|
Divanilər
Çaxmaq
Könlümüzü nə üçün yandırırsan
yaxırsan sən
Çaxmaq belə parlayıb, birdən birə
sönmək nədir?
Halətivə təəccübəm, baş tapmıram
işlərindən
İzə düşüb gedibən, qəflət halla
dönmək nədir?
Ya bir dəfə parlama, ya parladın
daha sönmə,
Qoyma qalsın həsrətdə bəndlilərin
axıl gözü.
İzləyərək çaxışını haldan gedib
üzülürük,
Səndən ötrü ölürük, çaxmaq budur
sözün düzü.
Mərhəmət qıl, qan etmə, birdən
çaxıb birdən yaxma,
Kəsgin halla yandırma iti tiğ tək
canımızı.
Axı sənə nə çıxar bizi göyə
savurmadan?
Acıq vermə yazığıq, gəl qaratma
qanımızı.
Çaxmaq gəl çax rövşən qıl
sönməyərək dünyamızı,
Qaranlığın içində usanmışıq
canımızdan,
Bağrını yar zülmətin, günə çıxart
bizləri sən,
Zülmün-zorun əlindən cana gəldik
aman! aman!
Nədən ötrü yaranıb bizdə olan iki
gözlər
Görməyəcək dünyanı, olmağının nə
faydası?
Nəhayət ki fənası varlığı ilə
fərqsız gərək,
Bu halətlə qarasa,yan-yürəsi həm
dünyası.
Çaxmaq gəl çax sönmədən, işə
varsın gözlərimiz.
Təbiətdə hər birzad yaranıbdır bir
iş ötrü.
Həsrət içrə qalıban izləməkdən
çaxışıvı,
Day qalmayıb quvvələri almayıblar
bəski yuxu...
Nağıllar
Gəl girək ay gözəl, nağıllar
bağına.
Tərpədək atları, əfsanə dağına.
Seyr edək xalqların, arzusun
istəyin.
Duyuban səslədək, ellərin diləyin.
Gəl tökək göz yaşı, arzular izinə.
Dizlimçə bağlayaq, qəhrəman
dizinə.
Yaraqlı eyləyək, qabaqcıl kimləri.
Oxuyaq ağlayaq, titrədək simləri.
Hər zadı dağılmış-savrulmuş
elimin,
Vəlakin qururu, qavrulmuş elimin.
Solmuş gül-çiçəyin, qaldıraq
yuxudan.
Alsınlar yeksəre, intiqam
dünyadan.
İntizar vurğunlar, çatışsın
yarlara,
Biz qoşaq nəğmələr, ləzzətli
bahara...
Qartal
Mavi göyün ə′maqında, qurur ilə
süzüb,
Qanad çalıb qalx dahada, ucalara
qartal.
Buludların üstündən də, ötüb-geçib
qavzan
Qanadlan ta ürəyin ki sevir hara
qartal.
Dayanmaqdan əsla çıxmaz heç nə
fayda-bəhər
Təbiətdə varsa ömrün, susma çalış
canla.
Ürəyivin yelkənini, açıb ötür
yelə,
İstədikcə sevdikcə də, qanadlan ən
uca
Azadlığın eşqinə çal qanadların
artıq,
Təbiətə ürəyində sevgi bəslə
şirin.
Bacardıqca, tamam ruhla, canla
çalış, durma
Yerdə açan çiçəkləri qoy islatsın
tərin.
Ucalara yol açdıqca, göz saldıqca
alta,
Təbiətin minlər sirri sənə olar
əyan.
Azad uçub uca qalxıb, görər gözlə
baxsan,
Durar gözün qabağında, danışacaq
cahan.
Qartal qavzan bizdən ayrı
dünyaları seyr et.
İnsanlara uzaqlardan gətir xoş-xoş
xəbər.
Denə görər gözlə durub çalışsınlar
hamı.
Dayanmaqdan, xulyalardan çıxmaz
burda səmər.
Qurub
Ardından bulutların, qurubun al
qanları,
Damır damla-damla mavi göyün
üzünə.
Gahda hilalı, ayın uzaqlardan
çaxırı,
Günəşin susmuş, sarı, zəyif rəngli
gözünə.
Bir şahin şəfəqlərin, ən dərin
ə′maqına,
Yol açır, çırpınaraq-açaraq
qanadların.
Bozalır daha günəş, üfüqlər sarı
çalır.
Sanki bir qavan deyir: «şəfəqlər,
susun, varın!»
Sönmə ey günəş! bir an, dayan qoy
valeh olum
İçində şəfəqlərin, şahinin
süzməyinə.
Saraltma qanadları, çatışsın dayan
sənə,
Ürəyin yanmırmı bəs bu gözəl
üzməyinə?
Qoy heyran-heyran baxım onun məhv
olmağına,
Qızıl rəngə çalınan şəfəqlər
dənizində.
Baxsan bir bu yaralı şahinə, kim
sızır o
Al qanlar nüqtə-nüqtə getdikcə o
izində.
Ey qurub! sönmə dayan yurdumu qara
etmə
Ya da bircə an gözlə, yetirim
qucağına...
Qaçırsan niyə məndən? çataram axir
sənə
Püləyib qalayaram közləri
ocağına...
Qızıl daşlar
Arx dibində yan-yan yatan qızıl
daşlar,
İtirmişəm döşü sarı bülbülümü
Sizə sarı uçub gəldi cəhcəh ilə
Xəbər verin tapım mən öz
sevgilimi.
Qanad çalıb, hara uçub hara vardı?
Dilə gəlib deyin mənə, nə olarmı?
Xoşhal qılın məni izin göstərməklə
Ürəyimdən qoyun yuyum minlər qəmi.
Yan-yürəzi uzaqlardan gözləyərək,
Gəlib çatdım sizə artıq min
ümidlə.
Gözlərimdən yayınanda sarı quşum
Görmüş idim onu oxur sizin üstə.
Bir dillənin qızıl daşlar mənim
üçün,
Necə gəldi, necə getdi sarı quşum?
Deyin görüm nə oxudu ki bir belə
Rəngiz dönüb, özüz olduz
oyum-oyum?
Avladımı sizləri də bir cəhcə lə?
Yanğın ürək, donuq halət sarı
bülbül?
Saçmadısa eşqin yanar şo′ləsini
Niyə bitib burda ancaq bəs sarı
gül?
Al
ləçək
Çayın zülal suyu sanki, bir
gözəlin gözləri,
Şırhaşırla axışırdı enli çaylaq
içilə.
Qırağında qalxan lalə, cür-bə-cürə
çiçəklər.
Movc qaldırıb tatlı busə
verirdilər bir-birə.
Duru göyün üzərində parlayırdı al
günəş,
Süzüşürdü bir neçə də aqca bulut
yan-yana.
Göstərirdi bir duru göl mavi göyün
mülkünü,
Sültə tapmış qızıl günəş belə
gömgöy asmana.
Göl dibində çılpaq, zərif yosma
tənli gözəllər,
Yatmışdılar al günəşın saçağının
altında.
Çimən zaman tənlərində gülün duran
şafağı,
Damlayırdı göy çimənin üzərinə
dayqada.
Otaylarda çiçəklərin arasında
süzürdü,
Tərə yığan rəngli ləçək neçə
kəndli gözəl qız.
İçlərində gözüm düşdü bir al ləçək
dilbərə,
Asmanımda ancaq birdəm parladı o
şən ulduz.
Aşiq oldum süzüşünə çiçəklərin
içində,
Bürümüşdü devrəsini rəngli ləçək
gözəllər.
Heyran-heyran süzdüm onu
gözlərimlə xeyli vaxt,
Ancaq bilməm nə oldu ki birdən
itdi o dilbər.
Kiprik çaldım yayındımı al ləçək
qız gözümdən?
Yoxsa qalmış canlanmış bir çiçəyi
idi düzlərin?
Yer üzünə gəlmişdi o gəzişməyə bir
müddət,
Yenə oldu yol çiçəyi, axıb tapdı
öz yerin?...
Hündür Qalan Ləyaqətdir!
Ulu ata-babaların başlarına nələr
gəlmiş,
Kimlər varmış, kimlər yoxmuş,
kimlər qalmış, kimlər ölmüş?
Dərələrdən təpələrdən çaylar,
sellər necə axmış?
Eski insan təbiətə, yaşayışa necə
baxmış?
Gələn bahar, ötən payız nə ərmağan
gətirmişdir,
Geçən zaman insan burda necə ömür
bitirmişdir?
Yaşayışın gərəyidir tanımaq
keçmişi bizə,
Taza nəsil baxa gərək ulu baba
gedən izə.
Keçmiş, ötmüş hadisələr, gələcəyə
bir ibrətdir,
İnsan ölər gedər, ancaq hündür
qalan ləyaqətdir!
Etinasız baş aşağı salıb burda
zaman, zaman,
Xəbərsiz hər olayışdan dolanma ey
məğrur insan!
Bu düzlərə çox dahilər səndən
qabaq basıb ayaq,
Bu dağların önlərində qaynayıbdır
min cür bulaq.
Səndən qabaq çox sürünüb burda
çaylar dağ aşağı,
Xeyli vaxtlar duman dutub yeri,
göyü, dağı, daşı.
Milyonlar il bundan qabaq,
təbiətin son nəğməsi,
İnsan oğlu yaranıban saldı yerə,
göyə səsi.
Bitməz zamanlar dolandı məkanlarda
çevrilmədi,
Əsgi insan gəlmiş yerin tanımadı
heç bilmədi.
Gah dedi ki göydə axan o ay məni
yaradıbdır.
Gah yaradan üçün gəlib mis
qızıldan heykəl qurdu,
Gah yapdığı daş önündə başın əyib,
boynun burdu.
İnsan ağlın işə salıb minlər tanrı
yaratdısa,
Tanrılarsa aşlarına soyuq-soyuq su
qatdısa,
Zülmət çöküb insanlığın yuvasını
bürüdüsə,
Məxluq tanrı, insanları, topraq
üstə sürüdüsə,
Yenə zaman çevrilmədən,
yorulmadan, hey dolandı, ay keçdikcə, il ötdükcə,
Ac tanrılar bir-bir üstə çox
qalandı.
İnsan düşdü tanrıların cənnətinə
yana-yana.
Yaratdığı dəstanları acı nağıl
oldu ona.
Bə´zən insan tərpənərək boylanırdı
zülmətlərdə,
Onun kəsgin çağrışıyla yazılırdı
minlər pərdə.
Çağırırdı insanları qardaşlığa,
Məhəbbətə,
O son qoymaq istəyirdi aldanışa,
şəqavətə.
Həqq yolunda mubarizə vurğunları
sarsılmadan,
Tikanlara, uçrumlara, mne′lərə heç
baxmadan,
Yaşayışın devlərilə vuruşmağa
başlayırdı,
İfritləri, padişahları, oxlayırdı,
daşlayırdı.
Yüksəldirdi mavi göyə əlindəki
məş´əlləri,
Baxmadan ki kəsiləcək zülmət əlilə
əlləri.
Bu insanlıq aləminin bəzəkləri
olanlardan,
Gələcəyə qalıb xeyli əzəmətli
şanlı dastan.
Keçmiş ötmüş hadisələr gələcəyə
bir ibrətdir,
Sən ölərsən burda ancaq hündür
qalan ləyaqətdir.
Nağıl
Nağıl geniş kütləmizin acısıdır,
şərbətidir,
Nağıl xalqın yad önündə qəzəbidir,
hiddətidir,
Nağıl elin, əməkçinin,
zəhmətkeşinin ürəyidir,
Obaların arzusudur, ümididir,
istəyidir.
Mən illəlrdir öz xalqımın
nağılların toplayıram.
Acısını şərbətini nağıllarda
arayıram.
Gözəl bahar çağlarımı bu yollarda
quylamışam,
Qolu polad oğulları nağıllarla
haylamışam.
Mən axmışam kəndlilərin işçilərin
sinəsinə,
Söz vermişəm orda axan enli çayın
gur səsinə.
Səlam qəhrəman
Səlam qəhrəman ey könül mülkümün
şahı,
Yaşayan qalan hər zaman bu
millətlə.
Bəşəriyyətin şə′ni şövkəti cahı,
Qoca tarixin yüksək səfhələrinə,
Qızıl iz salan ölməz nabiğə, dahi.
Səlam qəhrəman iyit oğlu anamın,
Koroğlu dölü başçısı dəlilərin,
İşıq yollardan ey alan öz ilhamın,
Gələcək nəsil daha da anar səni,
Qalıb, qalacaq tarixdə yüksək
adın.
Səlam qəhrəman diləyimin çiçəyi,
Qara zülmətin sarsılmaz döyüşçüsü,
Elin oymağın əsgi arzu-istəyi,
Silinməz əsla ürəyimdən təsvirin,
Ey insanlığın, yaşayışın bəzəyi.
Səlam qəhrəman məhəbbətin çırağı,
Necə söndürər kimsə sən təki şamı?
Yanarsan dayım nurladarsan oymağı.
Hələ parlayıb yüksələcəksən daha,
Bəşəriyyətin qüdrətli və şən çağı.
Səlam ey qara zülmət bağrını
yaran,
İşıq qəlbli ey doğru ilqar
sevgili,
Şərəf uğrunda ey öz canına qıyan!
İnsanlar ötrü, el ötrü, oba ötrü,
Yanar odlara düşüb, odlanıb yanan.
Səlam ey gözəl vergisi təbiətin,
Arzu-diləyi hər gülün çiçəklərin,
Yüksək dahisi şanlı bəşəriyyətin,
Axıcı səsin qalxacaq səmalara.
Ardıncayam ey bülbülü
məhəbbətin...
|