|
Qət’ə
Kül qalar
Gəl çıxart dəftərini, şe´rin oxu,
Xət-bə-xət qurban olum sözlərinə.
Necə mən söyləməyim heyranam,
O sədaqətlə dolu gözlərinə?
Ayıq ol düşmənivin hiyləsi var,
Kül qalar divanıvın közlərinə.
Dinləyirlər səni hörmətlə oxu,
Oxu gəlsinlər qoy özlərinə.
Sâhir oğlu sayılırsan, Düzgün!
Qorxma söylə sözünü üzlərinə.
Ustâd olmaq istər isən hörmət et
ustâdına,
Kişmişə dönməz əzizim, ğurə, əngur
olmadan.
Pâydar olsun nəvâmis-i uluhiyyət,
deyə,
İçdi câm-i şovkərani, Türk məcbur
olmadan.
Dərdinin zikrin edəndə, sovt-i
əhsənlə danış,
Yoxdur tə´siri sözün hal olmadan
şur olmadan.
El qəbul etməz, inanmaz sidqinə
Düzgün sənin,
Ta Füzuli Qeysi misli ârdən ur
olmadan!
Həbib Sâhir
Bahar dır, seyrə çıx, gülzârə gəl,
yatma qara yerdə,
Bu dağlarda salıblar şaqqaşaq
sellər, Həbib Sâhir.
Aşıq bağrına basmış sâzını səndən
oxur bir şe´r,
Yanıqlı qəlbi üzrə sızlayır
tellər, Həbib Sâhir.
Nə qədri zalimin tanki-tüfəngi
bərqərar olsa,
Sən öyrətdin bizə kim susmasın
dillər, Həbib Sâhir.
Zəmânın çərxi dönsün, ruzigârın
dövri çevrilsin,
Səni yalquz-ü tənha qoydu bu
illər, Həbib Sâhir.
Öpür Düzgün əlindən, yoxdu küfran
ne´mətə bizdə,
Səni yâd eyləyir hər dəm bizim
ellər, Həbib Sâhir.
Ülgü
Arzum bu idi cənnət edim başdan
ayağa,
Hər bir küçəvi, hər bərəvi,
döngəvi Təbriz.
Sən arzu edirdin bəşəriyyət
yaşasın şən,
Mən də diləyirdim sənə şən günləri
Təbriz.
Aldı qurur hissi məni Təbrizli
sözündən,
Gəzdikcə bütün dünyaları, hər yeri
Təbriz.
Hiç kimsədə yox səndə olan
sir-sifət əsla,
İnsanlığa açdım bütün usturəvi
Təbriz.
Ta dünyada qanun yaradan hər kəs
utansın,
Alsın özünün beyninə məfkurəvi
Təbriz.
Səndən hamı hər ölkədə təqlid
eləsinlər,
Gəldim qərara, şahə çəkəm nəğməvi
Təbriz.
Ülgü yaradam hər yeni nəslə ana,
səndən,
Dünyaya yayam paklığıvı səlqəvi
Təbriz.
Qoy qafiyələr hep qələt olsun, nə
işim var,
Şe´rin yetər ancaq mənə.
Eşqi
Böyük
Hər məsləkə, hər firqəyə öz başım
uzaltdım,
Yalnız sənin eşqin səbəb oldu,
bunu bilsən!
Caydımsa da, insana səadət dilədim
mən,
Arzum bu idi yüksələsən sən
günü-gündən.
Yad güllələdi dostlarımı əllərim
üstə,
Qəlbim elədim uf demədən, onlara
mədfən.
Mən yandım özüm, hər nəyimi bada
savurdum,
Tək eşqi böyük Ərdəbilə söylədim
əhsən!
Səndən sarıdır
Sözləri Xürrəm-dərəli, ləhcəsi
dadlı dilbərim,
Aşiqinin acı qışa dözməyi səndən
sarıdır.
Qaçğın olub dal çevirib yurda,
elə, yuvasına,
Şirin canından əllərin üzməyi
səndən sarıdır.
Xuyunun xulqunun sənin yox qoxusu
burda gözəl,
Bıqmağı, bu həyatdan bezməyi
səndən sarıdır.
Evdən əlin üzüb çölün
dər-bə-dərinə çevrilib,
Yayı, qışı, dağ dərəni gəzməyi
səndən sarıdır.
Mən bilirəm dözməz imiş zərrəcə
Düzgün yalana,
Bunca yalanlara gözəl dözməyi
səndən sarıdır.
Kimi var
Özünü özgə yanında kiçik ehsas
edənin,
Zərrəcə dünyada heç ağlımı
idrakımı var?
Sən çəkilsən qırağa, öz yolunu
tapmayacaq,
Söylə
dilbər bu Hüseyn Düzgünün aya kimi var?
Eldar
İnsana sevgi vəfâ bəsləyən inci
şe´rin,
Səslənir guşey-i qəlbimdə həzin
târ kimi.
Misli yox dünyada Türkün
ədəbiyyâtında,
Rişəli köklü uzun ömrülü âsar
kimi.
Niyyətin pak, ürəyin sidq ilə
sərşâr eylə.
Dəhrdə yox əməlin yaxşısı isâr
kimi.
Güvən ovladına, gəl iftixar eylə
Düzgün,
Sənə qeyrətli oğul olmaz Eldar
kimi.
|