|
Ğəzəllər
İbtida
Yarəbb, Füzuli tək mənə də olgil
ibtida,
Göstər təriqi cədd-i pakımı, ey
xaliqi səma!
Öz özlüyümdən al məni, səndə fəna
olum,
Öylə məmat ver kim ola mətləi
bəqa.
Qəlbim əsirdir sənə, səndən mədəd
dilər,
Bu düz sirat da bizə ol yar-ü
rəhnüma.
Kibri aşinaləri bizə əğyar
oldular,
Öz aşinalərinlə bizi eylə aşina.
Ləngan intihasına Düzgün yolun
çatıb,
Gördü ki intihada da həm sənsən
ibtida.
E´tina
Dərmana çevrildi yar şe′rim mənim,
Verdiyin dərdə dəva lazım deyil.
Şe′rimi but tək sitayış eylilrəm,
Daha heç Rəbb u Xuda lazım deyil.
Küfr söylərsəm ilahi əfv qıl,
Kafirə başqa cəza lazım deyil.
Mən sənin məcnununam ağlım uçub,
Məcnun üçün e´tina lazım deyil.
Hər cəfaya düzgün adət eyləmiş
Böylə mo′tada cəfa lazım deyil.
Ərdəbil yüksəlir abad olur,
Təbrizin qəlbi açır şad olur.
Sevgi bəslir elinə nəsl-i cədid,
Gənci yüz bidada bir dad olur.
Türkcəmiz fırlanaraq dillərdə,
Dönür üsyanlara fəryad olur.
Səsim
Qaşqayı
Nəfəsim, həvəsim, səsim Qaşqayı,
Obam, elim, kimsəm, kəsim Qaşqayı.
Bayrağın çiynimdən qoymaram yerə,
Qoyma yad önündə əsim Qaşqayı.
Dumanlı dağların ardında qaldım,
Dadıma yet, fəryad rəsim, Qaşqayı!
Başqalarından day məhəbbət ummam,
Sənin məhəbbətin bəsim, Qaşqayı!
Düzgün deyir: «mənim səsimə səs
ver,
Nəfəsim, həvəsim, səsim qaşqayı!»
Sədaqət kanı
İranın mən canlı beyni, beyinin də
canıyam,
Azəristan mülkünün bir çağlayan
Ümmanıyam.
Dinim İslamdır mənim, Qur´anı
rəhbər qılmışam,
Ən gözəl yol seçmişəm insanlığın
vicdanıyam.
Qəlbim avlandı əzəl gündən Muğan
qışlağına,
Bu elin, bu millətin bir düşgünü,
heyranıyam.
Bir şeyə hər kim yalan ya doğru
qurban söyləyir,
Mən məarif şəhrinin, mən Ərdəbil
qurbanıyam.
Mə′nəviyyət olmasa, yoxdur həyatın
anlamı,
Zahirin altında gizli batinin
insanıyam.
Şeyx Səfinin Qara Məcmuəsi
məş′əldir mənə,
Yolları aydınladan bir şö′leyi
nuranıyam.
Müshəfim bir eldə, şəmşirim bir
əldə, atlanan,
Xalqı təqva də´vəti ilə coşan
ruhanıyam.
Hər yalan qurqu quran ovbaşa əhsən
söyləməm,
Şairəm, Düzgün təxəllüslü sədaqət
kanıyam.
Qara Məcmuə
Nigarım heykəlin candan yaranmış,
Sənin cismində şux canan yaranmış.
Vucudun səfhə-səfhə ayəti həqq,
İlahi vəhydən insan yaranmış.
Boya heç yoxdur ol nazik bədəndə,
Qaradan ağ, qara ağdan yaranmış.
«Qara Məcmuə»si şeyxol şiyuxun,
Qılavuz kimi Qur´andan yaranmış.
Onu Düzgün özünə rəhbər etmiş,
Dilindən dürr, həm mərcan
yaranmış.
Canlı Risale
Əcəb yerindən edibdir o şux qəzalə
səni,
Ki cumdurubdu dərin fəlsəfi xəyalə
səni.
Həyat gerçəyinin ol gül üzlü
ceyranı,
Qəzal-i zənn o xəyalə edib həvalə
səni.
Qamışlığın qamışı misli vəsl
axtararaq,
Sinər fəğanə gətirmişdir ah o nalə
səni.
Gecə-günüz niyazımdır ilah-i
mənnandan,
Zəmanə caynağı uğratmasın zəvalə
səni.
Təmiz xəmirən içində seçib dərin
yetənək,
Yetirdi yaxşı o Əllaməmiz kəmalə
səni.
Riyasi zahidin aldatmadı, əcəb
qıldı,
Füzuli ilə Nəsimilə həm piyalə
səni.
Diyar-i qeyirə gər olsan da
vəsleyi nacur,
Bu yurda, bu vətənə bağlayıb
qəbalə səni.
Sən ey xətib-i vətən! xəsm
höccətin sındır,
O saldı basğına, hicrə məni,
məlalə səni.
Gün öylə gün, vətən öylə vətən ola
ki görəm,
Susuz bu yurdumun üstündə bir
şəlalə səni.
Həqiqət axtaran əcdad-i pakımız
haqqına,
İlahdan dilərəm çatdıra cəlalə
səni.
Edə bu yazğısı əsvəd qərib
millətimin,
Keçən təvarixinə canlı bir risalə
səni.
Əpuş nəslinin illərcə
tünd-badında,
Günəşli yurduma birdə becərdə halə
səni.
Sən indi qismətə bax Düzgün,
işləri seyr et,
Həvalə eyləmişəm mən də bir xəyalə
səni.
Gur Nəfəsim
Ta ki bu cism o tənimdə nəfəsim
var mənim,
O qaşın taqına dilbər həvəsim var
mənim.
Türkəm, at oynadaraq fəzl o səfa
paylamışam,
Yarkənddən Viyenə sarı səsim var
mənim.
Ötükənddə Yenisey, mülk-i əcəmdə
Ətrək,
Mülk-i Azərdə Kürüm var, Ərsim var
mənim,
Səfheyi şe′rimə baxdıqca, rəqibə
deyirəm,
Bir məsiha dəmi tək həm nəfəsim
var mənim.
Baxma qurbətdə salıb bikəs o yar
etdi zaman,
Ağır ellər sayağı yar o kəsim var
mənim.
Türktazi eləsəm mülki süxəndə,
yaraşır,
Çünkü Sâhir kimi fəryad rəsim var
mənim.
Ta ki gün sayə salır, toprağa
Düzgün yaşaram,
Ərdəbildən alınan gur nəfəsim var
mənim.
basqın
:məqlubiyət
şəlale:
abşar
yazqı:
sərneveşt
apuş:
qədim əcəm dinində əhrimən quşundan olan günəşin və
yaqışın düşməni sayılan qəktlik və qaranquluqun gətirən
bir pes şərr qovvəsidir
yarkənd:
ötükən
yeni sei:
şərqi türkistanda yer adlarıdır
Sâhir:
həbib Sâhir çaqdaş moqavemət şirmizin təmsilçisi
Qalmaz
Yar getsə kənar, diyar qalmaz,
Qalmasa diyar, yar qalmaz.
Yurdun şərəfin itirsən kimsə,
Namus, şərafət, ar qalmaz.
Cəm´ olsa gər Ərdəbil o Təbriz,
Aşüftə bu rüzigar qalmaz.
Sən tərk eləsən mənim kənarım,
Qəlbimdə gözəl qərar qalmaz.
Bir dəf´ə daha göz eyləsən yar,
Düzgündə day ixtiyar qalmaz.
Bargah
Sən məni pamal edən bu bivəfaya
baxgilən,
Yarla əğyarlıq qılan bu aşınaya
baxgilən.
Qəhr ilə tərk etdiyi viranə düşmüş
yurduma,
Xəsm toprağında yapmış mültəcaya
baxgilən.
Elləri qurtarmağa biganəyə
açmışlar əl,
Bəyyinatsız bu yalançı ənbiyaya
baxgilən.
Sidqimi qəlbimdən almaq arzu
eylərdi şeyx,
Rahzənlik eyləyən bir rəhnümaya
baxgilən!
Gəl təməllüq pərvəranın vəch-i
ziştin rədd elə,
Qıl nəzər Allaha, vəchi kibriyaya
baxgilən!
Yolları yor Şeyx Səfinin bargahına
qədər.
Ərdəbildə gəzgilən orda səfaya
baxgilən.
Qeyrət-i milliyə varis olgilən
Düzgün kimi,
Ləysə lil insane ella ma səa-ya
baxgilən.
Yeni İnsan
İstərəm qeyrətə gəlmiş yeni insan
olasan,
Bu yazıq millətimin dərdinə dərman
olasan.
Özünə bir gələsən, fəxr eləyəm
qamətinə,
Xublar içrə gəzib, sərvər-i xuban
olasan.
Günəşə yüksələ börküm ucu Şirazlı
kimi,
Sən külahımd mənim dürr-i dirəxşan
olasan.
Açasan surətini pərde-yi
mənhusindən,
Bu qaranlıq gecəmizdə məhi taban
olasan.
Qara topraqlar üzündən dura şimşad
qədin,
Yenə də məmləkət Cəmşidə Xaqan
olasan.
Ərdəbildən ucalıb ŞahXətayi
kimisən,
Fərmanın cari edib Təbrizə sultan
olasan.
O boyun qurbanıyam bir gələsən
məhfilimə,
Güllər içrə süzülən sərv-i xəraman
olasan.
Qırasan xalqın ayağından əsarət
ipini,
Düzgünün başın ucaldan yeni insan
olasan.
Aman Verdim
Bircə qəm verdi, mincə can verdim,
Canı canana cavdan verdim.
Qəmi ilə yoğurdu köylüm evin,
Ömrümü hədiyə şadman verdim.
Urcana, Boldaçıya getmek çün,
Sarbanlara and-aman verdim.
Gəldi, qəm qarət edə köylümdən,
Yolda durdum, yoluna, yan verdim.
Dedi: «Qaşqayıyam, gəpim gəpdir!»
«Düzgünəm!» söylədim, aman verdim.
Pak Sütünə Heyf Olsun
Heyf yarım, o gözəl qamətinə heyf
olsun,
Qara toprağa düşən rayətinə heyf
olsun!
Qədr verdinsə bahasızlara öz
qədrinlə,
Bilmədi kimsə, sənin qiymətinə
heyf olsun!
Şövkəti izzəti, abrunu girov
qoydunsa,
Zillətə çəkdi səni, izzətinə heyf
olsun!
Nədir el sevgisi, heç qanmadı ol
alçaq hərif,
Birlıyı pozdu, elin vəhdətinə heyf
olsun.
Tanımazmış o, şərəf; bilməz imiş
heysiyət,
Ayağı altdakı heysiyətiyə heyf
olsun!
Eli yadlara nökər etmək ilə fəxr
elədi!
Ona əmdirdiyin ol pak sütünə heyf
olsun!
Düzgünün vurdu sağalmaz yaralar
qəlbindən,
Pozulan sağlığına-səhətinə heyf
olsun!
könül
qaşqayı şivesində iki: köyül və kungul furmalarında
işlənilir
urcan
qaşqayının yaylaqlalarıəndandır şəhr adıdır. Onu yanlış
olaraq brucen yazırlar
buldaçı:
urcan şəhrinin yaxınlıqında bir türk şəhridir
azərbayce
qarşılıqı :sözüm sözdür
Yalnız Allaha Baş Əysin
Yırla, yırla, gözəlim! Tanrı sənə
yar olsun,
Şahə çək göylərə ağzın dolu əş′ar
olsun!
Qan içən düşməni Qaşqayların
çoxdur inan,
Bu dili, bu eli, Allah nigəhdar
olsun.
Oxu Mə′zun Dədənin şe′ridi bu dürr
o gövhər,
Dilizə cari olan gəp, dürri şəhvar
olsun!
Sizə qarşı nə yazım layiq dərgahız
ola?
Sevmiyənlər sizi çöllərdə düşüb
xar olsun.
Qeyrətin verməsin əldən elizin
gəncləri,
Dilini tarixini danmasın hüşyar
olsun.
Yalnız Allaha baş əysin, uca
tutsun başını,
İstirəm kim o da Düzgün kimi bidar
olsun...
Qaşqayı ulduzu
Mən sənə vurulandan, bircə sənlə
mən yaram,
Səndən özgədən dilbər, hər nə
varsa bizaram!
Dan yerində Qaşqayı ulduzu deynə,
gəldim,
Ardına düşən vaxtdan nə yatıb, nə
bidaram.
Gər təqafül etsən, mən masəva
təkin məhvəm,
Bircə e´tina qılsan, hər nə ki
desən varam.
Gündə yüz kərə ölsən, gündə yüz
kərə dursan,
Bəlkə onda anlarsan mən dərin bir
əsraram.
Durgilən, ağıl qoyma mən təki dəli
Türkə,
Tacik olma, Tat olma, mən duyub
danışmaram.
Sanma yurdunu verrəm yadlara diyar
olsun,
Səndə bircə dar olsa, mən o dara
dəyyaram.
Sorsalar nədən Düzgün ömr sürməyir
azad,
Söylə: «sevdiyim yarın eşqinə
giriftaram.»
Dünyaya Sal Bir Daha Car
Dünya mənə oldu nigar, ey gözəl!
Yazda bahar, güzdə bahar, ey
gözəl!
Bağda ayılcaq səhər erkən, gülüm,
Çəkdi havar, minlər həzar, ey
gözəl!
Mən sənə heyranlığımı gizləməm,
Yoxdu bu işdə mənə ar, ey gözəl!
Yandım içimdə məni vurcaq dəni,
Çəkmədim eşqindən havar, ey gözəl!
Qaşqayının qeyrətini, mərdliyin,
Dünyaya sal bir daha car, ey
gözəl!
Keçmişinə bax gələn, öz cəddinin,
Qədrini bil, eyləmə xar, ey gözəl.
Düzgünü düz eşq salıb çöllərə,
Qoymadı qəlbində qərar, ey gözəl!
Yırla
avaz uxumaq anlamında olan yırlamaq məsdərinin əmr
furması
Güz: paiz
xəzan
Dağ Çiçəyi
Sən mənim könlümə canan gəldin,
Sanki cansız canıma can gəldin!
Mənə kimsə demədi eşq nədir?
Sən mənim qəlbimə pünhan gəldin!
Qərnlər yurdumu nurlandırdın,
Qara çadırlara mehman gəldin!
Sənə «Qaşqayı» dedim, dağ çiçəyi,
Yara canan, yada tufan gəldin.
Qoy səninlə alışım neş′ələnim,
Getmə asan, məgər asan gəldin?
Sözünü dinləməyirlər, nə yazıq!
Sən də Düzgün təki ərzan gəldin!
Farsımdan
Hər nə etdim gözəlim billahi ziba
etdim,
Sən çəkildinsə də mən, səndə
təcəlla etdim.
Səni məndə, məni səndə hamı gördü,
uydu,
Dünyalar hayıma qərq oldu, nə
qovqa etdim.
Mənə al-verçi desən burda
qəbulumdu mənim,
Eşqini qəlbim ilə can ilə sevda
etdim.
Mən müsəmmanı da əsmanı da bir
gördüm, inan,
Gərçi əhvəl təki hər ismini əsma
etdim.
Sənin eşqin elə güc verdi mənə kim
burada,
Milli bir partlayışı, dalğanı
bərpa etdim.
Vəsf edənmirdi dilim qamətini,
Farsımdan!
Dilini öyrənərək nütqumu guya
etdim.
Düzgünün eşqi ağır ellərinə arx
idi,
Mən o arxa qoşulub gölçəni dərya
etdim.
Farsımdan: qaşqayı eli içərə bir tirə adı
Qaşqayı burhan olarmış
Hər gəda sultan olarmış billahi,
Damlada ümman olarmış billahi!
Hər çətinlik, qeyrət-i milli ilə,
İnsana asan olarmış billahi.
Atçıya hər təngə, hər döngə-buruq,
Bir böyük meydan olarmış, billahi!
Yar ilə dosdoğru didar edənin,
Köngülü taban olarmış, billahi!
Sidqə Qaşqayı evində qəlbinin,
Sönməyən neyran olarmış billahi.
Dinlə kim Düzgün deyir: «düz
eşqimə,
Qaşqayı burhan olarmış, billahi!»
E´tibara aldanma
Mən ta üzünə sənin nəzər qıldım,
Candan da, cahandan da, gözər
qıldım.
Eşqin ürəyimdə doğru yer tapdı,
Ömrümdə belə böyük hünər qıldım.
Türkün üzünə dedim gəpim Türkcə,
Dünyada adını namvər qıldım.
El tarixinin fəzailin bildim,
El ilə özümü müftəxər qıldım.
Xəsmin hərəkatın alçaq hiss etdim,
Ondan Ötükəndən əlhəzər qıldım.
Özgə mənə «çakerəm!» dedi, lakin,
Ruhundan, o bilmədən, xəbər
qıldım.
Düşmənləri qavdı tökdü dəryaya,
Qaşqayını mülkə rahbər qıldım.
Düzgün deyir e´tibara aldanma,
Sidq ilə di yarı mö´təbər qıldım.
Şeyda Olar
Sirrini açsam, köyül rüsva-olar,
Dünyada hay qavzanar, qovqa olar.
Sən əgər tərk eyləsən könlüm evin,
Sahib-i dünya ola, tənha olar.
Vahid o yekta yaranmışdır yarım,
Dünyada kim yarıma həmta olar?
Gər yaranmışla yaradan bir ola,
Söylə kim harda belə sevda olar?
Yar əgər məndən təğaful etməsə,
Görməyənlər göz açar, bidar olar.
Canımı gəl yaxma Qaşqayı gözəl,
Eşq bu yaşda mənim çün ar olar!
Bir daha baxsan qıya, göz eyləsən,
Bu «Hüseyn Düzgün» sənə şeyda
olar.
Sahib Çıxanı Yoxdu, Gəl
Dilbəra sənsiz bu canın ruhu canı
yoxdu, gəl,
Can evində könlümün candan nişanı
yoxdu, gəl.
Sən mənim zənnim, gümanım, bax
gümansız qalmışam,
Ellərin bir gün nəcata heç gümanı
yoxdu, gəl.
Tapdalandı var yoxum bilmərrə uçdu
yurd-yuvam,
Ellərin nə elbəyi, nə ilxanı
yoxdu, gəl.
Pəhləvini yıxmışıq, tac-i kiyan
alət üst olub,
Türklərin bu xəsminin billah da
canı yoxdu, gəl!
İnqilaba zərbə vurmaq istəyir
xəsm-i dəni,
Sovlətol Dövlə kimi bir qurtaranı
yoxdu, gəl!
Şah əsərlər sahibi, sözlər qoşan
sairlərin,
Bur-bucaqlarda qalıb, sahib çıxanı
yoxdu, gəl!
Bax ki Düzgün ağlayır dosdoğru bir
aşiq kimi,
Böylə düzgün vurğunun day
sayı-sanı yoxdu gəl!
Dosdoqru:
mostəqim vasitəsiz sadeqane
Ötükən:
bir qaşqayı osturəsini görə eski babalarımızın
toplandıqları yaylaq adıdır
Zəfər Marşı
Mən eşqinə bəndəyəm, qulam,
dilbər!
Bu ərsədə qoyma tək qalam, dilbər!
Qərq eylə məni özündə cananım,
Qoyma özümə murid olam, dilbər!
Sən mənliyimi mənim əlimdən al,
Ta haqqımı özgədən alam, dilbər.
Xoşdur mənə sam´ tək yanam eşqə,
Minlər kərə gül təkin solam,
dilbər!
Dərya kimi durğun olmağı sevməm,
Dalğa təki bircə hay salam,
dilbər!
«Qaşqayı elim dilim» deyəm,
birgün,
Şirazda zəfər marşı çalam, dilbər!
Yad düşmənidir elin, deyir düzgün,
Bu ərsədə qoyma tək qalam, dilbər.
Tə´xir etdi
Hər nə etdi, bilirəm kim mənə
təqdir etdi,
Ürəyimdə o gözəl yarımı təsvir
etdi.
Zülfünün həlqələri könlümü bəndə
saldı,
Eşq bağlatdı ayaqlarımı zəncir
etdi.
O özü heç bir işə atmadı əl, leyk
nədən,
Danladı sevgimi, bu sevgi nə
təqsir etdi?
Hey dedim: «gəl özünə! yoxdu haray
qeyrdə, bil!»
Ötdü vaxt, keçdi zaman, gəlmədi,
tə′xir etdi.
Qəflətin qüssələri çulqadı dilbər
yörəmi,
Gənclik günləri bu aşiqini pir
etdi.
Sən zəbun etdin özün, baxmadın el
Sovlətinə,
Qədrsiz çirkin Əcəm Türkü zəbungir
etdi.
Ürəyindən bu qopan vəhy kəlamın,
Düzgün,
Gəl inan mərdə də, namərdə də
tə′sir etdi.
Divarı Kutah Verdilər
ol zaman kim dilbərə xərgah o
dərgah verdilər,
Bizlərə dərgahdan aslanmağı nagah
verdilər.
Hər səhərgah böldülər dünya və
uqba varlığın,
Axşam əldən aldılarsa, hər
səhərgah verdilər.
Həqq ilə davrandılar, həq ilə
bölgü böldülər,
Taysız ol dildara dərgah ilə
xərgah verdilər.
Qünçəyə rəng-rəng açılmaq, aşiqi
rəng eyləmək,
Bülbülə pozğun nəvalar, əşk ilə ah
verdilər.
Qəl´əlar saldıq, binalar, qəsrlər
yapdıqsa da,
Mülk-i İranda bizə divarı kutah
verdilər.
Türkü dəstgahsız, yuvasız etmək
üçün, ölkəyə,
Zülm edən şah verdilər, həm şaha
dəstgah verdilər.
Yara xərgahda oturmaq, dərgaha heç
baxmamaq,
Düzgünə dərgahdan aslanmağı nagah
verdilər.
Şikayət
Başım üstündə dumandır atəşin ahım
mənim,
Bunca qavrutma, amandır, bıqdım
Allahım mənim.
Ellərin övladı bir-bir özlərin
yıxdı nədən,
Bəs haçan qalxar ayağa yarım,
agahım mənim?
Zəngana bel bağladım, Qeydarı
gəzdim ağladım,
Körpünü yıxdı, amanım kəsdi
kinxahım mənim.
Üz çevirməm məqsədimdən dönmərəm
bu rahdan,
Kim həqiqət zirvəsidir tutduğum
rahım mənim.
Mən yıxılmazdım dəmadəm, sən əmin
ol Düzgünüm,
Hiylə etdi, dostca gəldi, yıxdı
bədxahım mənim.
Canan Olar
Bir gün olar yardan fərman olar,
Gün çıxar zülmətlərə taban olar.
Yar, bir ay tək apaçıq, aşikar,
Düşmən alçaq it təki pünhan olar.
Ol günəş üzlüm görünsə bir kərə,
Dünya, ətrafında sərgərdan olar.
Coklara mə′ruz qalmış bir çoban,
Ağla gəlsə, mülkünə Xaqan olar.
Duyğusu tapdansa bir azadənin,
Hər yanı məhbəs olar, zindan olar.
Hidəcə, Xürrəmdərəyə, Əbhərə,
Can desən, Zəngan sənə canan olar.
Çox şirindir can sənə Düzgün,
aman,
Canda canansız inanmam can olar.
Qeydarı Gözlər Gözlərim
Yolların ardında qalmış yarı
gözlər gözlərim,
Könlümə təskin verən dildarı
gözlər gözlərim.
Qəlbimi satdım pula, pamal etdim
ömrümü,
Qəlb pul yox, sikkəni-dinari
gözlər gözlərim.
Çən gəlib basdı duman, görsənmədi
nə dağ, nə düz,
Düzləri, yaylaqları, dağları
gözlər gözlərim.
Yada verdim eşqimi, satdım ürək
qəmxanəsin,
İndi Təbrizli gözəl qəmxarı gözlər
gözlərim.
Farsa sarvan söylədim, yollarda
azdırdı məni,
Zəngana getmək üçün Qeydari gözlər
gözlərim.
Sanma Düzgün bayrağı yerlərdə
salarsız qalıb,
Dağda bir Düzgün sayaq sərdari
gözlər gözlərim.
Gəlmədin
Səslədim ömrüm boyu, sən amma
yarım gəlmədin,
Təkcə yoğruldum qəm içrə,
qəmgüsarım! gəlmədin.
Hər yetənə yar dedim aldandım al o
məkrinə,
Sən ayıltmaq çün məni, ey
razdarım! gəlmədin.
Düşmən aldı əllərimdən fəxri,
şə′ni, şövkəti,
Təkcə qaldım bu savaşda,
iftixarım! gəlmədin.
Qış bürümüş dövrəmi, almış xəzan
yan yörəmi,
Ötdü yay, gəldi payız, güllü
baharım! gəlmədin.
Qeydarı, Xürrəmdərəni, Əbhəri
ağlatdı şah,
Yandı ağlar gözlərim, sən
nazdarım! gəlmədin.
Bir ulu peyman olacaq, söylədin bu
mülkdə,
Axşam oldu, batdı gün, qovl o
qərarım! gəlmədin.
Mən xiləldən xali yoldaş görmədim
bu dəhrdə,
Bircə sən xalıs şərab-i
xoşgovarım! gəlmədin.
Nə zərərsən, nə qazanc, dünyada
yoxdan var olan,
Soyləyir Düzgün: cəlalım,
e´tibarım! gəlmədin!
Küsmə Tatdan
Yox giləm biganədən kim aşina
qılmış sitəm,
Ağla yarım halıma, ol bivəfa
qılmış sitəm.
Mən kimə izhar edim, kim
dəstpərvərdim mənim,
Uymuş əğyara, olub məndən cuda,
qılmış sitəm.
Könlümün bu piç o tabə düşməyin
sorma, nədən,
Nazəninim dəmbədəm görmüş rəva,
qılmış sitəm.
Küsmə Tatdan qardaşım çal bambaça
öz başıva,
Zəngana zənganlı xor baxmış belə
qılmış sitəm.
İncimə sən kimsədən, Düzgün,
özündə eybi gör,
Bil ayıq ol, Türkə Türk etmiş
cəfa, qılmış sitəm.
Parçalanmaz Yurdumuz
Sirrimi əğyarə açdın yar, ar olsun
sənə,
Bildi razım büsbütün dəyyar, ar
olsun sənə!
Öncü sandın sən özün, düşdün önünə
elləlrin,
Edəmədin kimsəni bidar, ar olsun
sənə!
E´timad etdim nədən, yol verdim ev
içrə səni,
Sirri pünhanım olundu car, ar
olsun sənə!
Əyninə olmaz sənin özgə libasi,
arsız!
Qurdu bidar yara əğyar dar, ar
olsun sənə!
Dünyaya od düşsə də bil
parçalanmaz
yurdumuz,
Sən nədən Zənganı etdin xar? ar
olsun sənə!
Əcnəbini şad edib, şabaş aldın
xəsmdən,
Düzgünü atdın kənara zar, ar olsun
sənə!
Həmvar Ol
Getmə qırağa gözəl, gəl mən ilə
yar ol.
Özgə yaraşmaz sənə, gəl mənə
dildar ol.
Oğru dəni varlığın çaldı yoxuda
sənin,
Cumma yataq içrə, qalx! dur daha
bidar ol!
Düşməni-dostu tanı, girmə dəni
qoynuna,
Cok yazan hər kimsədən qaç gilə,
bizar ol!
Misli tapılmaz bütün dünyada bu
hidəcin,
Qoyma xərabə qala dön gilə, həmvar
ol!
Nəfsinə oyma gözəl, eşq ilə nəfs
ayrıdır,
Nəfsdi qovqa edən, aqil o huşyar
ol!
Eşqsiz insan əbəs ömr sürər
dünyada,
Sən də bu Düzgün kimi eşqə
giriftar ol.
Siyadət Sənin Olsun
Mən arzu edərdim ki həmiyyət sənin
olsun,
Hekmət sənin, izzət sənin, heybət
sənin olsun.
Lakin oyuna saldı məni hiylətin
axır,
Hiylətlə gələn saxta məhəbbət
sənin olsun.
Day istəmirəm mən nə siyasət nə
siyadət,
Bu mülkdə, get söylə, siyadət
sənin olsun!
Bir damla mənə eşq o sədaqət
verilərsə,
Min dərya qədər külli siyasət
sənin olsun!
Yarın qəmi alsın yörəmi, ruhumu
sarsın,
Yarsız yaşamaq, dünyada səhhət
sənin olsun!
Mən vəhdətin ardınca dolanım
gecə-gündüz,
Bolluq, yaşamaq, ne′mət o kəsrət
sənin olsun.
Bir damla içirt sən mənə Qeydar
bulağından,
Həm mülk-i Əcəm, həm əcəmiyyət
sənin olsun.
Sən söylə gilən Düzgünə dilbər
gecə-gündüz:
«Dünya
hamının olsa, sədaqət sənin olsun!»
Sərəfkəndə Olmaz
Özün tanıyan insan bəndə olmaz,
Bilənə bəndəlik zibəndə olmaz.
Dəm vuran zindəlikdən özgə donda,
Sığışmaz özgə dona, zində olmaz.
Bugün öz cəddini təhqir edənə,
Sübh açılmaz, açıq ayəndə olmaz.
Ağızdan çıxmasa, püsgürməsə od,
Kağızda kəlmələr suzəndə olmaz.
Demə tarixdə sən nə axtarırsan,
İtiyi itməyən cuyəndə olmaz.
Ağır tərpən, ağır otur, ağır dur,
Özün əsgik edən danəndə olmaz.
Güvən, fəxr eylə, Zəngan
fəxrliymiş,
Həkimin oğlu sərəfkəndə olmaz.
Sözü münkərlərin oymuş gözünü,
Hüseyn Düzgün kimi guyəndə olmaz.
Mubahat Vaxtıdır
Sübh oldu, qalx, dur! ki munacat
vaxtıdır,
Dön yarə sarı, qibleyi hacat
vaxtıdır.
Türkün qaranqu tale´i alt-üst
olmada,
Yirminci əsr, kəşf o kəramat
vaxtıdır.
Xəsm-i dəni beli daha sınmış,
yaraq gətir,
Durma, silah al ki möhümmat
vaxtıdır.
Mən gənclərdə qeyrəti hiss etmişəm
bugün,
Alçaq dəniyə söylə mucazat
vaxtıdır.
Bir qərn xor baxıb qapıda saxladın
məni,
Gəl meydana, gəl indi mulaqat
vaxtıdır.
Qəlbimdə saxladım neçə illər
cərahəti,
Yarım təbib olubdu, həcamat
vaxtıdır.
Hiyləyə kiş dedinsə, siyasətlə
oynadın,
Əsgərlərim çoxalmada, şahmat
vaxtıdır.
Zəngan diyarıdır, mədəniyyət
ocağıdır,
Bağrın dağılsın, indi mubahat
vaxtıdır.
Düzgün könüldə telləri dilləndirir
gözəl,
Gəl şahə çekgilən ki muğamat
vaxtıdır.
Həsrət Qoydun
Könlü haldan hala döndərməyə halın
gəldi,
Başımı aldı duman, qal o məqalın
gəldi.
Bir işıq dəryasına gözlərim açdım,
birdən,
Yuxuma girdi üzün, yoxsa xəyalın
gəldi.
Bu güman idi, bu zənn idi,
qutarmazmış hicr,
Nağıl imiş, dedilər qalx ki
visalın gəldi!
Manşana, Zəngana, Əngurana həsrət
qoydun,
Aşiqin peşvazına məkr ilə alın
gəldi.
Məni Xurrəmdərədə quyla dedim,
yalvardım,
Dedi saymaz yana dön, dön ki
zəvalın gəldi.
Mən ğəzəl yazmazıdım, sən mənə
yazdırdın onu,
Yaz dedin, ağla dedin, bəlkə
qəzalın gəldi.
Düzgünü doğru yola çəkmədi əyri
baxışın,
Budrədim, caydım aman, qoyma
vəbalın gəldi.
Tacımsan
Sən ana, başımda tacımsan
külahımsan mənim,
Şövkətim, şanım, cəlalım, izz o
cahımsan mənim.
Hər kimin dünyada varsa mülkü,
malı, dövləti,
Dünyada həm uqbada sən
dəstgahımsan mənim.
Çulqasa yan-yörəmi zülmət
qaranlıqlar, ana!
Qəlbimin aydın göyündə
sübhgahımsan mənim.
Əğyarın yüzlər sitəmgər qan soranı
var isə,
Sən mənim haqqım alansan, sən
sipahımsan mənim.
Hər dəni insanlığa xor baxmağa yol
seçsədə,
Oğluna yol göstərən dosdoğru
rahımsan mənim.
Dünyada suçdan qaçındım, bir günah
da etmədim,
Amma pərvəndəmdə sən suçsan
günahımsan mənim.
Bax, külahsız baş açıq Düzgün
gecə-gündüz deyir:
Sən ana! başımda tacımsan,
külahımsan mənim.
Dedilər
Can evindən elə səfər dedilər,
Eyləmə cana heç güzər dedilər.
Çulqadı dövrəmi qəm-i hicran,
Yara gəl eylə bir nəzər dedilər.
Ağladım, sıtqadım, fəğan etdim,
Mənə dünyada bibəsər dedilər.
Cana canan quşu gəlib qondu,
Eylə canından əlhəzər dedilər.
Şe′r yazdım qəmində söz qoşdum,
Gərçi hər şe′rimə gövhər dedilər,
Dedilər etibarı yox sözünün,
Bu sözü gör nə mö´təbər dedilər.
Zəngana qış günü ayaq basdım,
Yayda gəl, qışda yox səmər
dedilər.
Yayda getdim, yuvamı boş gördüm,
«Köçdü el, qalmadı əsər» dedilər.
Əyrini, doğrunu bağışladılar,
Düzgünə «əyrilik edər!»
dedilər!...
Təhmidiyyə
Yarım necə oldun nəhan, axır sən
əyansan,
Can bəxş eləyən, can alansan,
güzəransan!
İdrakın üçün bax sənin, ömrümdü
talanmış,
Axır nə imişsən, nə qazancsan, nə
ziyansan!
Hər kim özünün ağlı qədər bir yerə
yordu,
Kimsə dedi yoxsan, kimi də söylədi
cansan.
Mən varlığını gahi inandım, gəhi
dandım,
Ağlım «yaradan» söylədi, könlüm:
«can alansan!»
Axtardım ömürlük səni, əttarına
sordum,
Söylə dedi məndən ona: «sən
ətrfəşansan!»
Mən türkü saya, qəlbi təmiz sadə
bir insan,
Qoy birdə deyim: «Allah aman, sən
nə yamansan!»
Şeytan səni məndən ala bilməz,
necə alsın,
Sən məndəki iman, həmi də təndəki
cansan!
Mən ömrümü verdim səni idrak
etdim, amma,
Düzgün dedi: «idrakına sığmaz!»,
nə giransan!
İzzi Bəqa
Təbrizdə
atamın ölümü munasibətilə
İzzətli ömür xaliqi mənnandan
ətadır,
Övlada verən izzəti əlbəttə
atadır.
Allah ilə insanı yaxın eyləməsi
çün,
Xırda Tanrı saymaq atanı bəlkə
rəvadır.
«Aynası işdir kişinin, lafə
baxılmaz»,
Ali iş özü iş görənə izzi bəqadır.
Üç günlük ömür bir belə atlanmağa
dəyməz,
Ardınca gələn qalsa əgər xeyr
duadır.
Min damada vurğun sayılıbdır bu
əcuzə,
Hər lütfü onun qəhrdir, hər mehri
cəfadır.
Aldanma, aman! ne′mətinə nazına,
Düzgün!
Bu dünya ötrəgidi, bu bir dar-i
fənadır.
Can Qalmaz
Əgər sən yaxşı tərpənsən, cahanda
day yaman qalmaz,
Dayansan bir aman versən,
amanlardan nişan qalmaz.
Bu qədri qəlbimi yarma, uzaq əndiş
ol, fikr et,
Sökülmüş sinədə dilbər, saqın
raz-i nəhan qalmaz,
Qayıt toprağını ağuşə çək,
ellərinə yar ol,
Dənilə yarlıq etsən, qeyrətin
qalmaz, səfan qalmaz.
Qıraq gəzsən elindən mə′siyət
pərdazsan əlbət,
Anavın qoynunda dönsən, daha səhv
o xətan qalmaz.
Əzizim varlığı hər bir şeyin
əslilə bağlıdır,
Dilin əysən, nə guyeş, nə də
ləhcə, nə zəban qalmaz.
Əgər Təbrizdən ayrılsan, azarsan
sən uzaq yolda,
O əyri-üyri yollarçün daha
Düzgündə can qalmaz.
Gəlirik Təbrizə Biz
Nə zaman oldu qonaq gəlmədik əsla
sizə biz,
Düşməni sal çölə dilbər, gələrik
Təbrizə biz.
Ürəyim bir tikədir ləhcənə, xoş
sözlərinə,
Özgiyə hər nə olursan, mənə
candansan əziz.
Ellərin qoy axın etsin, onlarındır
bu şəhər,
Şəhr-i Təbrizdi bu mə′bəd
qeyrətəngiz.
İftixar eylə uzun keçmişinin
şövkətinə,
Qoyma düşmən ürəyivi çala-çala
sala iz.
Çox dəyərli yaranıb elm o ədəb
asarın,
Dəhrdə yoxdur belə abidəyi pəndə
amiz.
Daha aldanma gilən xəsm-i dəni
hiyləsinə,
Soracaqdır səni o, sonra qoyacaq
biçiz.
Sadə dillə, saf ürəklə sizə yazmış
Düzgün,
Nə zaman oldu qonaq gəlmədiz əsla
bizə siz?
Təbrizli Gözün
Mənə dəyəcək, tökəcək yaş, dolu
Təbrizli gözün,
Çək gözümdən gözünü, qan olu
Təbrizli gözün.
Baxışın nöqtəsinin raz-i nəhanın
bilirəm,
Gözləyir qərnlər oldu yolu
Təbrizli gözün.
Sənə təslim yaraşmaz, yada bac
verməzsən,
Seçəcək bağdaki koldan kolu
Təbrizli gözün.
Böylə gəl səpmə mənim üstümə
həsrətli baxış,
Canımı yaxdı baxan qəm dolu
Təbrizli gözün.
Var ümid kim qayıda qəhrəman oğlun
evinə,
Axtarır bur-bucağı, sağ-solu
Təbrizli gözün.
Hangi mavaya gedib, harda pənahgah
tapacaq,
Düzgünü salsa gözündən, ulu
Təbrizli gözün.
Göy Məscid
«Cahanşah-i həqiqi» yadigarı,
yarmış ədvarı,
Budur, Təbriz içində göylərə
qalxmaqda ənvarı.
Fəzası bir ilahi nur ilə dolmuşdu
göy qübbə,
Buraxmış heyrətə əqmarı, şəmsi,
çərx-i dəvvarı.
Şaxanda ildırımlar qısqanan çərxın
havasından,
Söküb yandırmaq istərmişsə göy
günbəzdən asarı,
Təbiət titrəmiş, xilqət ayaqlanmış
fəğan etmiş:
Amandı! yaxma qəlbin Təbrizin, yığ
tiğ-i qəddarı!
İşıq qaynağını qarət edənlər
səf-bə-səf durmuş,
Qaranlıqlar içindən tərpədib
qalxızmış əşrarı,
Dağıtmaq çün, bütün şərqə ilahi
nur saçan şəm′i,
Müsəllət eyləmiş bu məscidə hər
şahı, tərrarı.
Vəlakin həm bugündə sinə gərmiş
batil uğrunda,
Bu göy məsciddir evladım, qoru bu
gənc-i əsrarı.
Əlin Allaha açmış bir işıq
dəryasıdır oğlum,
Mənim tək sən də baxsan nur
görərsən burda əhcarı.
Amandır! qoyma təhqir eyləsin yad,
qalx! özün göstər,
Koroğlu mesrisin çək, qavgilən
ovbaşı əşrarı!
Bura Təbrizdir, dünya boyu tarixi
fəth etmiş,
Yuxuya getməz əlbətə bu şəhrin
bəxt bidarı.
Onun «Düzgün» kimi övladı vardır,
qorxu yox, qəm yox,
Şücaət meydanın qoymazlar onlar
sidqdən ari.
Divanə Könlümü
Qoy birdə hicr odunda mənim yanə
könlümü,
Öz halına burax dəli-divanə
könlümü.
Eşqi, ümidi var, inamı, dini var
onun,
Uydurma hər yetən yeni dəstanə
könlümü.
Köksümdə sərt deyil, buz deyil,
inan,
Odlandırıbdı yar, salıb qanə
könlümü.
Təbriz deyibdi, rəqsə gəlib,
don-ba-don gəzib,
Oynatmadı yeni hava, məstanə
könlümü.
Yandı qanadı, düşdü yerə nə′şi,
sahib ol,
Alqışla yerdən, al gilə pərvanə
könlümü.
Qorxum budur yenə yeni bir al ilə
gəlib,
Səyyad tor qura, sala zindanə
könlümü.
Düzgün rizayət eylə cəfa pişə
dilbərim,
Zəncir-i zülfə bağlaya divanə
könlümü.
Qəmxanə
Hər işi məstanə etdin aqibət,
Məscidi meyxanə etdin aqibət.
Əhrabı, Gəzranı, Surxabı gəzib,
Eynalıda xanə etdin aqibət.
Seyr qıldın külli movcud içrə sən,
Canımı kaşanə etdin aqibət.
Axtararkən eşq gəncin sinədə,
Könlümü viranə etdin aqibət.
Dürr o gövhərlər yatağı zülfünü,
Sözlərimlə şanə etdin aqibət.
Sinəmin Qafdan yuxarı zirvəsin,
Can quşuna lanə etdin aqibət.
Min kərəşməylə özünü sevdirib,
Məclisə cananə etdin aqibət.
Aldın əldən Düzgünü heç saymadın,
Təbrizi qəmxanə etdin aqibət.
Bir Ölkə Karavan
Ayətullah
«Hüseyn Qəffarı»nın işkəncə altında şəhadəti
münasibətilə
Dün gecə ərşdə cahan gördüm,
Gözlərimlə ilahi can gördüm.
Maddədən daxı heç nişan yox idi,
Nə zəmin, nə də asiman gördüm.
Cənnət isilə bir baharı tapıb,
Bağ o bostanlı bir cinan gördüm.
Gül, çiçək, lalə, sərv gülbünlər,
Qırmızı gördüm, ərğəvan gördüm.
Am bir də′vət idi, süfrədə mən,
Düşməni-dostu mihman gördüm.
Həm cəmal, həm kəmal rəmzlərin,
Sankı bir gənc-i şaygan gördüm.
Zülmə baş əyməyən dəlil gətirən,
Fəlsəfədan-ü nöktədan gördüm.
Elə bir feyləsuf kim fikri,
Qərbdən şərqə nurfəşan gördüm.
Bir uzun karvanə sərkərdə,
Həmdə bir ölkə karvan gördüm.
İnqilabçı, dərin təfəkkürli,
Qələmi, ağzı dürfəşan gördüm.
Nur-i «Sədra» və hikmət «İşraq»
Axıdan Təbrizə əyan gördüm.
Əqlini rəhnümayi elm-ü əməl,
Eşqini pişvayi can gördüm.
Pir meyxanədən dilində onun
Yüzlər asar-ü min nişan gördüm.
Ağladı matəmində ellər inan,
Başıma çevirilib zaman gördüm.
Gecə vaxtında bir zaman, nagəh,
Susmuş əz covr-i cairan gördüm.
Ayətullah Hüseyn Qəffarı,
Qara topraqda nur saçan gördüm.
Dini, elmi, siyasət ilə qatan,
Qaynadan, qaynayan, coşan gördüm.
İnqilabçı vücudu mən Düzgün,
Hər zaman həyy-ü cavıdan gördüm.
İsmi cəlalə
Erhem ləna belütfekə ya vahibül
əta!
Düşməz dilimdən islm-i cəlalən
səhər məsa.
Əsnamdən sənə sarı üz döndərən
qulam,
Möhtacın olmuşam Səməda, lütf qıl
əta.
Sidq ilə xakə sürtürəm öz alnımı
bugün,
Üz verməsin yarın daha əhfadıma
bəla.
Hər bir qapı qavub məni, istirham
eylərəm,
Bimar qəlbimə verəsən acilən şəfa.
Üz astan-i pakına Yarəbb
gətirmişəm,
Bu xalqı eylə şərr-i səyatindən
rəha.
Mən bəndənin xətalərinə baxma,
Düzgünüm,
Fəğfir ləna befəzlikə ya
fatirəssəma!
Adın
Yarəb! sənin adın yaraşıqdır bu
divana,
Mən bəndədən qəbul elə, mətlə′ di
şukrana.
Bir qurtuluş yolu bizə göstər, sən
ey Tarı,
Millət əsir olmasın əhzab-i
şeytana.
Namuslu elləri Əcəmin məkri
aldadır,
Meylim ziyadə qıl gilən irfani
Qur´ana.
Keçmişdəki xətalarımız çoxdur, əfv
qıl,
Sövq eylə kirdara, ədəbə, Yarəb!
ərkana.
Vəslin şərabına hidayət elə ruh-i
zarımı,
Yox taqəti bu təşnələbin birdə
hicrana.
Düzgün müti-i əmrdir, eşqə
əsirdir,
Bax hüsnə, bax sədaqətə, sən baxma
nöqsana!
Uzan
Yar! başdan sonadək divanım
ərzandır səna,
Səhldir divan, ürək də, can da
qurbandır səna.
Mən ki pişə etmədim şairliyi heç
bir zaman,
Səndən almışdım bunu, həm səndən
ehsandır səna!
Göylərin təkvin sirrin hifz etmək
tabı yox,
Sinəmin sənduquna gəl, gizli
meydandır səna!
Özlüyümdən alma, Yarəb, hər gərəyi
ver mənə,
Varlığım isbatdır varına,
burhandır səna.
Paymal etmə gözəl aşiq vücudun,
heyfdir,
Bu cahan, başdan başa məbhut-ü
heyrandır səna.
Nazını çəkmə dəni yanında çakir
olanın,
At belə övladı kim bir parça
üsyandır səna!
On dil öyrən sən, Əlişir-i Nəvayi
olgilən,
Öz dilin danma, aman! bu iş
nüqsandır səna.
Özlüyündən çıxma, qeyb etmə özün,
öz malın ol,
Özlüyündən çıxdığın gün sonda,
payandır səna!
Düzgünü atma kənara, kimsə atmır
şairin,
Hörmətin hifz eyləmək, bir növ
şükrandır səna.
Arzum
Qəlbimin alamına darülşəfadır
Kərbəla,
Kərbəla toprağıdır hər dərdimə
olmuş dəva.
Atmaram gözdən kənara ellərin
birlik günün,
Bu təriq ilə tapıbdır milli amalım
bəqa.
Mən, dəni çəşmində xaram, sevməz o
insanlığı,
Türkdən zikr-i fəzilət etmiş Al-i
Mustafa.
Qanların tökmüşlər Aşura günü
əcdadımız,
Onların sidq ilə sərşar tarixinə
bax, xuda.
Qeyrətin alma əlindən ellərin
əhfadının,
Yurduna namusuna istəmə üz versin
bəla.
Mən Hüseyn övladıyam, arzum
şəhadətdir bugün,
Kərbəlanın xakı dır çəşmimdə
Düzgün, tutiya.
Atəş-i həsrət
Məni ey can sevərsən gər, canın
tək qəlb-ü canınla,
Rəqibi yandırarsan atəş-i həsrətdə
anınla.
Mənə «Sâhir» sayağı qavzanıb sidq
ilə bir baxsan,
Tikərsən gözlərini qəlbimə qaş-ü
kəmanınla.
Sütün qurbanı ollam ay ana!
fəryaddan durma,
Gətirdin qeyrətə övladını dad-ü
fəğanınla.
Əlin ağrımasın, ağzın dilin
dildar, var olsun,
Həyat verdin elə, yüksək həmasi
dastanınla.
Sənə göylər dağılsa, yer yarılsa
heç zaval yoxdur,
Yaşarsan ellər içrə bu kəlam-i
cavdanınla.
Bu ölmüş kəlmələr qalxır ayağa
dirçəlir Düzgün,
Gəlib e′caz edirsən Türk dilində
öz bəyanınla.
Azərbaycana
Ey səba! söylə mənim halımı ol can
alana,
De ki sənsiz daha nə ihtiyacım
birdə cana.
Yet ki hicran qəminə yox daha
tabım təvanım,
Əğyarın şişəkisi canımı gətdi
amana.
Zülm həddindən aşıb, mehr-ü
məhəbbət kəsilib,
Həsrətəm bircə nəvaziş eləyən
mehribana.
Düşmüşəm xəsm-i dəni həsrinə illər
uzunu,
Xəstəyəm, ehtiyacım var bacarıqlı
baxana.
Qoyma artıq saralım, qorx solaram
axirdə,
Sən də həsrət qalasan mən kimi
şirin zəbana!
Daha bundan buyana yoxdu qəmi
Düzgünümün,
Canını qurban edib yurdu
Azərbaycana.
Sâhir sayağı
Dustum! qiymətini saxla, bəhanı
hifz et,
Sənə tapşırdığım əsrar-i nəhanı
hifz et.
Aşiqin qəlbinə gər bassan ayaq, öz
qəlbin,
Qeyrdən xali elə, sidq-ü səfanı
hifz et.
Feyzyab ol babalardan gecə-gündüz,
düzgün,
Səndə Sâhir sayağı lütf-ü bəyanı
hifz et.
Elm
Təndə can olduqca, öyrən, elmlə et
eftixar,
Elmdəndir izzət-ü şə′n-ü şukuh-ü
etibar.
Yüksələr millət cahanda mə′rifətlə
elmlə,
Cəhldən övlad-i insan xarlığa
olmuş düçar.
Sayəsində elmin əlbəttə olursan
sərbülənd,
Elmsiz insan olur hər əncüməndə
şərmsar,
Elmdən rəhmət gəlir, rahat gəlir
insanlığa,
Cəhldən ayiddir insana bəlayi
bişümar.
Cahilin salusi var, zülmət kimi
püriztirab,
Alimin xidmətləri aydın səhər tək
aşikar.
Elmə xidmət göstərən alnı açıq,
Düzgün olur,
Cəhl bir qış mislidirsə, elmdir
bir nöbəhar.
Yar
Sənə yarlıq eləyir yarın yar,
Çəkir öz duşünə öz barın yar.
Sənin illərcə dalınca qaçdı,
Aşiq xəstədil-i zarın, yar!
Qəlbimə dəymə yarası sızlar,
Tarın ağlatma narın-narın, yar!
Səni bir seyl bilərdim daşğın,
Mən döşündə uca dağların, yar.
Naz-i qəmzə eləyirsən qeyrə,
Yoxmu pis işdə sənin arın yar?
Heyfdir Düzgünü salma ayağa,
Sənə yarlıq eləyir yarın, yar!
Vaxtı
Bir-birizdən yarlar bugün himayət
vaxtıdır,
Birləşin, xəsmin beli sınmaqda,
vəhdət vaxtıdır.
Qorxmayın, öz haqqızı almaqda
cür′ət göstərin,
İndi ehqaq huquq vaxtı, cəsarət
vaxtıdır.
Girməyin öz xanəzə, üzlət
nişinlikdən nə sud?
Bir gəlin, milli məhafil ilə
bey′ət vaxtıdır.
Qırdı zülmət iplərin, dan yeri
sökdü sinəsin,
Lacəvərdi bir səhərlə, yar, vəslət
vaxtıdır.
Axmaq olma, cəddinin yüksək
məqamın hifz elə,
Keçdi zilllət ruzgarı indi şövkət
vaxtıdır.
Gər otursan künci evdə, kimsə süt
verməz sənə,
Varlıq isbati üçün, Düzgün!
şəhamət vaxtıdır.
Xəta
Xətadan gəlmiş əcdadım, sözümdə
bir xəta yoxdur,
Ulusum iftixar eylər ki zatımda
riya yoxdur.
Gəl ey saqi! mənimlə əyləş-ü
əylən, mənimlə ol,
Bizim məsləkdə dostluqda sədaqət
var, cəfa yoxdur.
Saqın yarım, özün göstərmə hər bir
nakəsə, örtün!
İnanki dun rəqibdə abrı yoxdur,
həya yoxdur.
Əlindən hər gələn pisliklərə imkan
gəzir düşmən,
Geniş qəlbində həmşəhri, nədən
xəsmə cəza yoxdur?
Eşit Düzgün, sənə Təbrizdən bir
xoş xəbər gəlmiş,
Ki hicran dərdinə Sâhir kəlami tək
dəva yoxdur.
Düşmən-i dun
Qaşların ta məni pamal cunun
etmişdir,
Könlümün meylini sevdaya füzun
etmişdir.
Mən riyasından həsudun üzümə toz
qonmaz,
Yarın əğyarlığı qəlbimi xun
etmişdir.
Ellərin içrə tapılmaz idi əxlaqi
pozuq,
Bizdə cari beləsin düşmən-i dun
etmişdir.
Oğlum aldanma, mühiylanə səninlə
danışır,
Türkü hər yerdə dəni xar-ü zəbun
etmişdir.
Çoxları söylədi qəlbim yanır
əhvalıza, lik,
Bir göz açmaqla ayıldıq ki oyun
etmişdir.
Bizə bağlanmış idi məkr ilə, salus
ilə o,
Millət övladını qurd ilə qoyun
etmişdir.
Düzgün öz düşməninin xasiyətin
yaxşı bilir,
Qərnlər yurdunu təsxir onun
etmişdir.
Vəfa Saxla
Gəl ey yarım, həsud-i bihəyadan əl
götür, bəsdir!
Özün bir məhfil-i sidq əzizanə
yetir, bəsdir!
Gəl öz toprağının, öz xalqının
damanını dutgil,
Siyasət bazarlar damanını digər
ötür, bəsdir.
Əsir ellər diyarında, əsarətdən
danış oğlum,
Acı bir dastandır bu, şərəflə gəl
bitir, bəsdir.
Səni öz mülk-i pakında, qərib
etmiş həsud-i dun,
Onu bir oğru pişik tək buralardan
itir, bəsdir.
Yetər bu xəsm-i dun pərvər bizi
aldatdı illərcə,
Səfa göstər, vəfa saxla, sədaqət
gəl gətir, bəsdir.
Deyir Düzgün: «qocaldım mən, uzun
yollara baxmaqdan,
Gəl ey yarım həsud-i bihəyadan əl
götür, bəsdir.»
Yerli
Mən-i bimara tərəhhüm elə! ey
sevgili yar!
Qılma öz aşiqinə bunca əziyyət,
azar.
Sürgünəm el-obada yoxdu qərargah
mənə,
Biqəraram düşəli xəstə vü zar-ü
bimar.
Necə mən vəsf eləyim halımı ta sən
duyasan,
Gen bu dünya mənə əl´anə olubdur
daha tar.
Yersiz ə′yan-i əcəm çatdı dalıma
köçümü,
Dedi: «dur getməlisən yerli, canın
qaç qurtar!»
Atımın alnına gün doğmayacaqdır
burada,
Nə günah sahibiyəm? siz söyləyin
ey dostlar?
Dözümün qalmasada, odlama Düzgün
canını,
Ağlama, başlama əfğanə, amandır,
zinhar!
E′caz-dəm
Mən bağladığım əhddə sabit qədəməm
yar,
Zülmət gecələr içrə işıq
sübhdəməm, yar.
Türk ellərinin milli qrupları
qurulmuş,
Bu məhfil-i irfan dahamıdan da
kəməm yar.
Aq olmuş ədəbsiz Əcəm ərbab
kəmalə,
Bu qovma bilirsən ki
vəli ənnəeməm yar.
Vəhdət yaranıbdır, tanıyıb ellər
özünü,
Aşüftəliyim görmə, dərunimdə cəməm
yar.
Tərk eyləmə gəl yanımı, yannam
yana düşsəm,
Sən olmasan hər gah yanımda,
ədəməm yar.
Ölmüş sözə can bəxş eləyir türkü
lisani,
Düzgün denə kim türkəm o
e′caz-dəməm yar.
Qəmmazlıq
Özünə şair adı qoymuş o, şahbazlıq
edir,
Mən tək ayna qırana aynə-pərdazlıq
edir.
Sanki boş bir evin içrə salaraq
hay-bıdırıq,
Meydanı xali görür, öz özünə
qazlıq edir.
Yayda tavus sifət göz tikərək öz
pərinə,
Bizi saymır özünün qışlığını
yazlıq edir.
Şurəzar içrə tikanları yığır
daməninə,
Bağbanlar sayağı yə´ni ki
gül-bazlıq edir.
Yollara baxmadan atlayalı damdan
dama o,
Demək istir hələ cahildi
nişan-bazlıq edir.
Vermə yol ev içinə sən bu həsudi,
Düzgün!
Çünkü dostların arasında o
qəmmazlıq edir.
Azadə
Füzuli zahidin alçaqlığından dadə
gəlmişdir,
«O bir əhl-i riyadır» söyləmiş
fəryadə gəlmişdir.
Xəlayiq aldanıb zöhdə, riyakara
minik vermiş,
Babam əl qavzamışdır göylərə
imdada gəlmişdir.
Yeyin gəl saqiya, qurban-i payın,
qaç, şitab eylə,
Ki gizlin eyş-ü nuş etmək, rəzil
zühhadə gəlmişdir.
Bir əldə təsbih səd danə, diygər
əldə səccadə,
Ürəkdən kin-ü nifrət ru-bə-ru hər
zadə gəlmişdir.
İnan sidq o səfadan bir əsər yox
nəhs ruhunda,
Onun hər əmr o nəhyi dadə yox,
bidadə gəlmişdir.
Fəday-i payi ollam mən, səfa əhli,
riyasızca,
Bir əldə canını dutmuş, bir əldə
badə gəlmişdir.
Gəl ey Düzgün! baban tək, dadə
gəl, fəryadə gəl, durma!
O beş günlük bu dünya mülkünə
azadə gəlmişdir.
Aldanma
Millətə təhmil olan günlər, acı
əyyamdır,
Bamdadı Ariyamehrin qaranlıq
şamdır.
Ey müsəlman! gəl gözün aç, türkü
təhqir eyləmə,
Kim mədar-i iftixar-i millət-i
islamdır.
Səfsətə pərdazlar təlqini əks
etmiş sənə,
Türk nami bu cəhanda bir müqəddəs
namdır.
Girmə müdhiş uçruma, yanmaz sənə
xəsm-i dəni,
Yox sonu bu caddənin qorxunc-u
biəncamdır.
«Bir sipah-i canfəşan-i zate
mövla, Türkdür»,
Bu, rəsul-i əkrəm-i islamdan
peyqamdır.
Qeyrətə gəl Düzgünüm, aldanma
var-ü dövlətə,
Qalası mülk-i cəhanda ar, namus,
namdır.
İltica
İlaha tapmaram madam kim sən tək
sənəm vardır,
Bu dünya üzrə əltafın mənim çün
dəm-bə-dəm vardır.
Eşiyə çıx qəd şimşadını seyran
edim birdəm,
Sənin tək yarı olanın dərununda nə
qəm vardır.
Ürəyimdə cərahət var, dilimdə
atəşin sözlər,
Əlimdə odlu məş′əl var, duşimdə
elm vardır.
Sən Azərbaycanın binəzir ahuvəş
insanı,
Vücudunda dəmadəm dövr edən bir
piç-ü xəm vardır.
Utanma, fəxr elə oğlum, şərəflimiş
bizim mazi,
Mənim Qurqud Ata təkin müqqədəs
bir dədəm vardır.
Ana yurduna dön Düzgün, ona gəl
iltica eylə,
Cahana söylə: «qudsi bir
pənahgahım, nənəm vardır».
İqrar
Aç qulaqlarını, dinlə məni yar,
Eşqimə bir daha eylə iqrar.
Ulu əcdadımızın mirasıdır:
Bu dəni tapdalayan topraqlar.
Hər bəlaya sinəni gərdin sən,
Mülkə verdin yeni bir istiqrar.
Qaraqış qoyma basa yurd-yuvanı,
Hər kəsin yurduna dönmüşdü bahar.
Düzgünün varlığına imkan ol,
Eşqinə bir daha eylə iqrar.
Şah kəlam
Ellərin eşq hədisi kimi dastan
yoxdur,
Mənə Təbriz təki nə kə´bə nə
Kən′an yoxdur.
Ürəyim bir tikədir ləhcə nə, xoş
sözlərinə,
Ləblərin qəndi kimi dərdimə dərman
yoxdur.
Bu ağır ellərimin başın ucaldan
sənsən,
Başqa yerlərdə gülüm sən kimi
insan yoxdur.
Qəlbimi kimsə alanmaz, ona sahib
olamaz,
Ağlımı sehrləyən sən kimi canan
yoxdur.
Yada öz yurdu əziz isə, bizim
ellərə də,
Azərbaycan misalı rovzey-i rizvan
yoxdur.
Əhsən ustadına kim Düzgünü şair
qıldı,
Şah kəlamında vücudun kimi nöqsan
yoxdur.
Cavan
Oyandıq, gec oyandıq yar getmiş,
karvan geçmiş,
Zamanın məhmili əldə, o yandan
sarban geçmiş.
Bu əlli ildə türkü dildə
milyonlarca insanlar,
Həyata danışan gəlmiş, həyatdan
bizəban geçmiş.
Xəbərdar olmadı sımrıq özü ruin
libasımdan,
Dəni xəsmin zəhərli tiği könlümə
nəhan geçmiş.
Deyər Düzgün cavanam mən, yorulmaq
bilmirəm asla,
Heyif doğru danışmır, day günü
geçmiş, zaman geçmiş.
Gül
Gəlin yarlar dolun yurda, səfalı
yarımız gəlmiş,
Bizi qurtarmağa iqdam edən
dildarımız gəlmiş.
Siyasət aləminin dəf′ələr
girdabına düşmüş,
Əziz namuslu, izzətli, mətin
həmkarımız gəlmiş.
Durun qəflət yuxusundan, günəş
saçmış şü′aların,
Gecələr yatmayan bir rəhbər-i
bidarımız gəlmiş.
İri addım atın, qalxın, həyatı
titrədin bir kəz,
Şərab-i nabdan keflənməmiş
hüşyarımız gəlmiş.
Fədakarlıq zəmanıdır, savaş
çağıdır, ey dilbər!
Nəsimi tək ayağilə gedən
bərdarımız gəlmiş.
Dayan Düzgün Yaşar gəlsin, Səhənd,
Eldar yüksəlsin,
Sevin dünyaya bir gül tək gözəl
Səttarımız gəlmiş.
Dağ yaran
Nədən bəs vermədin bir hay mənim
fəryadıma qardaş?
Ağır günlərdə çatmadın niyə
imdadıma qardaş?
Dənilə əhd-ü peyman bağladın,
namusunu satdın,
Nə qoydun yadigar qalsın yazıq
əhfadına qardaş? Yaraqlan, min ata meydanı xali qoyma,
düşmən var,
Üzərliklər sipərəm mən qədd
şimşadına, qardaş!
Gözün tikmə dəni əğyar əlinə, dön
qayıt gəlgil,
Şərəflə ömr sürmüş bax ulu
əcdadına qardaş.
Əlin çək Xosrovun daman-i tər
aludəsindən, sən.
Yaxın gəl dağ yaran, qeyrət çəkən
Fərhadına qardaş.
Güzərgah-i səfərdir ömr Düzgün,
seçmə əyri yol,
Acı günləri – aldanma! – gətir bir
yadına qardaş.
Darlıq
Quvvət-i iman verir hərdəm bizə
bidarlıq,
Yar ayıl gəl sən də qıl yaran ilə
qəmxarlıq.
Sovləti zülmi əcəmlə, tə′neyi
xəsmi dəni,
Məndə iycad eyləmişdir zatına
bizarlıq.
Bizdə qudrət var ikən, yar idi
çakərvəş, vəli,
İndi eylir bu həyasız, yar ilə
əğyarlıq.
Kimsənin varlığını, tarixini biz
danmadıq,
Bəs nədəndir qovmuma Yarəbb! belə
qəddarlıq?
Gəlməyirlər özlərinə Təbrizin
aydınları,
Çox çəkəcəkmi cavanlar içrə bu
bimarlıq?
Başqa dünya varsa Düzgün, köç
qutar, tez var, get!
Sâhirin varlığına etdi bu dünya
darlıq.
Aşinasız
Biz sənin çəşmində dildarım
bəhasız olmuşuq,
Evmizi sən tərk edəndən aşinasız
olmuşuq.
Bu riyakaranla həm söhbət olandan,
ey sənəm!
Sidq tərk etmiş bizi, billəh
səfasız olmuşuq.
Qeyrət-i milliyəti danmış,
əcəmləşmiş kimi,
Vəh nə namussuz, həmiyyətsiz,
həyasız olmuşuq.
Hər kəs öz milli nişanın sancdı öz
dərgahına,
Biz nədən yəzdanı misaqa vəfasız
olmuşuq?
Düşmüşük bir ömr, ardınca dəni
xəsmin, nədən,
Qudsi amalımıza çox e´tinasız
olmuşuq.
Getməmiş Düzgün diyare qurbətə, bu
mülkdə,
Bir qəribin misli, bikəs, aşinasız
olmuşuq.
Zaval
Bəzədi özgəni, məndən nədən almadı
soraq?
Yar evindən qopalı, getdi qıraq,
düşdü uzaq.
Özünə dön gözəlim xəsm-i dəni
hiylə edir,
Hava çisginli dumandır, əsəcək
sərt sazaq.
Üç min illik ədəbiyyatı necə
danmaq olur,
Əcəmin şerr-verinə əzizim vermə
qulaq.
Yaz boyun qurbanıyam, düşməsin
əldən qələmin,
Su kəsilməz gözədən dəştdə
qaynarsa bulaq.
Göy yerə yenməz isə, Türk elinə
yoxdur zaval,
Ha uzaq olsa da el, Düzgün aman
getmə qıraq.
Fərman
Əcəm ovbaşda biz namus o vicdan
gəzirik,
Bax xətaya ki bu bidində iman
gəzirik.
Bir bölük dövrəsizə dövrə və
dövran verdik,
Özümüz əlləri boş qalmağa dövran
gəzirik.
Qatı könüllü şahın bağrına tuş
gəlmiş elim,
Daş dələn, bağrı yaran sümbə və
sovhan gəzirik.
Hizblər dərdimizə dərman edənmir,
bilirik,
Bir səməndər sayağı ellərə qurban
gəzirik.
Külün altında yatan köz kimi
olmuşdur elim,
Dünyanı yıxmağa, nur saçmağa
fərman gəzirik.
Yoxları var elədik, tərsə işə bax
Düzgün,
İndi varlığımız isbatına burhan
gəzirik.
Bey′ət
Biz binadan bu ağır ellərlə bey′ət
etmişik,
Harda bir məzlüm var, ondan
himayət etmişik.
Bağrımıza basmışıq yurdun müəttər
xakını,
Sadiqanə saf bir eşq ilə vəslət
etmişik.
Qorxmuruq zalimlərin şəmşir-ü
tankından, inan!
Haqqını məzlümların almağa cür′ət
etmişik.
Nəğməmizi təbli xəsmin boğmağa
qadir deyil,
Dünyada səslənməyə qalxıb cəsarət
etmişik.
Cəddimin damanı böhtanlardan
aridir, bilin!
Milli haxlardan əsirlər biz
himayət etmişik.
Aldadan xəsmin önündə hər zaman
Düzgün deyir:
Biz binadan bu ağır ellərlə bey′ət
etmişik.
Mübtəla
Özgədən yox, yar biz bir aşınadan
küsmüşük,
Zülm edən bir nazənin bir
bivəfadan küsmüşük.
Mübtəlay-i dərd-i bidərman olubdur
könlümüz,
Dərd ilə yar olalı digər dəvadan
küsmüşük.
Biz mükafata cəzaya canla alqış
söylürüz,
Küsmüşük ehsandan dilbər, ətadan
küsmüşük.
Mis ikən yapdın təla, iksir-i
eşqinlə bizi,
Böylə bir iksirdən bir kimyadan
küsmüşük.
Raz-i napeydamızı peydayi aləmlər
qılan,
Yara yox, əğyara olmuş mübtəladan
küsmüşül.
Millət
Ey vətəndaş! Yurdunu qurtarmağa
himmət gərək,
Sancağın topraqdan qaldırmağa
qeyrət gərək.
Kimsə qaytarmaz sənə həm yerli
billah haqqını,
Söyləmək çün məntiqi məntiqsizə,
qüdrət gərək.
Dost olmaz düşmənin sənlə, ayıl
bir xabdan,
Dosta şəfəqət lazım isə, düşmənə
nifrət gərək.
Çün əsir etdin özün, ondan
kiçildin bir belə,
İndi hürr bir əsrdir, azadəyə
izzət gərək.
Sən əsarət zəncirin qırmaq
dilərsən paydan,
Amma bilmirsən bu işdə qüdsi bir
vəhdət gərək.
Bax ağardırsan qaban tək dişlərin
bu sözlərə,
Bilməyirsən şairə izzət gərək,
hörmət gərək.
Yorma Düzgün ağzını, sənlə bahar
açmaz çiçək,
Milləti, mülkü idarə etməyə millət
gərək.
Dayaq
Mənə gözəl güzəran ol, mənə əziz,
fərağ ol,
Qaranlıq evdə işıqlı sitarə, nurlu
çırağ ol.
Yolun azan gəmimizdir, sınıbdı
sükkanı,
Təlatum içrə bizə yol verən uzaqda
mayaq ol.
Köç etdi Sâhir-i Düzgün cəhan-i
fanidən,
Sən indi harda qalıbsan yetiş bu
cəm´ə, dayaq ol.
Xəndə
Bir gülmədin niyə məni bimar ilə
gözəl?
Bu ardır sənə küsəsən yar ilə,
gözəl!
Dün baxmadın mənə, niyə üz yanə
döndərib,
Getdin kənara bir bölük əğyar ilə
gözəl?
Ovbaş qədrini nə bilir? bənzəmə
ona,
Dürrün bahası bəlli xərdarilə
gözəl.
Peyman edib dəni ilə, hörmətdən
atladın,
Gəl indi yanıma yeni iqrarilə
gözəl.
Yaran-ı naz-pərvərivin tərkin
eylədin,
Atdın sədaqət əhlini azarilə
gözəl.
Rəhm eylə Düzgünə ki qərib
diyardır,
Ruhun dirilt, ləhzəcə didarilə
gözəl.
Mehman
Sən pəriru, mah-peykər, Türk-i
xubansan, gözəl,
Bir firiştə batin-ü zahirdə
insansan, gözəl!
Ayrı bilməm mən vücudun, öz
vücudumdan gülüm,
Cismimə ruh-ü rəvansan, canıma
cansan gözəl.
Ay kimi, Kə′bə misalı nurladırsan
xanəmi,
Gözlərimdə Yusuf-u könlümdə
Kən′ansan gözəl.
Süt axır bal tək ləbindən, ağzın
açcaq söhbətə,
Təhtehəl ənharlı bir
bağ-ı rizvansan gözəl.
Mən cəhanın gərdişindən mat-u
məbhutam ki sən,
Bu əcəm pərgarına nolmuş ki
heyransan gözəl?
Xəsminə təslim olma, kəsməsən də,
bas onu,
Qeyrəti dildə gəzən Türk-i
müsəlmansan gözəl.
Qeyrətin qoysan qırağa, xanəmiz
viyran olar,
Xanənin dörd güşəsində ulu
ərkansan gözəl.
Mərd-ü mərdanə dolan, namərdlərə
meydan oxu,
Nakişilik səhfəsinə, xətti
bütlansan gözəl.
Zülmə baş əymə, əsir-i zalim etmə
xəlqini,
Sən Nəsimi mislisən, bir parça
üsyansan gözəl.
Yurdumun dörd guşəsindən xalq göz
tikmiş sənə,
Ellərin tarixinə bir qudsi
ünvansan, gözəl.
Sevməli min bir səciyyə səndə var,
yox kimsədə,
Daşlar içrə dürrsən, lə′l-i
bədəxşansan, gözəl.
Ehtiramın saxla sahibxanənin
Düzgün kimi,
Dörd-beş günlük cahanda sən də
mehmansan gözəl.
Kitab
Sinəm içrə lərzədar-i iztirab oldu
könül,
Sən cəhalət içrə çalxandın, xərab
oldu könül,
Ehtiramı var idi ərbab-i elmin
mülkdə,
Dal çevirdin elmə fənnə, qüssəyab
oldu könül!
Mənsi olmuş keçmişin, Farabi o
Sinan hanı,
Halına baxdıqca yeksər, dər əzab
oldu könül.
İnqiraz əsbabi olma, ağla gəl, ey
naxələf!
Dəhr içində mövrid-i tə′n itab
oldu könül.
Türkü təhqir eyləmə, namus-i
islamdır, axı!
Bu içi boş kəllənə baxdıqca, ab
oldu könül.
Qüvveyi məfkürəsi ibtal edildi
millətin,
Düzgünün dərd-ü qəminə bir kitab
oldu könül.
Huşyar
Yar hicrində, gözüm ağla gilən
xunbar ol,
Yeri var, düş döşəyə, xəstə yıxıl,
bimar ol.
Düşməni yansılayan namusun əldən
verəcək,
Heç fəzilət yoxudur o dəninin,
bidar ol.
Qəsdi silməkdi sənin ismini
tarixlərdən,
Hər kəs aldandısa da, sən ayıq ol,
huşyar ol.
Sənə miras qalan sidqi kənara
atma,
Dost ilə dostluq elə, düşməndən
bizar ol.
Get səfər eylə, könüllər diyarın
fəth edəsən,
Qəlblər xanəsinə sahib ol, dəyyar
ol.
Bil ki bir yerdə otursan, başına
börk keçər,
Təcrübə əxz elə, get dünyanı gəz,
səyyar ol.
Dün gecə dinləmədin mi dedi Düzgün
yarına,
Gözəlim qeyr ilə əğyar, mən ilə
yar ol?
Düzəl
Yadlara əncümən açdın, oxudun
şe′r-ü ğəzəl,
Dilinə qurban olum mən, nə
şirindir, nə gözəl.
Türksən, qeyrətə gəl, bir belə
xiffət çəkmə,
Səni qeyrətli yaratmışdı böyük
xaliq, əzəl.
Özünə gəl gözəlim, yoxdu haray
qeyrdə, bil!
Bax ki Düzgündü deyir: getmə
qıraq, bircə düzəl!
Sırqa
İşlər əncamə çatar sə′ylə,
himmətlə, oğul!
Mə′rifət kəsb elə, dərsin oxu
diqqətlə, oğul.
Könlümün parçası, bir nazlı cigər
güşəmsən,
Qəlbimin xanəsi dolmuşdu
cərahətlə, oğul!
Sən ədəbsiz əcəmin hiyləsinə
aldanma,
Babanın durdu üzündə o, cəsarətlə,
oğul.
Paymal eyləmə heç kimsənin haqqın,
asla,
Haqqını almağa fəryad elə
cür´ətlə, oğul.
Qaçma düşmən qabağından, bu ki
namərd işidir,
Üz-üzə dur, sözünü söylə
şəhamətlə, oğul.
Kimsə öz tarixini, öz dilini
çeynətmir,
Baba mirasına gəl baxma həqarətlə,
oğul.
İnsanın ölməyi yeydir yaşmağından,
əgər,
Yaşamaz isə, qurur ilə şərafətlə,
oğul.
Düzgünün şe′rini sırqa elə güşində
balam,
El içində hərəkət eylə dəyanətlə,
oğul!
Ey Vah
Etdin aləmdə məni son günü rüsvay
könül!
Bəski çəkdin qəm əlindən aman, ey
vay, könül!
Düşdün eşqə, yanıban, ağlayıban,
sızlayıban,
Məni dərd əhlinə etdin dəxi həmtay
könül!
Pozğun oldu halımız, soldu bütün
varlığımız,
Qılmadı dərdimizə dərman o zibay
könül.
Zülm tutğu edərək, çulqadı
yan-yörəmizi,
Çıxmadı bir yana candan qoparan
hay könül.
Yar salıbdır nəzərindən bizi,
əğyarla gəzir,
Halımızdan əbəda olmadı cuyay
könül.
Dözümü yoxdu daha bir belə hicran
qəminə,
Gəl dağıl, Düzgünü rahət elə, ey
vay könül!
Əfğan
Başlama bir belə can yandıran
əfğanə könül,
Ümidim var yetəsən sevgili cananə
könül.
Dözümün olsa yetər vəsl günü, gəm
etmə,
Yenə bülbül gələcək güllü
gülüstanə könül.
Salıban dad fəğan, sirrimi açma
cahana,
Məni rüsvay eləmə, ey dəli divanə
könül!
Nə xəbərdir, görülür eşqdə çox
fırtınalar,
Qorxma kim son verilər qorxulu
tufanə könül.
Son zaman ram olacaq yar, sənə
doğru gələcək,
Coşuban dönmə belə dalğalı ümmamə
könül.
Gərək aşiq sevə cananı deyirdi
Düzgün,
Cananın sağlığı ötrü qıya min canə
könül.
Ğəzəl
Yar istərəm saçın kimi dərhəm ola
könül,
Qıvrıla çiyinin üstünə, por xəm
ola könül.
Görsə bahar ruyunu, ey qonçavəş
gözəl!
Şayəd qəmin ata, yenə xürrəm ola
könül.
Şux-i fereştexu qədəmində əsirdir,
Ümid var böylə, ki adəm ola könül.
Əğyar içində, qurbət elində
qalınca sən,
Bəslə ümid kim sənə həmdəm ola
könül.
Axir nə vaxda tək yazacaq Düzgünüm
ğəzəl,
Ta bir gecə onunla da bahəm ola
könül.
Divan
Ey günəş üzlü! Bilirsən sənə
vardır nəzərim,
Rəhm qıl, səndən uzaq seyl tökür
çəşm-i tərim.
Busə ver al yanağından mənə, ey
qəlbi qara!
Ləxtə bir qanə dönübdür bu pərişan
cigərim.
Gəzmə əğyar ilə, tərk eyləmə yanın
yarın,
Sənə vallahi toxunmaz mənim əsla
zərərim.
Türk tarixinə malik vətənin
şairiyəm,
Ellərimdən suvayı yox zəmən-i
mötəbərim.
Sâhir eşqilədi mən türkücə divan
yazıram,
Ölmərəm, Düzgün! inan, var belə
bir şah əsərim.
Vətənsiz
Bir vətənsiz misalı xak-i vətəndə
mən idim,
Bülbül qəmzədədə tək güllü çəməndə
mən idim.
Kimsəni tanımayan doğma diyarımda
gözəl.
Bir
qəribol qorəba misli
gəzəndə mən idim.
Ruhu təsxir eləyən dərdləri yüksək
quş tək,
Yüksələn naləsi hər cismdə təndə
mən idim.
Bərk düşdüm ayağa, Sâhir ayaqdan
düşəli,
Yoxsa bir bülbül-i qüdsivəş ədəndə
mən idim.
Dəni ə′yanı əli ilə ağır ellərimə,
Qeyrəti cüşə gələn, zülmü görəndə
mən idim.
Zülm-karların əzizim qabağında
hərdəm,
Olmayan hiç zaman tanrıya bəndə
mən idim.
Yar oyan bir qulaq as, gör ki
deyir Düzgün-ü zar:
Bir vətənsiz misalı xak-i vətəndə
mən idim...
Varlıq
Yar həram olsun mənə varlıq,
səninlə olmasam,
Eşqivin eksirilə başdan ayağa
dolmasam,
Cismimi canım bahasına əlimdən
verməsəm,
Düşməsəm zaru, xəzan yapraqları
tək solmasam.
Hörmətin saxlamaz isəm, əkdiyin
danələrin,
Baxçasından könlümün hərzə alağı
yolmasam.
Hər gecə gündüz dilində Düzgünün
bu şe′r var:
Yar həram olsun mənə varlıq,
səninlə olmasam.
Naxələf
Gəzdim diyar-diyar, nədən yarı
görmədim?
Mülkündə cəddimin nə də dəyyarı
görmədim!
Əş′arı ciblərində gəzən söz
xudaların,
Gördüm də, öz evində xəridarı
görmədim!
Zindən-i xəsm-i pəstdə Yarəbb! nə
sirr var,
Azadlıq diləkli giriftarı
görmədim!
Yarındı, tə′nəzən, bəli bu
tə′nədir sənə,
Xanəndə yoxsa tə′neye əğyarı
görmədim.
Könlüm quşu əsiri qəfəs qaldı
danəsiz,
Bir ab-o-danə verməyə dildarı
görmədim.
Düzgün oturdu Sâhir əzasında,
ağladı,
Ovlade naxələf içində əzadarı
görmədim.
Əmin
Nədən aydın səhərə yox yəqinin həm
yerlim?
Hadradır gudrət-i iman-u dinin həm
yerlim?
Atma, əymə dilini, qiymətinə agah
ol,
O sənin qaş-daşın, nazəninin həm
yerlim!
Dandı inkar elədi var-yoxumu
bilmərrə,
Xəsmə az eyləmə könlündə kinin həm
yerlim!
Tərbiyət eylə, qazandır özünə
övladın,
Bizə qalsa, qalacaq bil ki həmin,
həm yerlim!
Düzgünə söylə nəyin var, çəkilmə
kənara,
Başqasın sirrivə sən bilmə əmin
həm yerlim!
Yurd
ğəzəlləri- s.34
Süxən
pərdaz
Mən könüldən sadiqanə yarə mayil
olmuşam.
Ol baxımdan böylə zar-ü böylə
bidel olmuşam.
Gəl kənarımda otur, qarşı dayanma
aşiqə,
Eşq bəhsində dediyin sözə qayil
olmuşam.
Özlüyümdən çıxdığımda el də atdı
qeydimi,
Bax özümdən nəqədər dünyada qafil
olmuşam?
Hiç kəs xar etmədi dəhr-i dənidə
öz elin,
Bir mənəm vəsl olmuşam nadana,
zayil olmuşam!
Dürlü iksir-i məhəbbət var
cismimdə, gülüm,
Dərd ilə topraqda nədir birlə
hasil olmuşam.
Ellərim eşqin ürəkdə aldığımdan
dır, inan,
Mülkdə Düzgün, süxən-pərdazi qabil
olmuşam.
Yurd
ğəzəlləri- s.34
Sübhi
çərşənbə
Mən əzəldən elimə xidməti peyman
etdim,
Vətən heysiyyətini könlümə ünvan
etdim.
«Ana can!» naləsi çəkdim, yad
əlindən qaçdım,
Özümü sidq ilə damanına qurban
etdim.
Yerişin yansılayan kibr dolu
Nəmrudun,
Qabağında özümü Musiy-i Umran
etdim.
Könlünün süfrəsini özgiyə açma
yarım,
Mən ki hər kimsədən əsrarını
kitman etdim.
Sâhirin köç xəbərin dildə
dolandırdım aman,
Sübh-i Çərşənmə çağı Düzgünü nalan
etdim.
Ma-ləm-yə´ləm
Toprağa düşdü min illik bu ələm,
Dövri gərdun elimə etdi sitəm.
Düşmə ardınca, sən ey Türk-i
şüca´,
Sevməz insanlığı ə´yane Əcəm!
Əhrimən yurdudu göstərdiyi mülk,
Dərvazasına saqın, basma qədəm!
Zalimi xanə xərab et, durma,
Ürəyim oldu sitəmdən dərhəm.
Şeytanın başına çək tiğ-i do-dəm,
Yanma gəbrə ki dəyildir adəm.
Qalx məzlumu himayət eylə,
Zalimin zəxminə qoyma mərhəm.
Söylədin qudsi kəlamın, Düzgün,
Yazdın asarını
ma-ləm-yə´ləm.
Yurd
ğəzəlləri- s.36
Zəfər
marşı
Sevgilim dadıma yet, qoyma yad
ellərdə qalam,
Məni yad eylə, sabah mən də səni
yada salam.
Saf qəlbin ilə yardım elə,
imdadıma yet,
Ta ki pamal edilən haqqımı
düşməndən alam.
İltica etmərəm əsla Əcəmin
qəl´əsinə,
Kim sənin tək var əzizim başı
tufanlı qalam,
Gün o gün, sahat o sahat ola,
Düzgün, mən də,
Fatihanə vətənim içrə zəfər marşı
çalam.
Eşq
Yarımı versən əgər cənnət-ü hur
istəmərəm,
Günəş üzlüm gələ gər, qeyrdə nur
istəmərəm.
Dağılırsada tüküm çöllərə, durram,
lakin,
Yaşayışı əgər olmazsa qurur
istəmərəm.
Dünyanı dütsa da sel, nakəs
adamdan, ey yar!
Comərtlik ummayaraq, mərdi qəyur
istəmərəm.
Köküm üstə bilisən yad niyə odlar
qalayır?
Çünkü bir an da onu oddan dur
istəmərəm.
Xəlq üçün şe´r yazırsan, hanı
eşqin Düzgün?
Eşqsiz şe´rdə mən hay və şur
istəmərəm.
Yaralı
Üzün xurşidinə çatmağa zərrə tək
şitab etdim,
Sənə varlığımı Billah sipər
qıldım, hicab etdim.
Sədaqət badəsindən içməyin zənn
eylədim, bir dəm,
Dalınca sayə tək sən büdrədin, mən
iztirab etdim.
Məni satdın bu gün əğyar-i gəbrə
altdan-altdan, leyk
Gilayəm kimsədən yox, kim özüm
qəlbim kəbab etdim.
Anama mültəci oldum bugün, qoy
çartlasın bağrın,
Bəli yalnız bir dəf´ə mən ömrümdə
səvab etdim.
Sınadım düşməni, dostu, müsəmməm
bir qərar aldım,
Dəni pərqarının mən hiyləsindən
ictinab etdim.
Bu xəlqin ağrıyan yanmış yaralı
qəlbiyəm Düzgün,
Nəhani yarədir bu, toplayıb
bir-bir kitab etdim.
Təntənəsiz
Gözəl gözünlə oxu ,yar! mən gözəl
yazdım,
Gözəlliyin sifətin hər nə var,
əzəl yazdım.
Yanıqlı qəlbimi dilləndirən əzizi
dilbər,
Sevin ki bir neçə il sonra mən,
ğəzəl yazdım.
Nə yazdım indiyədək qəlbimin
yarasından,
Yanıqlı, təntənəsiz, sadə və gözəl
yazdım.
Həsud-i dun əsəratını bir xətim
yuyacaq,
Nə çünkü Türk sifət, hərnəyi özəl
yazdım.
Bir ömr əyri dolandın, düzəlmədin
Düzgün,
Mən isə hər gecə gündüz sənə:
düzəl! yazdım.
Dilxun
Sevgilim bir qanlı cəşmi dilxunun
vardır sənin,
Ətrlərlə çulqanan piramunun vardır
sənin.
Leyliy-i dövransan ey şux-i sitəm
pişə! bugün,
Mülk-i eşqin çöllərində Məcnunun
vardır sənin.
Gəl məhəbbət nəğməsin yüksəlt
səmaya, ey gözəl!
İncə həlqində səday-i movzunun
vardır sənin.
Möhtəşəm bir padişahsan söyləsəm,
yersiz deyil,
Min ürəyi qan günahsız sürgünün
vardır sənin.
Bir nəzər sal bu əsirin yazdığı
divanlara,
Gör cəhanda nə hesabda Məftunun
vardır sənin.
Fəxrə layiq bir zadı yox iki üzlü
xəsmimin,
Fəxr qıl kim mülk-i qəmdə Düzgünün
vardır sənin.
İnsanlıq
Ayıl oğlum ev içində bu ədəbsiz
mehman,
Dini imani əlindən alacaqdır
ərzan.
Gənclik günlərini bad-i fənaya
verdin,
Bu yazıq millətinə neyləmisən, ey
nadan!
Dəni, insanlığı sevməz, ona layiq
də deyil,
Qarşısında humanist olma, məgər
axmaqsan?
Göz önündə o gəlir fəxr eləyir
Fir´ona,
Gəl bir e´cazını göstər ona,
İbn-ol-Umran!
Onun alçaqlığına gəzmə dəlil
ardınca,
Sənə cok yazmağıdır iştə bir aydın
burhan.
Züləmat içrə qayıt get anavın
daməninə,
Düzgünüm Xizrə dönüb dadmış o abi
heyvan.
Mən ki şair deyiləm, dinlədiyin
qudsi kəlam,
Qəlbimə vahy-i nüzülidi misal-i
Fürqan.
Məlal
Qaranlıq göylərimdə parlayan
sönməz hilalsan, sən,
Cəhanda misli yox dildarsan, sahib
cəmalsan, sən.
Suvarram mən həvəslə rişəni, üzün
arıddaram,
Bağımda tazə açmış ağzı bağlı gül
nəhalsan sən.
Elin dərdindən ayrı istəmə
ovqatını, Düzgün!
Xəmirəm ilə yoğrulmuş içimdə bir
məlalsan sən.
Mehman
Oyan bir xabi qiflətdən, ötübdür
karvan çoxdan,
Hamı bidar olub getdi, mənəm
yalnız sənə heyran.
Unutdun keçmişi, əcdadının da
daşını atdın,
Nədən üz verdi sən tək huşyara
böylə bir nisyan?
Qələm al şə´nini yaz saf ürəkli
ellərin, qardaş!
Bu bir mənzumədir sonsuz, bu
dəstandır qutarmayan.
Dəni xəsmin bizə qarşı yazan
sözləri böhtandır,
Onun ruhunda yoxdur hiç şey, cüz
hiylə vo yalan.
Bu qədri çalxalanma, hörmət ağ
saqqalına göstər,
Elindir xeyr-xahi, dinlə və´zin,
gəl ona inan.
Gözün aç gör nələr yazdı dəni,
dinə, nəvamisə,
Səni də dindirir napak dililə, bax
budur nüqsan!
Bizim ellər içində kimsə oğlum
süst-əhd olmaz,
Adam bir dəf´ə ömründə, əzizim!
Bağlayar peyman.
Ha uzaq olsa yad eylər baba
yurdunu düz ovlad,
Bu daldan o dala minər ürəkdə
olmasa iman.
Təvazö´ məsnədin tərk eyləmə, ey
Xan Çoban oğlu!
Elə qarşı dayanma, bil,
təkəbbürdən doğar Şeytan.
Uşaq tək canını təhzib elə, ruhini
pak eylə,
Güvən fəzl-ü kəmalata ürəyində
qopart tufan.
Cəhandan nəqdini tərk eylə, riya
təsbihini atgil,
Ana damanına dön gəl, quraq bir
məhfili ürfan.
Çağına sahib ol, qaç mə´rifət
ardınca, elm öyrən,
Bizim məsləkdə olmaz alim ilə
cahilan yeksan.
Gil-alud eyləmə ruhun, tikanın
hiyləsindən qaç,
Səni gül bərg-i tər tək xəlq
edibdir xaliq-i sübhan.
Qanın pakdır, özün düzsən, elin
tək xalis el bilməm,
Sənin aldanmağındır sidqinə
aydınca bir burhan.
Dəni xəsmin qulaq ətvarına vermə,
ona baxma,
Fəzilətxanə içrə Türklər
qoymuşdular bünyan.
Ağır nisgilli oğlumsan, zəmirindən
açılmır söz,
Sənin əcdadının sə´nində kimsə
yazmadı dəstan.
Oğul bir rah-i çarən var, özünə
gəl, özün qurtar,
Nökərlik eyləmə əğyar-i pəstə, can
sənə qurban!
Məqamın saxla, hörmət et, Hüseyn
Düzgün müəlim dir,
O kafir olsada, beş gün olacaqdır
sənə mehman.
Ünvan
Sənə yar eşq ola kim ruhumu şadan
qıldın,
Xanəmin ərkanına eşqini bünyan
qıldın.
Mənə insanlığı sevdirdin əzəl
gündən sən,
Ruhuma maideye pakını ehsan
qıldın.
Eşqimi ərş-i müəllayə çəkib
yüksəltdin,
Güşey-i vəhdəti bir məhfil-i irfan
qıldın.
Açıq əllərinə, tox gözlərinə
qurban olum,
Yadların da kəvirin rövzeye rizvan
qıldın.
Birdə gəl külbey-i viranəmi rövşən
eylə,
Bir baxışla dil-i zülmanımı taban
qıldın.
Sâhir ovladını cuşə gətirib
tərpətdin,
Düzgünü tarixinə yurdumun ünvan
qıldın.
Var
olsun
Bir kitab, birdə qələm, birdə ki
dildar olsun,
Dustdan gəlmiş olan hər nə ki var,
var olsun.
Yarı atdın, dənini yar elədin
yarlıq üçün,
Bilmədin qeyr dir o, qeyrətinə ar
olsun.
Gözdə xar eylədi gül tək bu ağır
ellərimi,
Ellərin içrə görüm xəsm-i dəni xar
olsun.
Bizi dəf´ eylədi zehni bu dəninin,
oğlum!
Canişini özü tək dəhrdə biar
olsun.
Qələbə çalmayacaq durmasa ellər
yerdən,
Kaşki bir dəf´ə də Təbrizdə didar
olsun.
Ərəbə gətdi Lorensi, Əcəmə
Pəhləvini,
Türkü salsın ayağa, İngilisə ar
olsun.
Sâhirin bir xələf ovladı sayırlar
səni, bil,
Yaz müqəddəs sözünü, Düzgün əlin
var olsun.
Ad
edin
Yarlar! Gəlin xanəmi bir daha abad
edin,
Dərdə düşən könlümü qüssədən azad
edin.
Qəlbizi xali qılın bir-birizə
kinədən,
Düşməni qəmləndirin, dostları
şadan edin.
Ellərimi bir-birə sovq verin
vəhdətə,
Bu sözü çəkinmədən onlara izhar
edin:
Aq olubdur vəli ne´mətinə dun
Əcəm,
Rəhmə ki layiq deyil, dadinə bidad
edin.
Yıxdı evin hər nəyin adı məhəbbət
idi,
Dostluğu insanlığı dünyada bünyad
edin.
Qol-qola bağlandığızdan sonra
şəmşir alın,
Zülm evini nakəsin yeksərə bər-bad
edin.
Düzgün şe´rin yazıb saldı haray
aləmə,
Əllərə şəmşir alın, siz də gəlin
ad edin.
Çıplaq
Addımlayaraq bir gedim addım
səqrimdən,
Qətran-i həmmimi axıdırsan
ciyərimdən.
Yarım saqın, əncamı fənadır bu
təriqin,
Girmə, həzər et canda ki suz-i
şərrmdən.
Bünyanını dartar, dağıdar seyl-i
sirişkim,
Zülm eyləmə dildar, çəkin çeşm-i
tərimdən.
Düzgün sözü çıplaq demişəm mən bu
kitabda,
Millət ayılır zənn edirəm bu
əsərimdən.
Sədaqət
Könlümü dilləndirir məhzun susğun
ləblərin,
Xanə viran eyləyir can yurdunu
çeşm-i tərin.
Xanmani darma-dağın, yurdu talan
bir elə,
Yar müstəzhər tapılmaz, kimsənə
olmaz qərin.
Yatma bu topraqlarda, müşkül etmə
işləri,
Xarə yalvarmam ayağa qalx
yeksəkdir yerin.
Bağrımı buryan qılıb, biryanə atma
kəndini,
Könlümü dərbənd qılmışdır o fəttan
gözlərin.
Düzgünün düz eşqinə sən də sədaqət
bəsləgil,
Qanla yoğrulmuş ürəkdir, heç zaman
olmaz sərin.
Alqan
Mən həsudun hiyləsilə yarım oldum
sərnigün,
Hayıma hay vermədin, düşdüm belə
zar-ü zəbun.
Aldadıb əbrulərinlə, damına saldın
məni,
Cüt xətin heyranlığımı eylədi
hərdəm füzun.
Ağlımı zayil qılalı verdim əldən
himməti,
Oyuna düşdüm, ayaqdan çəkdi
zəncir-i cunun.
Biz könül səyyada verdik, damə
düşdük danəsiz,
Olmadı dövr-i zəmanda bir şərəfli
rəhnimün.
Damla-damla gözlərimdən alqan axır
dəm-bə-dəm,
Kimsə etməz onu kim etdi mənə bu
xəsm-i dun.
Cəmal
Heyf namərdlərin düşdün oğul
çənginə sən,
Tanımadın iç üzün, baxmadın heç
rənginə sən.
Necə ovlad deyim mən sənə,
namərdcəsinə,
Getmədin öz babavın qatilinin
cənginə sən.
Sevməyirsən qınını, ortada vargəl
edisən,
Tuş gəlibsən bu dəni düşmənivin
rənginə sən.
Qoyma təhqir eləsin xəsm sənin
namusunu,
Nalla öz yumruğunu
kəlləsinə-ənginə sən.
Heç fəzilət yox onunla oturub
durmaqda,
Rast gələcəksən həmişə oların
mənginə sən.
Tərbiyət eylə vücudunda cəmal
zövqlərin,
Düzgünün bir qulaq as şe´rinin
ahənginə sən.
Riyakar
Sənəma! əhl-i riya ilə nə peyman
etdin.
Əcəm-ovbaşı evində niyə mehman
etdin?
Ərş-i ə´ladan enib qəm yükü çatdın
belimə,
Xəsm-i dun-pərvərimin dərdinə
dərman etdin.
Mən-i möhtace məhəbbətdən əl üzdün
getdin,
Alçağın süfrəsinə könlünü ehsan
etdin.
Nəyini əhrimənin yarım bərtər
sandın,
Eyd-i Əzhadə məni payına qurban
etdin?
Qalmadın qeydinə yaran-i vəfa
pərdazın.
Bu genişlikdə cəhanı mənə zindan
etdin.
Düzgünü saldın ayağına riyakar
Əcəmin,
Sənəma! əhl-i riya ilə nə peyman
etdin?
Qucaqlaram
Nəyin əsgikdi dənidən nadan,
Yoxdu Sâhir təki Düzgün insan.
Bu nə qanun-i məhəbbət, bilməm,
Xəsmə ölkəndə verirsən meydan.
Səni eylir o dəni istehza´,
Sən ona yenə deyirsən mehman.
«Əkrem-oz-zəyf»
yazırsan divara,
O geniş qəlbinə şair qurban!
O sənin namusunun düşmənidir,
Onda yox zərrəcə din-ü iman.
Minəcəkdir, yumasan gözlərini,
Yalvaracaqdı, biraz ayılsan.
Gələcəksən nə zaman bəs özünə?
İki gözüm sənə qalmış heyran.
Vuracaqlar səni öz yurdunda,
Görürəm mən sabahi, bu yandan.
Sadəlikdən başına börk keçir,
Mənim həm-yerli sözümdə nə yalan!
Mən səni seyl bilərdim daşğın,
Nə xəyal eyləmişəm mən, nə güman!
Dər-bə-dər olmuş elim, ovladım,
Hərə bir güşədə durmuş nalan.
Bax Xiyav ellərinin qızlarıdır,
Əl açırlar Əcəmə, gəl bir utan!
Topla ovladını, vəhdət çağıdır,
Səndəki qeyrətə ollam qurban.
Sən təəsüblə dolu atəşini,
Küllər altında edibsən pünhan.
Son günədək ayıq ol həm-yerli,
Hizblər dərdinə etməz dərman.
Əllərim qanda belə olsa oğul,
Səni qoynumla qucaqlaram inan.
Sınadım, hər yana getdim, gördüm,
Yoxdu Sâhir təki Düzgün insan.
Kitab
Səni bir yar-i vəfadar hesab etdim
mən,
Könlümün dərdini, yar, sənə xitab
etdim mən.
Eşqinin xanəsini dostca abad
qıldım,
Xəsmin ümmidgəhin xanə-xərab etdim
mən.
Düşmən-i pəst, günəhkar sayacaqdır
məni yar,
Səni ondan qorudum, bircə səvab
etdim mən.
Sorsam halın Əcəmin yumruq ilə,
eyb deyil,
Evimə zorla girən xəsmi cəvab
etdim mən.
Pis hərifdir, sözə baxmır, yenə
üzdən getmir,
Bir neçə dəf´ə onu burda mucab
etdim mən.
Paymal eylədiyin şe´rim, ürək
yarəsıdır,
Toplayıb xəlqim üçündür ki kitab
etdim mən.
Aftab
Soruşma kim nə üçün iztirabi var
ürəyin?
Zəmanə içrə qəm-i bi-hesabı var
ürəyin,
Üzümdə kölgə salan şadmərglik
xətti,
Nişanədir ki: əzizim əzabı var
ürəyin!
Bu dağlı sinə, bu bağlı ayaq, quru
bu dodaq,
Pıçıldayır qulağa: iltihabı var
ürəyin!
dağın uca başı tək, saçlarıma qar yağmış,
Içində buz kimi donmuş yəx abı var
ürəyin.
Dayanma zülmət-i qurbət içində, ey
Düzgün!
Geniş sinəndə qayıt, aftabı var
ürəyin.
Sehr nişan
Niyə yar üzdün əlin, çəkdin üzün
aşiqdən,
Gedib əğyar-i dənini özünə yar
elədin.
Necə qıydın vurasan tirini mavi
gözümə,
Bu işıqlı səhəri yar mənə tar
elədin.
Hürmüzi kəsdin ayağına qara
şeytanın,
Eyd-i Əzhadə xudani niyə inkar
elədin.
Mən sənin qeyrilə, həmrazlığını
söyləmirəm,
Sən özün yar ilə əğyarlığa iqrar
elədin.
Düzgün öz sehr nişan lütf-i
kəlamına dəxi,
Göstərib mö´cizəni milləti bidar
elədin.
Dəni
Eldaşım dinlə məni, aç o bəsirət
gözünü,
Bu qədər bəsdir, özün xar
eləyibsən özünü.
Hərə kor kurəsini püflədi
yelləndirdi,
Külləri bir yana vur, atəşə döndər
hözünü.
Həqqini almağa gəl qeyrətə, iqdam
eylə,
Kor deyilsən, görüsən
dinləməyirlər sözünü.
Yandın Afriqalıya, Erməniyə, Rusa,
yazıq!
Amma yad eyləmədin sən niyə bilməm
özünü?
Bizi aldatdı qoca qurd qoyun
pustunda,
Düzgünü yıxdı dəni, sən niyə
yumdun gözünü?
Billah
Bu yarə yar deməm day, yarəmi
bağlatsa da Billah,
Əlindən pay almam, payımı paylatsa
Billah!
Gəl, ey həmşəhri!birdə həmpiyalə
olma nakəslə,
Ki nakəsdən kəs olmaz başı ərşə
çatsa da Billah.
Özümdən saymaram, bir tutmaram mən
özgələr ilə,
Özün özgələrə hərgah yarım qatsa
da Billah.
Təəssübdən əl üzməm, yarə əğyar,
qeyrə yar deməm,
Məni əğyarə qeyrətsizcəsinə satsa
da Billah.
Müsəlman ellərinin ayı batmaz,
ulduzu yatmaz,
Sən agah ol, günəş göydə saralıb
batsa da Billah.
Deyildir xeyr-xahım ol müzəvvir
xəsm-i yüz çehrə,
Daha çalxanmaram içimi o çalxatsa
da Billah.
Yedim daşın nökərlik etməyin
əğyar-i bi-arə,
Daha oynanmaram düşmən məni
oynatsa da Billah.
Elimlə mən əzəldən bağladım
peyman-i sidq ey yar!
Onu mən atmaram hərgah məni o atsa
da Billah.
Oyaq qallam keşiyində, inan day
yatmaram əsla,
Yenə Düzgün gəlib illər boyunca
yatsa da Billah.
Ağır el
Könlünü eşqdən kənar etmə,
Eşqə məşğul olgil, ar etmə.
Ta ki madam böylə şivən var,
Başqa bir şivə ixtiyar etmə.
Elinə-yurduna güvən, fəxr et,
Xəsm-i namərdə e´tibar etmə.
Qovl o fe´lində sadiq ol oğlum,
Özünə əyrilik şüar etmə.
Baba mirasına sayıqlı dolan,
Gününü tirə etmə, tar etmə.
Xəsmə şabaş-ü dəstxoş vermə,
Babanı təhqir etmə, xar etmə.
Düzgünün eşqi var ağır elinə,
Sən də məşğul olgil, ar etmə.
Nəzər
Səndən olmazsa nəzər yar, mənim
xanəmdə,
Həyatın ətri tapılmaz daha
kaşanəmdə.
Tərk edəndən yanımı Sâhir-i
küsgün, Billah,
Yoxdu day lütf-ü səfa güşeye
viranəmdə.
Qurbətə salma mənim sözlərimi,
divanımı,
Düzgünəm, niyyət-i kəc yox dil-i
divanəmdə.
Qorxma
Xəyal əhlilə yarım əyləşib durma
vo hal etmə,
Sənə bir hal verməzlər, məhal əmri
xəyal etmə.
Bizi Türki dilindən mən´ edən
nakəs həsud-i dun,
Deyir yə´ni ki cahil qal, həm
kəsb-i kəmal etmə.
Özün xırdalayan namərd qorxur pak
ruyimdən,
Mənə iyham ilə söylür: dadaş,
ərz-i cəmal etmə!
Saqın kim o mühiylanə tələ
qurmaqdadır dilbər,
Bizə gər «kuçikəm» söylərsə də
doğru xəyal etmə.
Sənə əcdad-i pakından qalan mirasi
hifz eylə,
Amandır, gəl ayaq altına salma,
paymal etmə.
Yaşanmaz xəsm-i yüz çehrə, alanmaz
yurdunu Düzgün,
Elin bidardır, qorxma, belə fikre
məhal etmə.
Utan
Necə hiyləylə bizi verdi o əldən
bu ələ,
Gözəl adlarımızı saldı bu dildən o
dilə.
Çalxalandırdı bizi xəsm-i
dəni-pərvər əli,
Çeynədi millətimiz bir-birini atdı
çölə.
Birliyin pozdu, yıxıldı qocaman
şanlı elim,
Vəhdətə uğramasa durmayacaqdır da
belə.
Utan indi babanın pak təmiz
qanından,
Qeyrətə gəl öz əlinlə özünü salma
ələ.
Gənclik günləri düşmənlə dolandın?
Düzgün!
Neylədin tarixinə? Sən nə edibsən
bu elə?
Bir can
Gəlin dostlar, gəlin min cismdə
bir can olaq indi,
Həsudun qarşısında novgül-i xəndan
olaq indi.
Bayaq biz birliyi pozduq, rəqibi
şadiman etdik,
Əli
Həbl-ol-mətin-ə
atıban, şadan olaq indi.
Nifaq saldı sıramızda, dəni, imani
püsgürtdü,
Durun anlı açıq bir Türk-i ba-iman
olaq indi,
Həyat-i millimiz sədmə görüb
əhzab-i şeytandan,
Gəlin biz baniy-i bir məhfil-i
irfan olaq indi.
Əmir gəldi diyarımda, nizam-i
bi-nizam qurdu,
Təzə qurqu üçün qalxın yeni fərman
olaq indi.
Deyir Düzgün pərişan keçmişin bir
baqi-əs-səyfi,
Gəlin dostlar, gəlin min cismdə
bir can olaq indi.
Sözüm
Xainə verdin iki əlli yaşıl dağ
daşını,
Qanla cari elədin sel tək axan göz
yaşımı.
Yurdunun içrəmi sən düşməninə yol
verdin?
Qanlar içində buraxdınmı əziz
sırdaşını?
Nəyini tərcih edib əcnəbinin
dutdun onu,
Niyə məzlum elədin bəs babanı,
qardaşını?
Ananın hörmətini saxlamayırsan mı,
əcəb,
Evdə mehman eləyirsənmi Əcəm
obaşını?
Bənzədirsən mi özün bir bölük
əğyarə bugün,
Yarı yolda buraxırsan mı əziz
yoldaşını?
Qudsi amala düşün, qalx, ağartma
dişini,
Buğdana arpa deyir, mərci sayırlar
maşını.
Sâhirin oğlu deyirlər mənə,
Düzgündür adım,
Tavlama, dinlə sözüm, dərdə
salaram başını.
Möhtac
Səni həm-yerli dəni özgiyə möhtac
elədi,
Dər-bə-dər saldı bütün ovladını ac
elədi.
Güldü namuslu ağır ellərivin
namusuna,
Yenə gəbri, məcusu başımıza tac
elədi.
Sən də cumdun yuxuya mən o günə
qaldım kim,
Kuruşun nəsli gəlib yurdumu tarac
elədi.
Biz durutduq suyu hər bir işə
verdik saman,
Bu bazardan dəni öz nəf´inə intac
elədi.
Danışanda özünü gözləmədin, sadə
oğul,
Səni vurmağa sənin ləfzini qırbac
elədi.
Aşinayam yanıram halına Düzgün mən
özüm,
Bilirəm, kim səni namərdlərə
möhtac elədi.
Âsar
Saxla həddin dustum, əğyar etmə
yarını,
Dünya beş günlükdü, əldə saxla
həm-əsrarını.
Dustlarınla əzizim! Qət´i didar
eyləmə,
Hər zəman oldu məcalın, tazələ
didarını.
Vermə yol xanəndə ifsad əhlinə,
na-məhrəmə,
Gər həqiqət əhlisən, gəl hifz elə
kirdarını.
Dil yarası vurma heç bir dusta,
diqqətli ol,
Söz danışanda gözətlə öz şirin
göftarını.
Hörmətin hifz et, ağır tərpən,
ağır otur, dur,
Yüngül işlərlə oğul əksiltmə öz
miqdarını.
Yarlar cəm´ində olma kibrli, bil
həddini,
Sən təvazo´ kanısan, alçaq götür
divarını.
Sən həsudun tə´nəsindən dər
əmansan Düzgünüm,
Oxusan yalnız səmimi yarlara
asarını.
Mənzil
Oğluna öyrət özün öz dilini,
Qoyma əğyar apara sevgilini.
Demə ki «mədrədədə ləhcə tapar»,
Bir günə dəyməz eləmə ilini.
Dəvə etdi hərə öz eşşəyini,
Ağla gəl, fincan eləmə filini.
Zurna çalınmaz obaşdan balacan,
Oxuyursan, bəmə salma zilini.
Türk sancağıdı qaldır yerdən,
Uca bir dağ başına sanc milini.
Gəbrin âsarını sil yurdundan,
Duru saxla, saf elə öz lilini.
Qurbət âvarəsi Düzgün, söylə,
Tanımadın niyə öz mənzilini?
Qeyd-i xak
Yâr nârın qan edib âşiqini rəng
etdi,
Qeyr ilə yarlıq edib, yarı ilə
cəng etdi.
Eşq iksiri vücudum misin altın
yapdı,
Kilkimi Mani qılıb, eşqimi Ərjəng
etdi.
Laməkan vüs´ətinə basdı Həbib
Sâhir, ayaq,
Qeyd-i xakə buraxıb Düzgünü
diltəng etdi.
Kəndli
Səlam olsun sənə məndən səfalı
rəncbər kəndli,
Ürəyi saf, sədaqətli, kələkdən
bi-xəbər kəndli.
Təmədünli bu ə´yanlar, nijadi
bərtər insanlar,
Mənim əhvalımı səndən də, etmişlər
bətər kəndli.
Sənə tay sâdəlikdə, qəlbi sâflıqda
tapanmadım,
Hədər etdim şəhərlər içrə ömrüm
sər-bə-sər kəndli.
Xəyalına səfa vermək üçün kəndə
gəlir oğlun,
Könül evin yıxıb virân edib zəngin
şəhər kəndli.
Sən ey azğın, cəhâlət içrə
çulqanmış uca rütbə,
Bunu bil görmədim bir sadə insan
mən, məgər kəndli.
Əgər yüz aldanış altında virân
eylisən yurdun,
Ayıq ol sâdəliklə zülm evin axir
sökər kəndli.
Dilin məmnu´ edibdir xəsm, Düzgün!
Ta ki zənniycə,
Qala dünya boyu elm-ü hünərdən
bi-xəbər kəndli.
Zöhd
Qara toprağın altına əziz bir
yârımız getdi,
Səfalı, ruh-pərvər, pâkdel
dildârımız getdi.
İlâhi! Dərdini əhl-i səfânın
zâhidə vergil,
Ki ol bi-dərd o bi-miqdârdan
miqdârımız getdi.
Riyâkaran-i bi-iman xəlâyiq
sırtına mindi,
Haray ey sidq əhli! Bir
sədâqətkarımız getdi.
Sədâqət məhfilində başda açmış
novgül-i xəndən,
Dəni çeşmində əyləşmiş böyük bir
xarımız getdi.
Sənə Düzgün deyərdim mən riyâli
zöhdə aldanma,
Nə hiylə etdi zâhid, bilməm, ancaq
yârımız getdi.
Tay
Hay oyan! tânı dəni düşməni, hay!
Məni vurdu, sənə hər söz dedi,
vay!
Bu elin ovladısan, düz tərpən,
əməyim eyləmə başdan-başa zay.
Məkrinə, hiyləsinə aldanma-
Əcəmin, o, sənə söylür lay-lay.
Gəzdim hər bir yeri mən İranda,
Tapmadım Sâhir-i Təbrizi-yə tay.
Sayacaqdır fələk öz sayısını,
Sən də öz saydığını say Düzgün,
say!
İnsanlıq
Niyə, həmşəhri gəlib bir tanımadın
çağını,
Yadlara verdin iki əlli bütün daş
dağını.
Açmadın gözlərini bir baxasan
ətrafına,
Görəsən hammı daşır milli şərəf
bayrağını.
Kimsə öz ayranına turş demir
dünyada,
Qaraların ağ edirlər, qara sənin
ağını.
Baxça-baxça daşınır cür-bə-cürə
miyvələrin,
Amma heç sən tanımırsan haradadır
bağını!
Dayan ovladının indi bu qara
günlərinə,
Özgənin lampalarına daşıyıbsan
yağını.
Sənin əcdadına cok yazmış, ayıl,
satma ona,
Sənə mirâs qalan candan əziz
toprağını.
Babanın çiynini əzmiş ələmi atma
yerə,
Hər kəs hər bir təpəyə sancdı qara
sancağını.
Sənə insanlığa xidmət elə söylür
Düzgün,
Amma o heç tanımır nə solunu nə
sağını.
Əsrarını
Nâxələf ovlad bükdü Sâhirin
asarını,
Yar sandı yarına ör yarinin
əğyarını.
Xəsmimin nâ-cür rəftarın görüb,
şərm eylədi,
Cur etdi çərx-i kəc-rəftar öz
rəftarını.
Sən həqiqət əhlisən, namus həqqi
hifz elə,
Yaddan ayrı dut niyazı, saxla öz
kirdarını.
Açma razın, göylərin hifz-i əmanət
tabı yox,
Yada sal yarım əzəl gün verdiyin
iqrarını.
Üz-bə-üz mərdânə, küfr ilə
durublar yarlar,
Sən də möhkəm eylə küfrüstanda
istiqrârını.
Bir sipâhın qudrəri var bir
sözündə şâirin,
Qat mənim güftârıma sən qudsi öz
güftârını.
Yar qəlbimdən kənârə getmə, mehman
olgilən,
Gəl inan kim hifz edər Düzgün
sənin əsrârını.
Səttarımı
Qəlbimi incitdi, dövran aldı əldən
yarımı,
Özümə əğyar qıldı özümün
dildarımı.
Səslən ey dilbər sənin qurbani
ollam sovtunun,
Şahə çək göylərdə səsləndir mənim
əş´arımı.
Bir tükün dünyaya verməm dörd
mə´sum oğlumun,
Mən dəyişməm min əcəmlə bir gözəl
Səttarımı.
Bir yerə toplanmadan çəşmində
xarıq düşmənin,
Çox zaman dərk etmədin Düzgün
mənim didarımı.
Şə´nin
Heykəl-təraş kimi səni yondum
hamarladım,
Hopdum vucuduna, gözünün içrə
parladım.
Şe´rim üçün dedim yaradım bir
gözəl pəri,
Qəlbim dərinliyi onun olsun axın
yeri.
Aydan arı, sudan duru bir işvəli
gözəl,
Öylə gözəl, yazım viqarına yeni
ğəzəl.
Sən e´tinasız ol, mənə heç baxma
ay kimin,
Saymazyana yanaş mənə, şə´nin
budur sənin.
|