fəth etdin,
Bülbül dərdli, gül həvəsli
musiqim.
Can Ol
Hüseyn Düzgün deyir sözün düzünü,
Kimsədən gizləməz o haq sözünü.
Bir gün görsə dildarının üzünü,
Deyər getmə cismimdə can ol mənim.
Nökərlik Əyyamı
Ay axmaq əlindən yandım qavruldum,
Dönüyüsən elin, nökəri yadın.
Iç qadadan dada gedilməz, amma,
Məni dada gətdi sənin bidadın!
İtil başı uca saf düzlərimdən!
Gavurlar dilini qırıldatma, get!
Farsca şalpalayan o qırhaqırla,
Gözümün önündən bir an öncə it!
Məndən eşitsənə, Əcəm önündə,
Sənə layıq deyil süpürgəçilik.
Qartal qalmalısan, ucalıq gəzsən,
Səni də, məni də yüksəldər bilik.
Bu düzlərə addım basıb Olcaytu,
Şah Xətayi qılınc çəkib söz qoşub.
Sənə əhsən demək bizə yaraşmaz,
Nökərlik əyyamı çoxdan savuşub.
Dönük:
dönmüş, özündən çıxmış, asimilize olunmuş və öz doğma
mədəniyyətinə xor baxan.
Yarımçılıq Nökər
Yaddan əcnəbidən nəyin əsgikdir?
Varlığın var inan, gücün var,
inan.
Dallarını salma, kökünü qazma,
Özgə baltasına sap olma, dayan.
Farsca danışanda öz uşağınla,
Farsı da Türkü də iyrəndirirsən.
Inci tək dilini unutma, qanmaz!
Şalpam-şalpam belə nədir deyirsən?
Farsca öyrənsəydin heç lağ
etməzdim,
Deyərdim bir başqa dil öyrənibsən.
Yarımçılıq, lala pitik nökəri,
Kim qəbul edəcək? Sən söyləgilən!
Dal:
budaq, şaxe
Özgə Donun Geymə
Ay qız! Məlahətin özündə billah,
Dadın, təravətin sözündə billah.
Sehr edici o güc, gözündə billah,
Özgə donun geymə, dar gələr sənə.
O şalpam farscandan iyrənirəm mən,
Belə özün mənə sevdirənməzsən.
Səhər axşam sənə deyir hər gələn,
Özgə donun geymə dar gələr sənə.
Vətənin namuslu qızısan gözəl,
Sənə Düzgün yazıb on dəftər ğəzəl.
Ucadan demişəm bunu lap əzəl:
Özgə donun geymə dar gələr sənə.
Döz Ana Yurdum
Sənə vətən dedim sənə yurd dedim,
Allahın vergisi baş Qorqud dedim.
Qurdu gədiklərdə boğub ud dedim,
Dağları daşları boz ana yurdum.
Bu qara talein nədən pozulmaz
Alnına bəs niyə ağ gün yazılmaz?
Mənsiz şənində bir inci düzülməz,
Köksümdə qaynayır söz ana yurdum.
Düzgün deyir indi Zəngana gəldim,
Bayram günləridir şadyana gəldim.
Yoruldum hicrandan cəzana gəldim,
İllərdir deyirəm döz ana yurdum.
Qurqud:
iran türk tarixinin büyük ârif və elcə biləni Dədə
Qurquda işarə dir
aray
Daşına dağına girməsin yağı,
Bağın-baxçan olsun bülbül oylağı,
Ellər versin sənə yeni növrağı,
Vətən oğlun səslə haraya, Zəngan!
Maralların Zöhrün çölün bürüsün,
Hər səhər seyr edim ceyran
sürüsün.
Qorxusuz- qovqasız sürü yürüsün.
Vətən oğlun səslə haraya, Zəngan!
Çağdaşlaşsın caddən, küçən,
evlərin,
Qoynun sıcaq olsun, bulağın sərin.
İstəsən bəzənsin bütün hər yerin,
Vətən oğlun səslə haraya, Zəngan!
Yenə yaysın maarifi, irfanı,
Qurâna- İslama çəksin dünyanı.
Düzgün deyər gəl sev Azərbaycanı,
Vətən oğlun səslə haraya, Zəngan!
Daşa Dönər
Mənlə ilqar etdin mənə söz vərdin,
Ömrümü paylaşdım səninlə gözəl.
İndi səndən sənə şikayətim var,
Sözümü qarşımda gəl dinlə gözəl.
Çalçıqdan çıxanda, dağa varanda,
Əli Bulağına sarı gedəndə,
Unudma orda qıldığın namazı,
Allaha baş əyib dua edəndə.
Qovl-ö iqrarına əməl etməyən,
Daşa dönər gözəl buna gəl inan.
Dumduru suların axdığı yerdə,
Sən görübsən bunu gözünlə əyan.
Əlindən Aldı
Sənin tarixini kimsə yazmadı,
Ürəyim ucunda nisgilin qaldı.
Yad hiylə eylədi, yad məkr qıldı,
Müqəddəs ruhunu əlimdən aldı.
Biri tarixində yox hönər dedi,
«Biri baran dedi, biri xər dedi.»
Biri gənclərinə gör nələr dedi.
Hər söyüş eşitdim günüm qaraldı.
Zəngan, ey qaməti toprağa düşən,
Aslanlara vətən, nərlərə vətən.
Çələbi oğlunu becərdən sən sən,
Qalx, yad məni yaman günlərə
saldı.
Bütün şərqə hekmət şuası saçan,
İrana fəlsəfə qapısı açan.
Söylə gələcəksən özünə haçan?
Bu halını gördüm qəlbim daraldı
Qara Quşun düşüb yerə bayrağı,
Hidəcin oylağın alıbdır yağı.
Elmin qaynağısan, hekmət bulağı,
Toprağını öpən, fikrətə daldı.
Küçələrin gəzdi, Düzgün ağladı,
Söz qoşdu, şe´r yazdı, ürək
dağladı.
Sənə bir dəstə gül-çiçək bağladı,
Onu da dargöz yad əlindən aldı.
Harası Varmış
Bir gün güldüm, bir gün susdum,
ağladım,
Ömrün-günün ağı-qarası varmış.
Gülün qapısında tikan durandan,
Bülbülün köksündə yarası varmış.
Məni gətdin yeni dinə, imana
Saldın nədən qəm-qüssəyə, hirmana?
Qapına gəlmişəm gözəl dərmana,
Demişlər hər dərdin çarası varmış.
Ərdəbildən qavdın, Təbrizdən
qavdın,
Düzgünü Xiyavdan, Herizdən qavdın.
Urmiyədən qavdın, evmizdən qavdın,
Zəngandan da qavsan, harası
varmış?
Inam
Ana! ziyarətdən nədən doymursan?
Bir ay öncə getdin sən Xuarsana.
«Qərib İmam Riza» deyə çağırdın,
Nisgilin yağdırdın Azərbaycana.
Qapıdan bircə bağ sovzu almayan
Tək, burdan Dəmişqə-Məkkəyə gedir.
Bilir hara getsin, hara getməsin,
Anam yaxşı edir, hər nə ki edir.
Müqəddəsdir mənim anamın qoynu,
Onda həq qoxusu, həq nəzəri var.
Ruhu həq eşqiylə yoğrulmuş onun,
Hər zaman çiçəkdir, sanki
növbahar.
Talei acıdır, günü qaradır,
«İmam Riza» kimi qəribdir anam.
Ömrün başa verir iyidcəsinə.
Onu diri saxlır e′tiqad, inam
Hekmət Bulağı
Hekmət bulağiymiş sözü anamın?
Nağılı nəğməsi təranələri.
Öyüdü, duası, hərbə-zorbası,
Qulağımda qalıb illərdən bəri.
Mə′nəvi dünyası, həyatı parlaq,
Nəğməsi ilahi, sözü ilahi.
Yüksək zirvələrdə yaşayır anam,
Diləyi ilahi, özü ilahi.
İlahi məhəbbət, ilahi vergi,
Sənindir, mənimdir bacım-qardaşım!
Belə bir zirvədən qopub gəlirəm,
Yadlar qarşısında ucalır başım.
Təvazu Kanı
Namazın başlayıb qurtarana dək,
Nur yağır anamın yan-yörəsindən.
Zülmətlərdən qalxıb baxan bayquş
tək,
İllərdir heyranam bu halətə mən.
Nə qədər sözün var Allaha, ana!
Qəlbinin şəhrinə kim girə bilər?
Allah vermiş sənə iman gücünü,
Tükənməz dərdini yalnız o dinlər.
Bur-bucaq axtaran diri gözlərin,
Təvazö kanidir namaz qılanda.
Müqəddəs dünyada nə hekmətlər var,
Sən hayanda ana, oğlun hayanda?
Mən peşman – günəhkar yazıq
oğlunam,
Çadıravın ətəyin öpdüm gözümlə.
Hüseyn Düzgünəm mən, yalan
bacarmam,
Səni təhsin etdim doğru sözümlə.
Adət
Qalası deyiləm sizin bu yurdda,
Yolumu gözləyir gözəl vətənim.
Elimin ağrıyan yarasıyam mən,
Qəlbimi Təbrizdə basdırın mənim.
Badam ağacları güllənən gündə,
Göy Məsciddə qılın ölü namazın,
ərkin qoxusilə atirləndirin,
könlümün ən dərin raz-ö niyazın.
Bağışlamaq adət olmuş anama,
Yenə əfv edəcək günahlarımı.
Çaşsamda, caysamda, səhv
eyləsəmdə,
Ona bəxş etmişəm bütün varımı.
Uşaqlıq Xatirəsi
Arzusunda varam, o axşamların,
Ki anam sulardı abpaşla yeri.
Sonra süpürəndə nəğmə deyərdi,
Anamın eşqinə bülbülün biri.
Ayın qursu yerin mülkün alanda,
Anam çağırardı «yerləri gətir.»
Və biz də sevinəcək açıb yük
yerin,
Pəncərə içinə qoyardıq bir-bir.
Palazları anam sərərdi yerə,
Üstündən salardı yerlərimizi.
Yayın axşamıydı dığırladardıq,
Yerlərin üstündə bir-birimizi.
Üstümüzə anam çığırardı çox:
«Çəkilin balalar yerləri salım,
Sonra hər oyundan çıxırsız çıxın,
Bala qurban olum, dərdizi alım!»
Yərləri salandan sonra, anamız,
Bir yorqan içinə toplardı bizi.
Nağıla başlardı min məhəbbətlə,
Anamın gələndə köksünə sözü.
Bizdə seyr edərdik nağıl bağında,
Göylərdə tikərdik mərmər qəsirlər.
Anam ağzı sulu əfsanələrdən,
Verərdi bizlərə min şirin xəbər.
Vaxt olardı bacı- qardaşlarımla,
Anamın qoynunda yuxu alardıq.
Həyətə gələrdi gecə quşları,
Üstümüzə ay da sərpərdi işıq.
Bağış Dilə
Sulardan durudur aydan arıdır,
Sənin iki rəkət xalis namazın.
Əsrar qaynağıdır, sır qapısıdır,
Böyük Allah ilə raz-o-niyazın.
Nələr yatmış ana, qəlbində bilməm,
Alt-üst oluram sən namaz qılanda.
Gözündə sezirəm mirvariləri,
Göylərdən anacan vəhyin gələndə.
Mən sənə bağlıyam səndən almışam,
Dünyadan Allahdan hidayətimi.
Sənin duru dua, duru zikrində,
Tapmışam eşqimi nəhayətimi.
Düzgünəm bir ulu anaya bağlı,
Caysam da peşmanam tövbə edirəm.
Bağış dilə ana mənə Allahdan,
Sən gedən dosdoğru yolu gedirəm.
Damlacıq
Nurani-pirani anam var mənim,
Qur′an oxumağı öyrətmiş mənə.
Həqqə baş əyməyi, düzgün həyatı,
Sayqı bəsləməyi gözəl vətənə.
Əlif zəbər, be zir, cim zəbər, dal
zən,
Deyə-deyə, məni şair eyləmiş.
Boyumu oxşamış dadlı dillərlə,
Mənə gecə-gündüz layla söyləmiş.
Sənin əməyini itirməz oğlun,
Fəzilət dəryası, gözəl anacan.
Uddurduğun mənə bir damlacıqdır,
Qoruyub saxlayır bizi bəladan.
Müqəddəs Arzulu Təbrizim Mənim
Sən mənim şe´rimin ruhuna döndün,
Müqəddəs arzulu Təbrizim mənim.
Silinmir könlümdən qəhrəman adın,
Müqəddəs arzulu təbrizim mənim.
Eşqini almışam ürəyimə, bil!
Mən ki yanındayam, gözlərini sil!
Danış bir, harda bəs dadlı-duzlu
dil?
Müqəddəs arzulu Təbrizim mənim.
Man səndə tapmışam babək inadın,
Bahar güllərinin qoxusun dadın.
Çıxmaz xatirimdən heç zaman adın,
Müqəddəs arzulu Təbrizim mənim.
Ey mənim həyatım böyük amalım,
Eşqim, iftixarım, cah-o-cəlalım.
Səndən ayrılmazdır fikrim,
xəyalım,
Müqəddəs arzulu Təbrizim mənim.
Sıxıntı içrə sən məni atmadın,
Təzə faşistlərə özün qatmadın.
Qəlbini özgiyə gedib satmadın,
Müqəddəs arzulu Təbrizim mənim.
Sənə bağlanıbdır bütün amalım,
Sənsiz indi axı pisdir əhvalım.
Gəl döyüş əzmiylə qoyma tək qalım,
Müqəddəs arzulu Təbrizim mənim.
Üç Qovl
İndi mənə qalmış bircə səklindir,
Gözümü tikmişəm şux gözlərinə.
Sənə inanmışam, sədaqətin var,
Ey ağır günlərdə xatirə mənə.
Gözəlim vəhşilər kəmində yatıb,
Sənə yağdırarlar çox bəla-qada.
Gəl mənim yanımda döyüş aparaq,
Axı üç qovlunu bir salsan yada:
Bir dedin: «sadiqəm sənə,
dönmərəm,
Başqaları üçün fikrə dalmaram.»
Bir də məş′əlimi yerə qoymaram,
Eşqimsə toruna yadın salmaram.»
Hər zaman sözünə qoy inanım mən,
Bəşəriyyət bütün gözləyir səni.
Mənimlə qol-qola gəl gedək burdan,
Gəl gedək döyüşə, tək qoyma
məni...
Sarsılda bilmədi tufanlar bizi,
Sənin eşqin böyük dayağım oldu.
Bu qaranlıq ağır uçrumlu yolda,
Mihriban gözlərin çırağım oldu.
İhanət eşitdim, vətənsiz qaldım,
Ağır sürgünlərə atdılar məni.
Təkcə sən qaldın ey qumral
baxışlı!
Pul-çörək dostları satdılar məni.
Sən dedin: «həmişə gözlərəm səni.»
Ürəyimə mənim güc bağışladın.
Eşqinlə nəğmələr yazdım ha yazdım,
Döndü sərlövhəyə o gözəl adın.
Gəlməzdi xəyalə başıma gələn,
Görürsən ki nələr gəlir başıma.
Vətən olmayanda həyat
da yoxdur,
Hər yanda qatdılar zəhər aşıma.
Söylə tutmasınlar gülüncə məni,
Vətən aşiqiyəm, fəxr dir mənə.
Əsrin cəlladının qullarına de,
Qurban olacaqdır canım vətənə.
Bu yoldan qorxmuram, yanılmıram
da,
Həyatım bağlıdır bu yola mənim.
Sənidə hər zaman belə istərəm,
Vermə əməyimi bax bada mənim.
Müsafir
Sənsiz qaldıq gözəl bəs nə edək
biz,
Salırsanmı yada heç bizi ya yox?
Həmişə biz sənə fikr eyləyirik,
Yoxsa ləbi qonça, gözü şux nə çox.
Qavdılar bir gündə səni vətəndən,
Hələ istəyirlər məni alsınlar.
Töhmət yağdırırlar dalınca sənın,
Aramızda bizim nifaq salsınlar.
Mənim eşqi böyük ey müsafirim!
Sənə «yoldaş» dedim, gəl fəxr
eyləyək.
Həqiqət yolunda Düzgün qalmağı,
Bu yaman günlərdə vəzifə bilək.
Ayrılıq Sözü
Hərdən fıkır edirəm unudam səni,
Görürəm olmayan imkansız işdi.
Həyatım anları sənsiz keçəndə,
Bir yoldur yoxuşsuz, bütün
yenişdi.
Səndən ayrılmışam, qəlbim acıyır,
Vəsf edə bilmirəm pozğun halımı.
Kimsə bilmir nədir, nəyimdir
mənim,
Sən bilərsən ancaq bu əhvalımı.
Sən mənim eşqimlə silah geyinsən,
Özümü mən nakam his eyləmərəm.
Qarşısında dursan imperyalizmin,
Ayrılıq sözünü day söyləmərəm.
Nəğmə
Gör necə deşildi bağrımın başı,
Vay amansız xəzan nə vaxtsız
çatdı.
Lalələr biçildi qanlar töküldü,
Turuncu gün axıb üfüqdə batdı.
Qoy sənin fikrinlə mən şən
yaşayım,
Eşqin qollarıma
quvvət bağışlır.
Qoy elə bilim ki sən yanımdasan,
Nəfəsin şe´rimə cür′ət bağışlır.
Bu xəyalla ki sən məni atmazsan,
Zülmü işkəncəni bəlke unudum.
Bu günlər ax necə sənsiz qalmışam,
Ey mənim vüqarım, mənim umudum.
Qoy deyim insana səadət verən,
Qanlı bir günəşi gətirəcəksən.
Qoy deyim ağalar şərlər önündə
Başını heç zaman əyməyəcəksən.
Halə sal şe´rimə, odlara dönsün,
Sənin məhəbbətin can verir mənə.
Amandır məzarım odlanar, yanar,
Bu canım yanmasa vətənə, sənə...
Qoy deyim dözülməz ağır günlərdə,
Sən çiyin-çiyinə mənimlə varsan.
Qırmızı bir gündə, məzarım üstə,
Fikrimi yaşadan dönməz Nigarsan.
Quru göl
Gəlmişəm qoynunda qalam, yalqızam,
Yatağım, otağım dağılıb mənim.
«Fürsət»im əlimdən getdi necə ki,
İllərdə gedibdir əldən vətənim.
Mənə öz qoynunda bu gecə yer ver,
Təbriz qırağında qalan quru göl,
Bu çöl qarış-qarış aşnadır mənə,
Aşnalıq olubdur yalan quru göl.
Görəsən Fürsətim nə edir indi?
Heç görünmür onun işığı ayda.
Deyirlər dustaqda tar da düzəlib,
Çalır dostlar üçün o boyda-boyda.
Bütün insanların səadətini,
Gözəl əllərilə tərənnüm edir.
Hər zəxmə vurduqca bir dönüb dalı,
Şirin-şirin baxıb təbəssüm edir.
Vüsətli ürəkli «Huşəng Fürsət»,
Darısqal zindanda məbhus olubdur.
Qanlı da′valara hələ düşməmiş,
Faciə görməmiş yaman solubdur.
Azadlıq həsrətli dartınan qəlbi,
Sökülür tökülür tar çalanda o.
Mən özüm özümdən çox utanıram,
Hər novruz zindanda tək qalanda o.
İşkəncə altında, çox bazcuların,
İnadilə fikrin taladı Fürsət.
Qara dustaqlarda dar sillullarda,
İlləri illərə caladı Fürsət.
Mən onun istirəm inci nəğməsi,
Havaya qalxanda alqana dönsün.
Mən onun istirəm oxuduğu şe´r,
Qanlı bir dənizə Ummana dönsün.
Istirəm ki onun gözəl adilə,
Qızıl şəfəqlərin içində uçam.
İstirəm dalınca dartınıb varam,
İşıqlı günlərin qapısın açam.
Unudma Məni
İndi sənsən mənim böyük ümidim,
Sevgili cananım unudma məni.
Ayrılıq sözünü söyləmə, aman!
Məni yaşadanım, unudma məni.
Qızıl gül doğanda məni yad eylə,
Fe′lələr qalxanda məni yad eylə.
İnqilab olanda məni yad eylə,
Ey gözəl insanım unudma məni.
Quvvət al cür′ət al məhəbbətimdən,
Səni mən sevmişəm, mən sevmişəm,
mən.
Qəhrəman gözləyir bu gözəl vətən,
Mənim qəhrəmanım, unudma məni.
Dayqalardır
Dayqalardır göz tikmişəm əzizim,
Bacarıqlı ellərivin dövrünə.
Titrəyəndə sazin, mətin ruxsarın,
Yol açmışdır mən çün səhər
şəhrinə.
Barmaqların axıntısı açacaq,
Könlümdəki açılmayan sirrləri.
Simlərinin incə-nəzik səsində
Canlanacaq əməlimin dəftəri.
Desəm yarır sızıltısı tarıvın,
Qızıl damar ürəyimi ən dərin.
İnan yırtıb boyayırlar al qana,
Öpüşəndə dalqaları səsivin.
Bir hadise, bir dirilik, bir ölüm,
Bilməm haçan qoydu səni qarşımda.
Yadımdadır ancaq bu ki o günü,
Quldurların zəhri varmış aşımda.
Yadımdadır ancaq, o gün duymuşdum,
Çağrılmamış qonaqların gəlişin.
Görmüş idim anam ləşi üstündə,
Yad elllilər atlısının yerişin.
O geceydi «Ariya»lar qulları –
Əlləriylə parçalandı nəğməmiz.
Bəlkə sənin nəğmələrin içində,
Gördük duru bir mavi göy, ən
təmiz.
Gecə içrə gül nəğməni qaldıraq,
Ocaq quraq, naqus çalaq yollarda.
Oyandıraq yolçuları, dinləyək,
Salaq qara gecə içrə səs-səda.
Ay Səhər
Ay səhər! yadımda uşaq günlərim,
Anam ağzı sulu qış gecələri,
Səndən çox nağıllar deyərdi mənə,
Göz açıb görərdım açdı dan yeri.
İndi də gecədir, qış gecəsidir,
Bayırda əylənir budaqlar qardan.
Quşbaşı sanmayır heşcə, toplayır,
Dodağım partlayır ağır sükutdan.
Ən çirkin bir gecə, nifrətli gecə,
Basıb bürüyübdür yan-yörəmizi.
Yuxlayıb qalmışıq karvandan qıraq,
Səhərin dan yeri, gəl oyalt bizi.
Bilirsənmi məni nələr çulqayıb?
Gecə bayquşları qonub yurduma.
Ağ alaçığımın qızıl bayrağı,
Düşüb göydən yerə, sərilib yala.
Açıl, açıl səhər! məhəbbət eylə,
Basğın ver gecənin qara devinə.
Açıl, açıl səhər! yol işıqlansın,
Xatir cəm yollansın hər kəs evinə.
Doğ səhər, doğ səhər, qızıl qanla
doğ,
Yanaşsın bir-birə qoy ürəyimiz.
Məhəbbətdən danış, qanad çal azad,
Çiçəklənəcəkdir şən diləyimiz.
Ürəyim acıdır, susuzdur, yanqı,
İstilik bağışla ona od ilə.
Qoyma düşsün işdən, oyandır, qan
tök,
Qara gecə burda hakimdir hələ.
İftixarlı Ərk
Görürəm başından qopub tökülür,
Yeni kərpiçlər, ey iftixarlı Ərk!
Qol-budağın sınır, güllərin solur,
Düşürsən xəzana, növbaharlı Ərk.
Analar bağrını yadlar dağ etdi,
Gözlərindən qanlı yaşlar axıtdı.
Sənin hörmətivi Tehran dağıtdı,
Şərəflə ucalan ey vüqarlı Ərk.
Deyirlər ki burda gül gərək sola,
Abad gülzarları bayquşlar ala.
Bilməm neçün daha müsəllət ola,
Sənə bədkarə yad, xoş rəftarlı
Ərk?
Duyar gözlə uca nüqtədən baxan!
Görsən yad əlindən həyatda aman,
Gələcəyə saxla bunları nişan,
Sinəsi xəzinə yadigarlı Ərk.
Kəndimizə
Məktəb
Kəndimizdə vardır on ildi məktəb,
Yarımasın görüm məktəb açanı.
Bu xarab abadda, yoxdur heç ədəb,
Yarçımasın görüm bina qoyanı.
On ildir bir oğlum məktəbə gedir,
«Cavid şah» dan başqa birzad
bilməyir!
Sadə insan dilin buraxıb tez-tez,
Yad ellilər kimi «qorbunet!»
deyir.
Məktəbi iki il sonra bitirir,
Başıma kül olsun, sənəti yoxdur
Bacarmır cütçülük, nə başqa bir
iş.
Ancaq yad sözləri dilində çoxdur.
Deyirsən: «Məktub yaz, iş istə
Şahdan,»
Qırcanıb deyir ki: «Çi
mifərmayin?»
Deyirsən qanmırıq sadəcə danış,
Deyir: «Bisavadin, nəbaşin qəmin!»
Bilirəm məktəbi qurtaran zaman,
Qaçacaq Tehrana külüng vurmağa.
On il dərs oxuyan külüngçü olur,
Cavab olacaqmı bu bidadlara?
Şahinlər Ağlamaz
Sən mənim şe´rimin xətabı oldun,
Hər nə his eylədim sənə söylədim.
İntihasız ağır məşəqqət çəkdim,
Sənə dönüb bütün bəyan eylədim.
Kim bilir burada nələr çəkirəm,
Ürəyimdə ağır qubar qalanıb.
Qüssədən, düyündən açılmır üzüm,
Gülüncüm, şadlığım necə talanıb.
Daha parçalanır qəmli ürəyim,
Dolubdur qap-qara bir bulud kimi.
Ağır mehnətimə fəlakətimə,
Şərik edim kimi? çağırım kimi?
Bax şe´rim olmasa daha dığlaram,
Yüz dolu ahımdır sətrə düzülür.
Yaş da çıxmır niyə gözümdən
bilməm,
Könlüm parçalanır canım üzülür.
Sən indi neylirsən, xəzan çağıdır,
Bax mən boğuluram, düzün de gözəl.
Məni yadıva heç salırsan ya yox?
Dur gəl qulağıma özün de gözəl.
Oxuyub gülməyin mənim şe´rimi,
Yazmasam ürəyim parçalanacaq.
Hər sətri yazanda bir ah çəkirəm,
Həvəs üstə deyil bu şe´ri yazmaq.
Bu mənim halımın tutğun vaxtında,
Fəryadıma çatan göz yaşlarımdır.
Gəlin bu sözüdə məndən eşidin,
Rəzalət heç davam etməyəcəkdir.
Mən getsəm də əgər, ölsəmdə əgər,
Amalım heç zaman getməyəcəkdir.
Məni göylər ya ki fələk qavmadı,
Qanunu boğubdur İmperyalizmin.
Axırda bu günün intiqamına,
İnsanlar qalxacaq ayağa min-min.
Qəlbimdə dəniz var, dərya var
mənim,
Tufanlar qalxızar, vəlakin sönməz!
Mən dönüb gedərəm bir gün
dünyadan,
Məndən heç bir zaman həqiqət
dönməz.
Mən çəkən dərdlərin mində birinə,
Siz gəlin tablaşın, kərdisi yoxun!
Quraşdırdığız siz bu qanunların,
Görəcəksiz axır sinəzdə oxun!
Siz ey Desputizmin qudurqanları!
Tarixin sayfası qara yazılmaz!
Qanların saldığı qırmızı izlər,
Heç zaman silinməz, heç vaxt
pozulmaz.
Yenə də deyirəm eşitsin aləm,
Yaşayacaq mənim bütün amalım.
Kiçik imtahandır dünya üzündə,
Mənim ağır günüm acı əhvalım.
Kimsə inanmasın mən ağlamışam,
Şahinlər ağlamaz, aləmlər bilir.
Görmürsüz şəfəqlər içində qartal,
Necə möhkəm gedir, necə bərk
gedir.
Ürəyimdən qopan bütün kəlmələr,
Sahələrdə qanlı iz salacaqdır.
Mən tənha qalmaram, tək yaşamaram,
Göylüm insanları tam alacaqdır.
Bu ağır kədərli yalqızlıq
içrə,
Heç zaman özümü tənha bilmərəm.
Dünya var qədər mən yaşamalıyam,
Böyük eşqim ölməz, mən də ölmərəm.
Qoy könül verdiyim şux gözəlim də,
Məni istəməsin məni sevməsin.
Lakin mən bir onu, bir də həyatı,
Sevirəm, istirəm, siz bunu bilin!
Şe´rimi
Ey mənim şe´rimi dinləyən kimsə,
Könlümün sızısın anlayırsanmı?
Oduma yanmağa şərik olaraq,
Gizli dərtlərimi heç sorursanmı?
Onlar əfğanıdır qanlı könlümün,
Belə e′tinasız onlara baxma.
Qəmimdir, dərdimdir, qüssəmdir
mənim,
Onlarla şad olub canımı yaxma.
Yazmadım onları şənliklər üçün,
Qəmli bir kimsə heç görərmi
şadlıq?
Eyşizdə onları gülünc etməyin,
Aşnalar! şe´rimə qılmayın yadlıq.
Basılmış, əzilmiş, ellərim üçün,
Ağıtdırlar bunlar, deyin ağlayın.
Məhəbbət, şəfəqqət hərəmlərinə,
Tazə-tərlərindən dəstə bağlayın.
Şe´r Dünyası
Həbib
Sâhirə məktub.
Ellərin baxtının gülü açanda,
Buralarda günəş işıq saçanda,
Səadət nəğməsi oxuyacağam,
Qaraqış ədmə sarı qaçanda.
Qırağa çəkilsin qoy xulyalılar,
Əbədi bir nifrət satqına nisar.
Məncə hörməti yox hər söz düzənin,
Deyildir ki şe´rin dünyası bazar.
Bizim sözlərimiz yada acıdır,
Çünkü el quvvəti, xalqın gücüdür.
Mən yaxşı bilirəm sənin əlindən,
Kağızda daman hər şe´r inci dir.
Ən gözəldir mənim vətənim Sâhir,
Sən olan yerdə day nə qəmim Sâhir.
Arazın məsirin döndərəcəyik,
Bu sözümə quvvət ver mənim Sâhir.
Gələcək deyir ki tez gələcəyəm,
Düzü düz, pisi də pis biləcəyəm.
Xalqımın nifrəti olan kimsənin,
Adını tarixdən mən siləcəyəm.
Gözəlliklərimiz
A yadlar! mən ölüm bir insaf
verin,
Bizim bu gözəllik tapılar harda?
Azərbaycanımın incəlikləri,
Deyilmi misilsiz məgər dünyada?
Bilur ayaq avı çöllərimizin,
Ağ buxaq gülləri düzlərimizin.
Şərəfi, şövkəti ellərimizin,
Mə′nası-şəkəri sözlərimizin.
A gədə sanma ki acizdir elim,
Törədir yenə də Səttarxan, bax ha!
Töhmətindən sənin uzaqdır dilim,
Ağzımda incəlir gör axa-axa.
Mənim arzum budur azad yaşayaq,
Şadca həyat verək birlikdə başa.
Yoxsa dəliləri haraylayaram,
Başıvı döyərlər min kərə daşa.
Vətənimi mənim udanmaz pəncən,
Iyidlərim səni basar geriyə.
Çox zalım görübdür qocaman tarix,
Güvənmə bu zülmə bu namərdliyə!
Ay Nuru
sərpirsə də nurunu ay hər yana,
Şeh daxmamız görməyiri bir işıq.
Qaralaraq günlərimiz gecəmiz,
Devrəmizi basqı qılıb qaranlıq.
Çürük vuqal, hisli pərdi damımız,
Hələ durub qabağında işığın.
Kəsginsə də nur, batmayır bunlara,
Gicəlibən itirəcək bildiyin.
Dərin-dərin qaranlıqda çarpacaq,
Bir dəlikdən nurun qısa quyruğu.
Dayanacaq bir maniə çataraq,
Keçənmədən döngələri-buruğu.
Haçana can çürüyəcək canımız,
Deşiksiz bir şeh daxmanın içində?
Doğacaqmı ayın qursu burada,
Çıxacağıq aydınlığa biz birdə?
Susacaqmı gecə devi bir yanlıq,
Açılacaq ayaqlardan kündələr?
Ayın nuru sərpiləcək evmizə?
Görəcəyik aydınlıqdan bir bəhər?
Turağayı Küsmə
Bir kolun dibində bir turağayı,
Bağlamışdır yuva ipək-hərirdən.
Qoymuşdur orda üç çil-çil yumurta,
Sanki almas, rəngi qızıl-gümüşdən.
Naxırdan ayrılmış bir qızğın inək,
Kəlləri qaçırtmış dalıca ora.
Yollamış naxırçı kiçik oğlunu,
Zəmilər içindən malı qaytara.
Oğlanın gözünə dəymiş bu yuva,
Həvəslə əlləmiş yumurtaları.
Ancaq qoymuş yenə öz yerlərinə,
Sonra malla qaçmış naxıra sarı.
Turağayı axşam gəlib seyrandan,
Oxuya-oxuya yuvaya çatdı.
Yaxınlaşcaq duydu təğyir isini,
Qıraqda duruban fikrətə batdı.
Dəyişib yerini kim yumurtamın?
Kim mənim yuvama əl uzadıbdır?
Kimdir ki yuvamın pərdəsin yırtıb,
Verib yumurtalar yerində təğyir?
Fikrətə dalandan bir müddət sonra,
Birdən qanad çalıb göyə qavzandı.
Turağayı küsüb yurdun boşladı,
Özü tikən evdən daha yanlandı.
Oraya basmadı bir daha ayaq,
Doğrusu bağlamış uzun bir küsü.
Başqa bir zəmidə evcik quruldu,
Başqa yerdə gedib yumurta qoydu.
Turağayı küsmə gəl öz yuvana,
Üç yumurtan burda yalqız qalıblar.
Ötən könülləri yoxsa yandırma,
Gəl yumurtaları özünlə apar.
Turağayı küsmə qoymarıq birdə,
Bir kimsə yuvana əlin apara.
Səsinə vurulan haq aşıqları
Səni arzulayır uç gəl buraya...
O Qızlar Ki
O qızlar ki, oyanardı yuxudan,
Səhər vaxtı nəğməsilə sazların.
Süzüşərdi lətafətlə hovuza,
Və çimərdi yanlarilə qazların.
O qızlar ki məhəbbətlə azadca,
Böyüyübən açmışdılar qol-qanat,
Gör nə zülüm, nə şəqavət gördülər,
Qıldı əsir onları gör necə Tat!
O qızlar ki eşitməzdi heşcə söz,
Güldən ağır yaşayışın boyunda.
Eşitdilər indi nələr, gör nələr,
Vurulub gör necə töhmət onlara.
O qızlar ki həmdəm idi güllərlə,
Yatışardı ağuşunda güllərin.
Məskən salıb görün necə yerlərdə,
İndi olub sürgün xarı ellərin.
O qızlar ki qucağında ananın,
Becəribən görürdülər naz-ne′mət,
Dilənirlər qapısında kimlərin,
Gör onları necə alıb zor zülmət.
O qızlar ki gözəllikdə-hüsnüdə,
Tapılmazdı misalları dünyada,
Görün necə atılıblar nəzərdən,
Kimsə indi rəğbət qılmır onlara...
İntizar
İntizar gözlərim yanıb yaxıldı,
Nə olar versəz ara tutqun
bulutlar?
Açqın hava ilə yol açın mənə.
Ruhuma dünyanı siz etməyin tar.
Pəncərə ardından baxıram çölə,
Yağış göz yaşı tək tökür şırhaşır.
Yol kəsənlər budur, əmr et
dayansın,
Nanəcibliyivin gəl ürəyin qır.
Vaxt ötür, sinədə ürəyim döyür,
Nə yar gəldi, nə mən yarla
çatışdım.
Yanımı tutqu edən bir xulyalilə,
İntizar oduna hayıf batışdım...
Çöldə divarların suvaqlarının,
Qopulub tökülmək səsi incəlir.
İçəridə isə damcı şırlayır,
Dam, su saxlamaqdan daha dincəlir.
Ürəyimi yaxır intizar odu,
Gözlərim dikilib pəncərələrə.
Şaqqıltı salaraq axar sulara,
Qucağın açıbdır dağ, təpə, dərə.
İnan sevgili yar gözləyəcəyəm,
Yolun açılmağın nə qədər varam.
Çatışam sənilə bircə ləhzə mən,
Bilirəm o zaman sağalar yaram.
Gəl gözəl
Bəs eşitməmisən, elin ağzından,
«Hər zadın tazası, dostun
köhnəsi»?
İltifat et mənlə yanaş, ay gözəl?
Qurutma ləbimdə süzən həvəsi.
Bağlarlarmı küsü illər bir sözlə?
Ötən ötüb, keçən keçdi sevgilim.
Mərhəmət qıl yazıq bülbüllərinə,
Yad bağlarda gəzmə mənim öz gülüm.
Qədəm bassan bir an bizim evmizə,
Ayağın altında qurban olarıq.
Qadanı alarıq ha qalsan bizdə,
Getsənsə, hörmətlə yola salarıq.
Yadlarda nə gördün unutdun eli?
İntizarda qoydun illərlə bizi?
Rəhm qıl vırana bağlar halına,
Qoyma bir baş itsin burda eşq izi.
İntizar gözümüz qaralıb daha,
Canımızı yaxıb həsrət atəşı.
Nə olar yol göstərsən səhər, dağ
ardı,
Burdada bir doğa eşqin günəşi.
Gəl gözəl, gəl gözəl öz vətənivə,
Olar qiymətivi burada bilən.
Gəl gözəl öz bağ-o-bağçanda yaşa,
Ölsən də ölməyə yaxşıdır vətən!
Aşıq Susma
Aşıq susma, titrət qızıl telləri,
Təsxir elə ürəyimi, ruhumu.
Zəxmələri qaldır, yendir
bir-bə-bir,
Dad füğana-sıza gətir hər simi.
Aşıq bilməm nə sirr var simində,
Sızlayanda, gizildiri ürəyim.
Səslənəndə biz-biz durur tüklərim,
Yatmış idi ə′mağında istəyim.
Qanad bağlır ruhum uçur göylərdə,
Quşlar ilə bulutlardan ötüşür.
Tərpəncək bir dəfə simin, min
kərə,
Pərdələrdə seyran edib gəzişir.
Mənim ruhum duyur sənin dərdivi,
Susma, sızlat bacardıqca sazını.
Sızlat-sızlat üçümüzdə yaş tökək,
Ta yetirək məhəbbətin yazını.
Aşıq min sirr yatıb sənin sazında,
Qanarmı hər insan sanan özünü?
Sən sevdalı, mən sevdalı, saz
dəli,
Sən deyirsən sazda sözün düzünü.
Qurban sənin əllərivə, susma çal,
Dərtlilərdən quracağam yığıncaq.
Çal, qoy aşsın bağırtımız
dağ-daşı,
Durnalarla uçub getsin ən uzaq.
Susma çal ki qara bulud yan gedər,
Qızıl günəş axır doğar səmada.
Məhəbbətin çiçəklərin becərdər,
Sevdalılar günə çıxar dünyada.
Bizlə səndən sonra, sırdaş
kimlərdir,
Bu dövrə də aşıq dəli sazına?
Qorxma nədən, anlayırıq ancaq biz?
Sazın, sızın, sözün, dərdin
burada!
Ağrıma heç şişəkidən, səxrədən,
Sən dərtlisən vermə baha onlara.
Bacardıqca qaldır göyə sızıvı,
Həmdəm eylə azad uçan quşlara.
İçimdə yandım
Bir belə tənhalıq heç kəs görmədi,
Belə bir ağrını kimsə çəkmədi.
İnciyən ağlayıb özün boşaltdı,
Içinə gözyaşı kimsə tökmədi.
Içimdə ağladım, içimdə yandım,
Mənə bir qədər də yanan olmadı.
Məni tənhalıqdan qurtan yoxdur,
Hamı çıxdı getdi, kimsə qalmadı.
Nə ağır dərdimiş tənhalıq, gözəl,
Qurtamır bu günlər bu dəqiqələr.
Adın xəyalımdan heç silinmədi,
Nələr çəkdim burda, mən, nələr,
nələr?
Qoy başımı atım dizivin üstə,
Doyunca ağlayım, dolub ürəyim.
Sən orda mən burda, səndən
ayrıyam,
Boğazım tutulur daha nə deyim.
Baxırdı
Gözəlim bir sarı buluz geymişdi,
Bədənindən bütün ətır yağırdı.
Buxunu çulqanmış ağa-sarıya,
Dodağından şirin bir bal axırdı.
Qarı düşmən gəlib güdürdü bizi,
Həyasız axırdı ağzından sözü.
Lakin sevgilimin o qara gözü,
Özgiyə yox, fəqət mənə baxırdı.
Fəxriyə
Şe´rimin incisin mən düzəcəyəm,
Bağışla ustadım, şairəm mən də.
Xalqımın işçisi, silahçısıyam,
Saxlanır ürəyim bu gül vətəndə.
Dayqalar axmışam xalq axınına,
Əzəl gündən ordan ilham almışam.
Gəzmişəm dağların Azərbaycanın,
Saatlar bu yerdə fikrə dalmışam.
Sərin bulaqlardan xeyli içmişəm!
Obalarda qonaq olmuşam, ay çox!
Gəncliyim burada güllənib, denə,
Könlümdə zərrəcə mənim qorxu yox!
Mənim hündür atım büdrəməyəcək,
Aşacaq təpəni, dərəni, dağı,
Əbəda ki qarşı duranmayacaq,
Misri qılıncıma azğın göz yağı.
Bir əldə bayrağım, bir əldə
şe´rim,
Çapacağam atı ən ucalarda.
Asiya xalqların qurtaracağam,
Gedəcəyəm daha bilmirəm hara.
Polad qollarımla qaytaracağam,
Yenidən anamın bahar yaşların.
Acı düyünlərdən qurtaracağam,
Onun o zil qara çatma qaşların.
Güllənməyəcək başmaqçı «Əli»
Ellərin arzusu güllənəcəkdir.
Qəbiri üstündə «Xiyabani»nin,
Səadət yelkəni yellənəcəkdir.
Kəndlərdən qalxacaq «Azəroğlu»lar,
Qalmayacaq şair qoynunda əli.
Səadət nəğməsi yazacaq hamı,
Əsgik olmayacaq kimsənin dili.
Denə namərd yada heç zaman mənim,
Ürəyim soyuq daş olmayacaqdır.
Denə mənim iyid Koroğlu balam,
Özgə torpağını almayacaqdır.
Denə burdan qalxan əbədi odlar,
Tamam Asiyanı bürüyəcəkdir.
İmpiratorluğu boyunduruqla,
Dənizlərə sarı sürüyəcəkdir.
Bəluç
Qardaşım
Səhərlə oyanıb uzun yol sürən,
Yumşaq qumlaqlara iz salan Bəluç.
Günəşlə sürünüb dağ-dərə varan,
Yalın qayalarla vuruşan Bəluç.
Ay elin-oymağın tərk edib gedən,
Söylə kimlər səni dər-bə-dər
qıldı?
Hər addım oturub dərin ah çəkən,
Söylə kim nəştərlə bağrıvı dəldi?
Çırpındın yayı-qış odlu yellərlə,
Savruq talaları oldular yəlin.
Sabahı silkindin, getdin ha
getdin,
Qanlı, cəngəllərdə məskən eylədin.
Dabanının qalın qabarlarından,
Qan axdı yol üzrə, qızıl iz saldı.
Ləhliyə-ləhliyə can hayı ilə,
Sən ötdün, qırmızı işarən qaldı.
Gecələr oturdun qara komada,
Gəvənin şö´ləsin uzaqdan gördüm.
Döncək Od Yurduna gözüm odlandı,
Qanıva-oduva mən cavab verdim.
Deyirəm ki çox da uzaq deyilik,
Yolumuzda hər gah uçrum olmasa.
Hər gecə biz sizdə qonaq olardıq,
Namərd aramızda səngər salmasa.
Deyirəm: ay qardaş! gəl ocaq
quraq,
Tamam el-oymaği bir yerə yığaq.
Hayqırıb namərdə hucum eyləyək,
Zülmün ürəkini lap dibdən qıraq.
Bilirəm ay qardaş! o gün yaxındır,
Bu sözə ürəkdən mən inanıram.
Diləyə çatarıq o şən zamanda,
Gələcək, gələcək, bunu anıram.
Səhərin səsilə, şəfəq rəngilə,
Axacağam axır könülnə sənin.
Elimin odundan məhəbbətindən,
Qoyacağam əsər canında dərin.
Xəyyam!
Oxuyarkən səni ana dilimdə,
Diləmişdim qəbrin görməyi, Xəyyam!
Yaşasın insana qayğı, sədaqət,
Sən kimi dahinin diləyi Xəyyam!
Açaraq xalqıva həyat sirrini,
Zülümkar şahlara qarşı dayandın.
Xərabat içrə bir piyalə seçdin,
Saraydan ayrıldın, yandın,
odlandın.
Şəriət qalmadı heçdə qayğıva,
Saraylar yanmadı sənin halına.
Kəmalat kəsb etmiş lakin
«Füzulim»,
Seyr etdikcə sənin o kəmalına.
Sənin qəmin-dərdin, ulu kədərin,
Ürək döyüntün də bizimki Xəyyam.
Bilirsənmi mənim «Kişvəri»lərim,
İztirablarından almışlar ilham.
Doğru dur ki qəbrin könüllərdə
dir.
Xəyyamlar yerlərdə yatası deyil.
Ürəklər mülkündə yaşayırdan sən,
Azərbaycan səni atası deyil.
Ağ Yel
Təbiəti canlat çiçəklər ilə,
Bahar bayramıdır, başla əs ağ yel.
Bir yanda qalxıbdır qızıl lalələr,
Sən əsmirsən burda niyə bəs ağ
yel?
Yurdumdan getməyir sustlüyü qışın,
Qabağa aparır zülmət öz işin.
Olma batmayır bu zalimə dişin,
Ver bu ölmüş yerə bir nəfəs ağ
yel.
Saçmayır günəşi day təbiətin,
Fərmanı ötgündür qara zülmətin.
Düşəndə yadıma sənin qudrətin,
Oyanır könlümdə min həvəs ağ yel.
Məhəbbətdən yoxdur burda heç nə
iz,
Yaltaqlar-zalimlər olurlar əziz.
Qalmışam vətəndə yalqız kimsəsiz,
Sən mənim səsimə ver bir səs ağ
yel.
Gəl başla vuruşu çirkin zülmətlə,
Çağır insanları saf məhəbbətlə.
İsti əsib yeri qurut həddətlə,
Qaraqış ürəyin dibdən kəs ağ yel.
Kor yuxudan oyalt yazıq sarvanı,
İzləsin dəvələr qoy biyabanı.
Peşvaza çağırsın minlər insanı,
Səslənəndə karvanda cərəs ağ yel.
Xeyli vaxtdır acı mehlər əsibdir,
Ağır-ağır şəpə yurdu basıbdır.
Sevgilimin yolun palçıq kəsibdir,
Düzgünün xətrinə gəl bir əs ağ
yel.
Üsyan
Köksümdə çırpınan tufanlı ürək,
Yeni sıxı, yeni qurbət istəyir.
Yeni dərd, yeni söz, yeni hadisə,
Yeni işıq, yeni zülmət istəyir.
Qulağım təşnədir, yeni sözlərə,
Bulanlıq sulardan qoy nəcat tapım.
Burax vursun dəniz yeni dalğalar,
Qoy yeni köpüklər ağzımla qapım.
Daha qol qoymaram əski dəblərə,
Tazəlik acıdır vucudum bütün.
İstirəm bu mavi yaşıl səmaya,
Əməlimlə vuram yeni bir situn.
Yoxsa qaytar məni ən uzaq yerə,
Əski insanların çılpaq dövrünə.
Orda ki nə yaxşı, nə pis yox idi,
Qayıdım qoy dağı mən yenə-yenə!
Liqah
Bağça içrə qopub tərpəndi bir yel,
Eylədi şadyana minlər gül-sünbül.
Bağçanı oxşadı yel şirin-şirin,
Əylənib öpdülər güllər bir-birin.
Yel qalxıb yenərək saldı səs-səda,
Ləzzət əhvalatı qopdu baxçada.
Ləzzətlə kamlaşmaq vaxtı
yetişəydi,
İntizar ayları daha bitişdi.
Erkək gül üstündən qopdu toxumlar,
Dişinin içində qalandı bar-bar.
Qalxdı minlər toxum bir erkək
güldən,
Oyanda-buyanda oynadı yeldən.
Dəstə ilə dişi bağdan ötüşdü,
Yosma güllərilə xeyli öpüşdü.
Sevdikcə kam alıb kam bağışladı,
Burdan ora - ordan burda oynadı.
Yaşa Səttar Xan
Səndə canlanmışdır mənim amalım,
Qaradağlı gözəl iyid qəhrəman.
Qanadlandı yenə tərlan xəyalım,
Budur, qoşdum sənin şə′ninə
dastan.
Tezarı-Qacarı sancırdı sözün,
Qəzəblə dolurdu hər iki gözün.
Zülmü – işkəncəni görmüşdün özün,
İrəli gedirdin heç dayanmadan.
Ellərlə birlikdə qiyama qalxdın,
Arzular göyündə ulduz tək axdın.
Şahların köksünə süngü də taxdın,
Səndən nur alırdı ölkəmiz İran.
Səsivə səs verdi Azər elləri,
Dalıya atırdı qara illəri.
Kəndlinin, fəhlənin polad əlləri,
Yaradmaq istirdi yeni bir dövran.
Sürüldün Tehrana çıraqlar söndü,
Riza xan dirçəldi, Qacarlar yendi.
Gün ötdü, il keçdi, zamana döndü,
Qırğınlara düşdü Azərbaycan.
Məhəmməd Riza Şah sanki dav oldu,
Anaları ağlar qoydu savuldu.
Bir gün də İrandan it tək qavuldu,
«Şah getdi» bayramı qalxdı
buradan.
Qurub Cümhüriyyət indi bu ellər,
Kəsilməyib ancaq hələ sam yellər.
Yenə gözlənilir o daşqın sellər,
Axın-axın axsın dəniz tək insan.
İşçilə - əkinçi bayaram eyləsin,
Hər ağız hər dodaq nəğmə
söyləsin...
Qanlı bayraq altda el belə desin:
Dönə - dönə sənə: «-Yaşa, Səttar
Xan!»
Önümə Çıx Gilən!
Yeni daşlamanı mənim dalımca,
Acı – acı burda eşitdim hərif!
Qəm ilə yoğrulmuş mənim xəmirəm,
Bunu bilməyirsən, səd əfsus heyif!
Eşitdim bir yazıq şəbpərə kimi,
Günəşin üstünə hucum edirsən.
Mənə anlatdılar çaşıb cayıbsan,
Yenə əyri – üyri bir yol gedirsən.
Mənim pak adımı ləkələməkdə,
Təşəbbüs edirsən, zəfər çalmırsan.
«Bir şübhə salaram xəlq içrə»
deyə,
Rəng – bə – rəng töhmətlər mənə
vurursan.
Sən günəşi göydə danırsan belə,
Çalağan baxışım gözünü didib.
Aylardır dalımca hey vurnuxursan,
Bəlkə e′tibarım səni kör edib?
Sən şair dəyilsən, heçdə
bilmirsən,
Quzğunlara şair xidmətçi olmaz.
Şəfəqləri sökən tərlan qanadlar,
Sarın yuvasında bükülüb qalmaz.
Mənim ayağıma qırbaç döyəndə,
Söylə görəm hərif hardaydın bəs
sən?
Düşmən məni sıxıb «yazma!»
deyəndə,
Düşünürdünmü heç nə olur vətən?
Çəkdiyim əzablar, işkəncələrdən,
Niyə huyuxursan mən danışanda,
Iyrənc həyatının çirkin üzünü,
Silməkmi istirsən mənə baxanda?
Sənə bax, ürəkdən mən acıyıram,
Darısqal fikrinə yazıqlar olsun!
Əzəldən elimin qanlısısan sən,
Yeni pisliyində yadında qalsın!
Budur seyr edirəm zaman axının,
Səni boğacaqdır qadir əllərim.
Ey yeni nökəri İmperyalizmin!
Masqanı yırtaxaq şanlı ellərim.
Mənim əllərimlə ha yalvarasan,
Yuva biləməzsən sən çirkin üzünü,
Mənim e´tibarım, mənim şöhrətim,
Geri qaytaracaq yanlış sözünü.
Yanıb qavrulursan, qıvrılırsan
sən,
Könüllər mülkünü şe´rim alanda.
Səni didim-didim mən öldürmüşəm,
Hər zaman qələmim zəfər çalanda.
Bilirəm gözündə tikan tək durur,
Yeni «Azadlığım» yeni «Yoldaşım».
Sabah ürəyini parçalayacaq,
Ağızından od saçan hər vətəndaşım.
Şeirimin bayrağı səni yaxacaq,
Görünmiyəcəkdir külündə belə.
İstədikcə banla, kim qulaq verər:
Yel ilə gələn söz, verilir yelə.
Sənə çox yazıqlar, heyiflər olsun,
Məni alçaltmaqla ucalmırsan heç!
Hər an zəfər çalan, qələbə çalan,
Dühamın önündə day qalmırsan heç!
Dərdimi sözümü bəlkə duyardın,
Vətənsiz vətəndə şair olsaydın!
Güvənərdin zülal tək keçmişinə,
Həyatda insan tək sən də
qalsaydın.
Önümə çıx gilən qaçma meydandan,
Üzümdən utanan namərd hərifsən.
Düzgünün həyatı ləkə bilməzdir,
Vaxtını cəhətsiz tələf edirsən.
Fars Qızı
Axıcı ləhcəli gözəl Fars qızı,
Dinlə gör necə xoş sədalıyam mən.
Zərdüştün yurdunun odlu çiçəyi,
Təbiətin parlaq cəmalıyam mən.
Sənindir ürəyim, sənindir canım,
Əzəldən səninlə qaynayıb qanım.
Sənin dostluğundur izzətim şanım,
Mənə iltifat et, vəfalıyam mən.
Yoluna tikmişəm vurğun gözümü!
Sənə qurban verrəm inan özümü?
Məhəbbət axtarsan, izlə sözümü,
Dostluğun başlıca məqalıyam mən.
Şirin-incə dilli gözəl Fars qızı!
Dilimdə söz vardır, könlümdə sızı.
Sevgi yurdunun bir parlaq ulduzu,
Məhəbbətin eşqi kəmalıyam mən.
Bilirsənmi kiməm? Köroğlu dölü,
Dodağı söz acı, ürəyı dolu,
Məhəbbət bağının dərdli bülbülü,
Sevgi dünyasının hilalıyam mən.
Elimə deyirlər Azəri eli,
Dilimə isə Azərbaycan dili.
Mübariz ellərin arxası beli,
Tarixin şövkət-ö cəlalıyam mən.
Hər axşam varanda laləli düzə,
Səni diləyirəm mən gəzə-gəzə.
Məhəbbət əlilə qonaq gəl bizə,
Nə vaxtdır səninlə aralıyam mən.
Aşiqəm o süzgün ala gözünə,
Könlümü oxşayan duzlu sözünə.
Başqa bir kəslə yox, deyim özünə,
Mənə zülm eyləmə yaralıyam mən.
Oddur burda bütün axış, düz,
çimən,
Sevirsənsə məni bir kərə dillən,
Niyə gizləyirsən sirr sözün
məndən,
Ürəyindən sənin ki halıyam mən!
Düzgün gəlib sənin cəfandan dilə,
Deyir sən təki bir işvəli gülə:
Həqarətlə niyə baxırsan belə,
Dərdlilərin qəmi-məlalıyam mən,
Yalan Götürməz
Təbiətin gözəl zinəti şair,
Əzilmiş kütlənin sən diləyisən.
Məzlum insanların kəsgin bir dili,
İşıq ürəklərin şən çiçəyisən.
Zülm tapdağının qəmli ahının,
Törəyən barısan, onlardan danış.
Sən cəmiyətin bir görər gözü tək,
Tarixin bəzəyi insandan danış.
Sənin Şahbanunda, Şahında eldir,
Zənginlərə gedib boş beyar olma.
Sən könül mülkünün Şəhryarısan,
Şahın ətəyində «Şəhryar» olma.
Gəl dəyişmə şe´rin mə´nasını sən,
Düzgün şairlərin adın batırma.
Niyə bəs işıqdan qurd tək
qaçırsan,
Saraylara nədən «Şəfəq» saçırsan?
Tarix bil buraxmaz başın hər
zaman,
Dutacaq boynunu daha ötürməz,
Zamanın gözgüsü yalan götürməz.
Yaşarım Mənim
Ümidlər yığnağı, arzu beşıyı,
Xoş gəldin dünyaya yaşarım mənim.
Vətənin bu ağır qanlı ayında,
Çatarsanmı haya yaşarım mənim?
Qoy bütün analar oğul doğanda,
Ümidlərlə dolu «Yaşar» söyləsin.
Qəhraman oğlunu unudmaz vətən,
Gələcək sənindir a Yaşar sənin.
Gələcəklə mənim uzun illərdir,
Varımdır bir qızıl
əhd-ü-peymanım.
Qanımla yazmışam könlüm ucunda,
Nisgilim, amanım, könlüm, imanım.
Mən ölərsəm də, sən ayaq bas
gilən,
Qanlı qızıl ayaq gözəl Təbrizə.
Qarış bə qarış gəz, dolan vətəni,
Gəl sən də aşiq ol əzəl Təbrizə.
Qoy qabarlı əllər, polad biləklər,
Səni salamlasın «eşq olsun!» deyə.
Tankıvın altında əzilsin Şahlar,
Tarixin önündə baş əyə-əyə.
Ey mənim fidayi arzulu oğlum,
Səndə Oxtayların inadın görüm.
Atan kor yaşayıb,
Koroğlu balam,
Yaşasın illərlə bu adın görüm.
Sənin nəslin oğlum, gözün açanda,
Dərs də oxuyacaq ana dilində.
Bayrağımız Ərkdə havalananda,
Sitəm qalmayacaq vətən elində.
Nisgilli ürəklər arzusu oğlum!
Mənim şe´rim, mənim könlüm
dadısan.
Bu günəş, bu hava, bu yer
sənindir,
Atavın-anavın sən muradısan.
Oyağı
A qocaman bağvan! hara yatıbsan?
Güllərin içindən dur yol alağı.
Sayaq ol, zəhərli yağış əsibdir,
Məhv edər indicə bostanı bağı.
Ayıl, qızıl güllər bir-bir
solubdur,
Butalara acı tikan dolubdur.
İstəyim-diləyim bax ki olubdur,
Gözəl əyləncəsi, yadlar oynağı.
Düzlüyü qoydular necə satına,
Qatladılar eşqi min bir qatına.
Qol qoymaz yadların təbliqatına,
İyidin bilgini, düzü, sayağı.
Zülmün hiddətindən zağ-zağ əsərəm,
Durmaram, zalimi geri basaram.
Gecələr kəndlərə qurban kəsərəm,
Əgər içələrində olsa oyağı...
İslahat
Bir gün şahlar şahı səhrə carladı:
«Hükmümüzlə bütün xan-bəylər
ölür.»
Bilindirdi bilmir bu məsəli ki:
Yoğun incəlincə, incə üzülür.
A tərəqqi pərvər yuksələk
yaranmış!
Fağıra-yoxsula verdiyin nədir?
Xanı-ərbabları çəkdin Tehrana,
Əkinçiyə taxdın başqa bir əmir.
Söylədin işçiyə, kəndliyə, xəlqə:
« - Ancaq təkcə mənlə işləməlisiz.
Ağa bir olacaq, Allahızda bir,
Feodallıqdan day qalmayacaq iz.
Göylərdə Allaha, yerdə də mənə,
Gündə bir neçə vaxt baş əyəcəksiz.
Quldurlarımınla hökümlərilə,
Yerli–yersiz məni hey öyəcəksiz.
Allahın kölgəsi, mevlanın əli,
Ağıllı sahibkar, şanlı bir şaham!
Nəjadım yüksəkdir, göydə günəşəm,
Mən ki darəndeyi şövkət-ö-caham! »
Yoğunu incəltdin, gətirdin dize,
«Nikson» çün eylədin gözəl
islahat!
Amma çox güvənmə, elim düz desə,
Sənə göstərərəm a şərəfli Tat!...
Kəndli Qız
Lağ edirlər sənə «təmədünlülər»,
Düşübsən gözlərdən əzəl kəndli
qız.
«O ancaq layiqdir yapma yapmağa,»
Budur sən üçün söz, gözəl kəndi
qız!
Satışa qoymurlar bu kor bazarda,
Sənin bar–bəhərin, sənin əməyin.
Bilmirəm bu pozğun verana bağda,
Güləcəkmi haçan sarı çiçəyin?
Anavın qoynunda gül tək açılcaq,
Alnında yazılır qara yazılar.
Boy atdıqca artıq, günün qaralır,
Xəzana varırsan görməmiş bahar.
Kiçik ikən,
süddən yanqı qalırsan,
Sonrasa yatırdır piyədə anan.
Şivənə qalxırsan varanda dərtlər,
Tapılmır dünyada sənə bir yanan.
Boy atcaq anan tək adət edirsən,
Zavallı qalmağa yazıq olmağa.
Gəncliyin çiçəyi doğanda səndə,
Gülməmiş başlayır qonçan solmağa.
Səninlə yaşayan fağır insanlar,
Həyatın sırrını açmırlar sənə.
Boylanıb qalxırsan çiçəklər ilə,
Satılırsan ay qız pullu kimsəyə.
Səhər hisli damda, tüstü içində,
Təndirdə ypaırsan güllü çörəklər.
Tutqun gözlərindən yaş axıdanda,
Sinələrdə necə titrir ürəklər.
Sonra axşama dək ilmə çalırsan,
Həm əlin həm xəli, qızıl boyanır.
Sızır barmağından qan damlaları,
Saldığın naxışda çiçəklər qanır.
Bir müddət dünyada ömür sürürsən,
Qoynunda açılır neçə qunçəcik.
Bəslənirlər, necə sən bəslənibsən,
Onlara yenə də «kəndli» deyirik.
Budur ərmağanı, budur sovqatı,
Sənə bu müqəddəs padşahlığın!
Zəncirlər qırılır yer üzərində,
Ay gözəl! fikr eylə, bir düşün
dərin.
Afriqanın qara duzlu qızları,
Atəşlər açırlar «Haylaslasi» yə.
Bayrağın qaldırıb iyirminci əsr,
Sənə mən nə üçün yazım mərsiyə?
Azəri gözəli, yürü şəhərə!
Dayanma, bu qədər səbr etdin,
bəsdi!
Çatışaq tezliklə bir–birimizə,
Gəl qaçırdaq burdan emperyalisti.
Qaytararam
Ümid bağlamışam illərdir sənə,
Gəlişini necə gözləyirəm mən.
Buludlar axırlar mavi səmada,
Lətif bir yağışı izləyirəm mən.
İllərdir üzünə həsrət qalmışam,
Ha qınaya yadlar inan dönmərəm.
Qorxmaram şimşəkdən fırtınalardan,
Mən parlaq günəşəm, heç vaxt
sönmərəm.
Atlanıb dalınca hayğıracağam,
Ötəcəyəm bütün dərəni–dağı.
Səni qaytararam öz vətənivə,
Bu yurdu udanmaz heç zaman yağı.
Güllər Səsi
Rəməzan ayının on altısıdı,
Min üç yüz otuz beş hicri ilində.
Erməni qudurdu, daşnaq qudurdu,
Urmuda oyndı Berno əlində.
Cümə günü axşam, gün batan çağı,
Urmuda gəzirdi Rus saldatları.
Şəhrə gətirdilər nəft nasusların,
Oda çəkəcəkmiş daşnaq, bazarı.
Vəhşət yaratdılar ilk öncə orda,
Vurub öldürdülər on beş nəfəri.
Cavan, qoca, uşaq əlləri yalın,
Çöllərə sığındı axşamdan bəri.
Saldatlar şəhəri qoruq etdilər,
Asudə qarətə girdi daşnaqlar.
Hər yana nasusla nəft səpələndi,
Tustu qalxdı göyə odlandı bazar.
Çıxartdılar Ruslar malı şəhərdən,
Boşaldı dukanlar tamam, o gecə.
Zərgərin, baqqalın, yünçünün
bütün,
Apardılar malın namərdcəsinə.
Daşnaq dəsisəsi, Rus əmri ilə,
Gecə səhərə dək talandı Urmu.
Şairin ürəyi necə yanmasın?
Alavlar içində, ah! yandı Urmu.
Berno uyandırdı, daşnaq Erməni,
Urmu fəzasında səhərə kimi.
Analar fəryadı qalxdı göylərə,
Kəsilmədi asla güllələr səsi.
Dan yerindən şəfəq yayılana dək,
Daşıdı daşqalar malı çöllərə.
Günəş düşər–düşməz dənizin üstə,
Timçələrdən alav qalxdı göylərə.
Urmunun bazarı yandı kül oldu,
Erməni silirdi tariximizi.
O evsiz, ulussuz, yurdsuz,
yuvasız,
Obasız, vətənsiz istəyir bizi.
Alçaq təpələrdə vurnuxan quzğun,
Qartal yuvasında yaşaya bilməz.
Namərd, mərdi görsə gün işığında,
Qarşısına çıxmaz, qabağa gəlməz.
Gün çıxar–çıxmaz o Urmudan qaçdı,
Şəhri dağıltmışdı bayquş nəfəsi.
Urmuluya qoydu od, alav, cəsəd,
Analar fəryadı, güllələr səsi.
Kəsik baş
Burda, Qum şəhrində bir məzarlıq
var,
Ona xalq içində deyilir: «Şeyxan!»
Bu qanlı məzarlıq yüz il olar ki,
Qoynunda saxlayır bir ulu insan.
Xalxalı Urmuy, Seyid Məhəmməd,
Urmiydan bura meraca gəlmiş.
Onun kəsik başı, kəsik qolları,
Yüz il bundan qabaq yurda
yüksəlmiş.
Acı hikayə dir, acı bir nağıl,
Acı bir hadisə, acı macəra.
Şərhinə kimsənin taqəti yoxmuş,
Mənim necə gələr taqətim buna?
Qoy əvvəl həyatın söyləyim sənə,
Məzar sahibinin qissəsin deyim.
Sonra halın olsa, dözə də bilsən,
Zamanənin cövrün–cəfasın deyim.
Yerləşirdi bir gün «Yeddi
Dəyirman»,
Gözəl Urmiyanın lap qucağında,
Otuz beş il orda ömür sürmüşdür,
Təqvalı bir seyid yetgin çağında.
Seyid Qafar oğlu seyid Məhəmməd,
Min üç yüz hicri də buraya gəlmiş.
Zənganda, Tehranda dərs oxumuşdur,
Sonra Urmiyaya gəlmiş yüksəlmiş.
Ramazan ayının on doqquzuydu,
Əhya saxlayırdı seyid məhəmməd.
Qur′an oxuyurdu namaz qılırdı,
Həm «bikə ya Allah» çəkirdi əlbət.
Beş daşnaq duvardan aşdı içəri,
Birdə Rus saldatı qabaqlarında.
Girdilər otağa, dedilər: «Malla!
Səni öldürməyə gəlmişik bura.»
İki rəkət namaz üçün izn aldı,
Amma baş səcdədən qaldıranmadı.
Ayaq üstə durub qəməsin çəkdi,
Daşnaq, əhvalına heç də yanmadı.
Kəsik baş fırladı səccadə üzrə,
Baxa–baxa qaldı onun gözləri...
Peyqəmbər
nə´ti
Butu–butpərəsti eyləyən yalan,
Zalimlər qəsrinə vəlvələ salan.
Şahların şəmşirin əlindən alan,
Dalınca gəlirəm ya Rəsül Allah!
Fəsahət ölkəsi sənlə fəxr edir,
Məlahət ləşgəri ardınca gedir.
Xilqətdə partlayış bilmirəm nədir,
Dalınca gəlirəm ya Rəsül Allah!
Biliyin sirrisən, elmin şəhrisən,
Qeybin örtüyüsən, şe´rin nəhrisən.
Bəşər mücizəsi, icaz bəhrisən,
Dalınca gəlirəm ya Rəsül Allah!
Dedin: «Əyyühəl nas! bir olun
hamı,
Ərəb, Türk, Hind, Əcəm yandırın
şamı.
Qatın bir–birinə bütün əyyamı.»
Dalınca gəlirəm ya Rəsül Allah!
«Dosdoğru yol tutub qabağa gedin,
Fəzilət paylayın, yaxşılıq edin,
Yaşayış əsası əxlaqdır» dedin,
Dalınca gəlirəm ya Rəsül Allah!
Gülüşlər gülləndi gözəl üzündə,
Hekmətlər qaynadı yetgin sözündə.
Özətləndi xilqət sənin özündə,
Dalınca gəlirəm ya Rəsül Allah!
Mədhiyə yazmaqdan çəkindi Düzgün,
Sənə aşiq olubdur indi Düzgün.
Tərkinə düldülün bax mindi Düzgün,
Dalınca gəlirəm ya Rəsül Allah!
Səhər Gələr
Ey mənim dözümlü diyarım Təbriz,
Yenə dərvazanda nə hay düşübdür?
Deyirlər şəhidlər kərvanı gəlir,
Kərvanı qabağa, içəriyə sür.
Nədən tərpənmirsən niyə dinmirsən?
Dözümün qəlbimin başın dəlibdir.
Bilmirdim bu gecə açıq süfrənə,
Bir pilak, bir avuc sümük
gəlibdir.
Eşqin mə´nasını bilirsən əlbət,
Aşiqlər becərdib yola salıbsan.
Düzgün səhər kərvan ardınca gələr,
Gecə savuşa, tək sanma qalıbsan.
Canlı Nizami
Qoymayırlar burda çıxış edəm mən,
Görürsən hər iki gözünlə Təbriz.
Deyirlər «məsləhət deyil, danışma,
Evimizi yıxarsan sözünlə!»,
Təbriz.
Ələsgər, deyirlər əmir vermişdi,
Çıxışımı mənim ləqv eyləsinlər.
Salon içrə mənə yol da verməyıb,
Xalqa «xəstələnib ustad!»
desinlər.
İnanmazsan mənim susmağıma sən,
Səni dananların oymuşam gözün.
Oğlun çıxışilə oğlun dili ilə,
Dünyanı bürüyüb hekmətli sözün.
Soyunu zən edən yüksək nəjaddan,
Bir gün Nizami yə «danışma!»
demiş.
«Mənim öz dilimdə danışmalısan,
Öldürrəm başqa cür desən!»
söyləmiş.
Şaha o demişdir: «bax! Nizamini
Xətadır, xətadır, xəta! öldürmək!»
Mənim Nizamilə, bunun şah ilə,
Nə fərqimiz vardır, bu gün, de
görək?
Qoy deyim izin ver bu gün ucadan,
Bu nadana xitab ürək sözümü,
Deyim: «arşınına sığmaram sənin,
Satmaram nakəsə sən tək, özümü.
Təbrizin içində şah pərəstlərə,
Tribun verirsən, söz ayırırsan.
Geri qalmış hər bir alim numaya,
İmkanlar yaradıb ev qayırırsan.
İnqilab yaradan bir şairəm mən,
Sən təkin nadandan etmərəm təmkin.
Din örtüyü altda gizlətmə özün,
Başqa bir şey sən sən, bambaşqadır
din.»
Təbriz! bu nadana söylə ki:
«Düzgün,
Canlı Nizamisi olmuş bu əsrin,
Onun çıxışından nədən qorxursan?
Dağıtmış sözüylə istibdad qəsrin!»
Nümunə Ustad
Ana Təbriz! bu gün bütün ölkədə,
«Ustadi nümunə» seçdilər məni.
Sənin hansı oğlun «nümunə» deyil?
Qoy öyüm bir belə şanlı vətəni.
Ölçdülər, biçdilər, seçdilər,
amma,
«Baş rəyis», seçimi təsdiq etmədi!
Onun törətdiyi kiçik macəra,
Olaya çevrildi, çox tez bitmədi.
Sənədlərə onun imzası gərək,
Qələmi işləmir günəşə sarı.
Qamaşır gözləri günə çıxanda,
Qoy sənə söyləyim sözümü barı.
Məni iqtidar yox, millət
seçmişdir,
Qeyrətimə görə, elmimə görə.
Ülgüdür söyləmiş Düzgün şivəsi,
Qoy güvənsin oğlun buna bir kərə.
Misaq
Sənmi sözlərimə «mübtəzəl» dedin?
Mə´nasın bileydin kaş mübtəzəlin!
Ədəbsiz ərkansız üzümə durdun,
Pul ilə aldınmı onun bədəlin?
Atılıb düşdülər səndan qabaq çox,
Saymadım heç, ancaq göylüm
bulandı.
Dözümlü günüm var hər gələn zülmə,
Desələr sarsıldım, bil ki yalandı.
Susdura bilmədi cəlladlar məni,
Sən kim sən? atdığın nə dir o
palçıq?
Güllələr qəlbimi deşə bilmədi,
Sözünmü deşəcək hep qırıq-qırıq?
Adam ustadına aq olmaz bala,
Hörmət saxlamağın ustadın, öyrən!
Elinə aq olan naxələflərin,
Üzünə tüpürər qəhraman vətən.
Səni bax! üstümə qudurdan nakəs,
Dözümümdən mənim basğın yemişdir.
İdrak etməmişdir milli duyğunu,
Odur ki mübtəzəl ğəzəl demişdir.
O nə qanır namus nədir, ar nədir?
Hər kim minik verir, palana dönür.
İmanı yalandır, misaqı yalan,
Dünən dandığilə bu gün öyünür.
Əlindən dünyasın alsan nakəsin,
Axirəti danar, vicdani danar.
Mə´nəviyyəti yox, fəziləti yox,
Ürəyi pul təki çörtgədə sanar.
İnsan dini ilə «misaq» bağlayar,
Elilə, yurduyla, dililə, nadan!
Kot–şalvar qəsdinə misaq nə gərək?
Qəba altına gəl girməkdən utan.
Təbriz Dili
Dilindən söz açdım Əhvazda bu gün,
Qurur duya–duya, ana Təbrizim!
Sükutun, heyrətin Xüzistanlının,
Hədyə gətirmişəm sana, Təbrizim!
Qurultay yerinin sağ duvarında,
Əksini asmışlar bir Təbrizlinin.
Dedilər: «– həm yerlin şəhid
olmuşdur.»
Bir an susdum, zalda düşündüm
dərin:
«Eşq olsun Əhvazda, dini uğrunda,
Şəhadət şərbəti içən oğluna.
Çevrilən həqiqəti Təbriz dilinə,
Ən düzgün bir yolu seçən oğluna!»
O dildən danışmaq nə çətin işdir,
Bütün dilsizlərin dilidir o dil.
Yaşamaq istəsən bir insan kimi,
Onu–bunu burax, gəl o dili bil...
Qızğın Ürək
Bu gün Simnan şəhri
danişqahında,
Yenə anam Təbriz səndən söz etdim.
Nə çaşdım, nə caydım, nə də
büdrədim,
Söz meydanın ötüb yolu düz
getdim.
Diyanət haləsi aldı sözümü,
Dilimin ucunda oynadı qeyrət.
Mərdlik baxışımdan işıq saçanda,
Simnan gözəllərin bürüdü heyrət!
Deyirdilər: «–əhsən anan Təbrizə,
Oğulu da belə böyütmək gərək!
Kimsə qorumazsa əmdiyi sütü,
Yaşamaz köksündə
qızğın bir ürək.»
Oyun
Təbriz danişqahı təslim olmuşdu,
Deyirıər ki mənə ayırıb kilas.
Hələ rəsmi dəvət də göndəribdir,
Rəyisin yazdığı sözə qulaq as:
«– Buyur gəl şəhrivə, icazə
verdik!
Yığ tələbələrin, de dərs onlara.
Hicrandan, qurbətdən, visaldan
danış,
Şah, «gəlmə!» dedi, şah hara, biz
hara?»
Anacan oxudum dəvət yazısın,
Nədənsə şəkkim var, inananmıram!
Qoy yenə oyuna düşüm eybi yox,
Mən ki oynamaqdan dayananmıram!
Bilirsən mən nə yay! nə qış
bilirəm,
Qoynundur yaylağım, həmdə aranım.
Buğum buz bağlasın, qoy gəlim
birdə,
Şaxta vursun, bəlkə bərkisin
canım.
Acıyan Yara
Elimin acıyan yarasıyam mən,
Əl qoy nəbzimə gör harasıyam mən,
Parçalanmış qəlbin parasıyam mən.
Hər dona girsəm də yenə düzgünəm,
Bu ad ilə haqqım vardır öyünəm.
Düşmən varlığımı inkar eylədi,
Qır atımı, boz atımı peylədi.
Mənə töhmət vurdu, hər söz
söylədi,
Elin qayğısını başdan atmadım,
Keşiyində oyaq qaldım yatmadım.
Bu elin tarixi keçmişi taysız,
Kəlamı, hər sözü, hər işi taysız,
Duruşu, gəlişi, gedişi taysız,
Aldanma özgənin yağlı dilivə.
Allahıva baş əy, bağlan elivə.
Gəlmədi dilimə bircə yalan söz,
Düzgünəm ilqarım doğru sözüm düz.
Sən də əcnəbidən mən tək əlin üz,
Gəl elə, vətənə, yurda güvənək,
Burda gömülmüşdür yüzminlər dilək.
Ağalıq
Qırx gündür saxlayıb Bulqar
polisi,
Sürütləyir məni bax hardan hara?
«Filoloq» da deyir adıma hələ,
Dilində ləkə var, gözüdə yara.
Şəhrin ortasında «Tezar» heykəli,
«Xilaskar» adlanır Bulqar dilində!
Bəs niyə Bizansı dizə çökdürən!
Bir «Vahşi» tanınır doğma elində.
Sən də kaş bileydin nə umur
məndən,
Boyuma oxşayan Rus dölü Bulqar?
Ana Təbrizimdən uzaq gəzməyım,
Ona xor baxmağım, mənə ardır, ar!
Necə zəhmətkəşlər hüküməti dir?
Bu nə sosiyalizmdir? aldanma
Düzgün!
Dəyməz ağalığa qurbət elləri,
Dayanma, yubanma, Təbrizdə sürün.
Hək Eylə
Fəzilətlər yurdu, kəmal obası,
Qahramanlıqların beşiyi, Təbriz!
Qeyrətin, ismətin, Səhənd zirvəsi,
Ərkin, tarixlərin keşiyi, Təbriz!
Bu gün şikayətə sənə gəlmişəm,
Yoruldum, day bəsdir, dizə çökdüm
mən!
Səndən uzaq düşüb qurbət ellərdə,
Nə qədər ağlayım, söyləyim vətən?
Dostlarım deyirlər: « - muhacirət
et!»
Kanada dan viza gəlib adıma,
Edinburg çağırır tədris etməyə,
Sanki gəlmiş hamı bax imdadıma!
Sənə şikayətə gəlmişəm ana!
Qoy dönüm bir daha pak ətəyinə,
Cəzamı vergilən, düzəlləm billah!
Düzgünü hək eylə saf ürəyinə...
Zibillik
Şəhrin ortasından çaylaq axarsa,
Hər yerdə o şəhrə gözləllik verər.
Nədən bəs sinəndən axan «acı çay»,
Sənin cəmalını sağ-sola əyər?
Kim zibillik etdi gül tək sinəvi?
Dünyada təmizlik nişani, Təbriz?
Siləcəyəm tozu ay tək üzündən,
Gözlürəm mən gəlsin zamanı,
Təbriz!
«Acı», zülal su tək axıb gedəcək,
Qayıqlar üstündə ləbələnəcək.
Zaman axır indi düşmən kamına,
Gələcək bizimdir, çox tez gələcək.
Üç Saat Əyləncə
Hər zaman gözünü yadlara tikdin,
Heç inanmadın sən özünə nakəs!
Ağzına gələn hər lafı danışdın,
Qiymət vermədin bir sözünə nakəs!
Köküm Təbrizdəndir, deyirsən amma,
Qahramanlıqdan heç nişanən yoxdur.
Qır verə-qır verə fars danışırsan,
Zənd etmə qırıva vurulan çoxdur!
Təbriz tribonun əlinə aldın,
Əriməyindənmi söz edəcəksən?
Qarşısında iti gözlərimizin,
Yolsuz yollardamı yol gedəcəksən?
Təbrizdən nə qalmış sənə yadigar,
Qeyrət, iffət, ismət, yolumu?
təqvamı?
Sürübsən altmış il əxlaqsız həyat,
Burdan çıx get, səni tanıyır hamı!
İnanamazsan sən özünə, inan!
Mənim çin üç sahat oldun əyləncə.
Başqa cürəsini dəyərləndirməm,
Qabaqda işim var çox incə-incə...
Xeyrxahlıq
Xeyirxahlığı gəl tə′rif eyləyək,
Hamı «xeyirxahıq» deyirlər,
Təbriz!
Hətta düşmənlərdə sənin qarşında,
Deyirlər: «xeyrivi istəyirik biz!»
Gözlüyünə hər kim bir boya yaxmış,
Baxır insanlığa, baxır dünyaya.
Hərə bir boyada görür cəhanı,
Boya hara amma Təbriz sən hara?
Böyütdün oğlunu rəngsiz, boyasız,
Qəlbimin saflığı yox demiş rəngə,
Türkə sayayam mən, başqa sayam
yox,
Boyanaram yoxsa rəngə, neyrəngə!
Xeyirxahlıqlar da tə′rif olanda,
Hərəsi daşıyır bir rəng bir boya,
Bu xeyrin, o xeyrin deyənlər
nədən?
Zərrəcə bir səni gəlmirlər saya?
Sənə xeyir bir gün düşünən nakəs,
Vaxtında əlindən toqat yemişdir.
Başqası da özün yormasın əbəs,
Oturub dalında hər söz demişdir.
Guya Tərizdə day kişi qalmayıb,
Məsəla şəhrimiz qəhtölrical dır!
Nakişilər bizə xeyr axtarırlar!
Ana Təbriz qalx bax, gör bir nə
haldır!
Dünən şahənşaha zillöllah deyən,
Sənə bu gün gəlib «dostunam»
deyir.
Demək nə lazım? sən özün bilirsən:
Yeni dona girmiş, yalan söyləyir.
Bəşəriyyət xeyri səndədir Təbriz!
Sən yaxşı bilirsən xeyrin tarixin.
Səndən öyrənsinlər xeyixahlığı,
Xeyirxah insanı bütün hər yerin.
Ay Ellər
Yetişdi yenə də Fəcr ongünlüyü,
İnqilab övladı eşq olsun sizə,
Çiçəklənir bir-bir gülnahallarım,
Qışda yaz gəlibdir vətənimizə.
Dinin dayağısan Azərbaycanım!
Əbədi odun var, sən heç vaxt
sönmə.
Dilərsənsə dünya sənə vurulsun,
İslamdan ayrılma, Qur´andan dönmə.
Şovonist dünyası dağılacaqdır,
Polad pərdələrdən çıxacaq ellər.
Bütün düşmənlərin bəşəriyyətin,
Yandıran atəşə yaxacaq ellər.
Əziz günlər sizə mubarək olsun,
Təbrizin qəlbini duyan ay ellər.
Köpüklərə əlin atmaz mərd oğul,
Bizi qurtaracaq Quran, ay ellər.
Danışırdım
«ağayi Ələsgər» əmir vermişdir:
«Ustad danışmasın Füzûli üçün!»
Taleə bax, dünən şah yox deyirdi,
Tə′yid etməlidir Ələsgər bugün!
Xoş gəldin Tehrana Füzûli baba,
Sabah da Təbrizə yollanacaqsan.
Toplanıb hər yerdən səni sevənlər,
Dünyadan, baxtından kam alacaqsan.
Danışmasam da mən sənin haqında,
Danışmayanları danışdırıram.
Böyük qələbədir bu mənə, baba!
Sənin çün meydanı qızışdırıram.
Dağılan qapıva, məzlüm adıva,
«Ələsgər»i də biz möhtac eylədik.
Şahları ayırdıq tac-o-təxtindən,
Səni hər tac üçün bir tac eylədik.
Titrəməsin görmüş şahlar təxtinin,
Odur ki qorxuya düşmüş Ələsgər.
...
Əxlaq Norması
Tərbiyələndirmiş məni öz anam,
Uşaqlıqdan mənə namaz qıldırmış.
«Yalnız Allahıvın önündə əyil,
Kimsənin önündə əyilmə!» demiş.
Dəstnamaz alanda hər dəfə, anam,
Deyərdi: «nurani olubdur oğlum!»
Anam çəkmiş məni Qu´ran yoluna,
Bu olmuş məktəbim, bu olmuş yolum.
Yol demərəm sənin cığırına mən,
Yolsuzluğa çəkən bir cığırdır dar.
Bilmirəm ki kimdən sən əmr
alırsan?
İlham verir mənə sevgili dildar.
Türkə Türk demərəm, əxlaq olmazsa,
Hər Türk ömür boyu əxlaq
gəzmişdir.
Bəşərə bəxş etmiş əxlaq norması,
Buna görə nakəs, Türkü əzmişdir.
Özünə İnanır
Sənə bəsləyirəm əbədi nifrət,
Millətimi satan sən oldun yada!
Nökərlik eylədin şahlar şahına,
Təbrizi, Urmunu sən verdin bada.
Farslaşma təməlin möhkəmləndirdin,
Şahın hökümətin məşru eylədin,
Təbrizə tə′zim et, Urmuya əyil,
Ərdəbilə hər söz, yaman söylədin.
Mən inqilab etdim, quruluş qurdum,
Dəm vurursan indi millətçilikdən.
Otura bilmərəm sənlə bir yerdə,
Sənə oğul deməz nə el, nə vətən.
İnqilab önündə əyil, təslim ol,
Qudurtma üstümə Fars şovonistin.
Zaman dəyişibdir, dövran dönübdür,
Düşünmək lazımdır azacıq dərin.
Xəyanət eylədin o zaman bir cür,
Bu zaman da başqa bir yol
gedirsən,
Bu elə obaya ağ saqqal çıxmaz,
Sən təki xaindən, nə fikr edirsən?
Yolun tapacaqdır gəncləri elin,
Quracaqlar yeni başqa bir dövran.
Səni qarşılamaz heç zaman Təbriz,
Özünə inanır day, buna inan!
Topraq Qoxusu
Bütün insanlarla keçinmək olar,
Sənlə bilməm nədən keçinənmirəm!
Güzəştə getsəm də hər kim ilə mən,
Sən ilə güzəştə heç gedənmirəm.
Yurduma elimə bağlı şairəm,
Köküm möhkəmlənib bu topraqlarda.
Kökü topraqlarda olan bir fidan,
Canlanar, böyüyər güllü baharda.
Topraqdan almışam bahar qoxusun,
Sən bunu əlimdən almaq istirsən.
Toprağıma mənim sən xor baxırsan,
Məni də didərgin salmaq istirsən.
A Kəndli Gözəl
Gecə el yatanda ayla birlikdə,
Gəlləm yatağına a kəndli gözəl.
İsti nəfəsimi züyüldədərəm,
Qızıl yanağına a kəndli gözəl.
Süzgün gözlərində qalıbdır gözüm,
O sədaqətinə qurbanam özüm.
Qulaq as varımdır gizli bir sözüm,
Deyim qulağına a kəndli gözəl.
Kəndlərdən də məni qavsalar belə,
Tamam varlığımı versələr yelə.
Alcaq bircə fürsət yenə də ələ,
Gəlləm sorağına a kəndli gözəl.
Bu gecə atlanıb mən gedəcəyəm,
Aydınlıqda gözündən itəcəyəm.
Xına yax, bu gecə qan edəcəyəm,
Sütül ayağına a kəndli güzəl.
Gecəyə oxşayır qara zülflərin,
Gecənin içində sirr yatar dərin.
Denə töksün yerə dolansın yeyin,
Odlu darağına a kəndli gözəl.
Quldurlar aldılar canın Düzgünün,
Qurdlara verdilər qanın Düzgünün.
Niyə tərk eylədin yanın Düzgünün,
Qurban dodağına a kəndli gözəl.
ux Maralım
Vardır sənə ihtiyacım çox ağır,
Qoyma burda qəmli qalım, ay gözəl!
Əgər məni istəyirsən, sevirsən,
Gəl yanıma səni alım, ay gözəl!
Xoşalam ki düşmənivi əzmişəm,
Saçlarına yuxuda gül düzmüşəm.
Səndən ötrü dağ dərələr gəzmişəm,
Dön bax mənə şux maralım, ay
gözəl!
Səni məndən heç bir quvvə alanmaz,
Azərbaycan düşmanlara talanmaz.
Ağır günlər çox sürməz çox
qalanmaz,
Gəl yanıma dönsün halım ay gözəl!
Mən demirəm sən özün bax, gəlsən,
gəl,
Gözlərinə nə sürmə yax, gəlsən,
gəl!
Döşün üstə nə də gül tax, gəlsən
gəl,
Bircə sənsiz yox qəralım, ay
gözəl!
|